Icma.az
close
up
RU
Qarabağda həyat qayıdır: Dövlətin quruculuq siyasəti Böyük Qayıdışa töhfə verir TƏHLİL

Qarabağda həyat qayıdır: Dövlətin quruculuq siyasəti Böyük Qayıdışa töhfə verir TƏHLİL

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (QMKİDK) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma ev-eşiyini tərk etməyə məcbur qalan insanların sosial müdafiəsi, yerləşdirilməsi və cəmiyyətə inteqrasiyası ilə bağlı mühüm işlər görür. 1993-cü ildə yaradılmış bu komitə, qaçqın və məcburi köçkünlərin hüquqlarının qorunması, həmçinin onların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində davamlı tədbirlər həyata keçirir.

Komitənin əsas iş istiqamətlərindən biri də qaçqın və məcburi köçkünlərin sosial və iqtisadi baxımdan ayaqda durmasına dəstək verməkdir. Bu məqsədlə dövlət proqramları və beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində müxtəlif təlimlər, peşə kursları və kiçik biznes layihələri həyata keçirilir.

Məsələn, Dünya Bankı ilə birgə icra olunan “Azərbaycanda Məşğulluğa Dəstək” layihəsi çərçivəsində 22 min işsiz şəxsə öz ailə təsərrüfatını qurmaq və məşğulluq imkanlarını genişləndirmək üçün şərait yaradılır. Artıq bu proqram vasitəsilə 5 mindən çox insan öz kiçik biznesini qurub. Bu proqram sayəsində artıq 5 mindən çox insan öz kiçik biznesini quraraq ailə gəlirini təmin etməyə başlayıb.

Onu da qeyd edək ki, komitənin əsas fəaliyyət sahələrindən biri də Qarabağ münaqişəsi nəticəsində evlərini tərk etmiş məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması olub. Münaqişədən sonrakı illərdə bir sıra yeni yaşayış məhəllələri salınmış, mövcud infrastruktur bərpa edilmiş və sosial obyektlərin sayı artırılmışdı.

Elə ötən gün, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib. Ağdamın müasir şəhər statusuna uyğun inkişafına xidmət edən bu strateji infrastruktur layihəsinin təməli 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulmuşdu.

Gündəlik yüzlərlə sərnişinə xidmət göstərə biləcək bu kompleks vahid nəqliyyat qovşağı kimi fəaliyyət göstərəcək. Ümumi sahəsi 8 hektara yaxın olan bu müasir obyektin tərkibində inzibati otaqlar, gözləmə zalları, bilet kassaları, kitabxana, mağazalar, əyləncə zonaları, restoran və istirahət guşələri yaradılıb.

Beləliklə, bu cür layihələr yalnız nəqliyyat infrastrukturunun deyil, həm də işğaldan azad olunmuş ərazilərin sürətli bərpası və inteqrasiyasının parlaq nümunəsidir.

Hərbi jurnalist, Qarabağ Qaziləri İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri, qazi Rey Kərimoğlu bu mövzuda Gununsesi.info -ya fikirlərini belə şərh edir:

“Bildiyiniz kimi, hazırda işğaldan azad olunmuş ərazilərə çox yüksək səviyyədə köç prosesi başlayıb. Bu, olduqca mürəkkəb və məsuliyyətli bir prosesdir. Təbii ki, belə genişmiqyaslı layihələr zamanı müəyyən çətinliklər və narazılıqlar da müşahidə oluna bilər. Mən, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü olaraq prosesi yaxından izləyirəm və bütün bu məsələlərin daim diqqətdə saxlandığını görürəm.

Bunlar qeyri-adi hallar deyil. Axı məcburi köçkünlər artıq otuz ildən çoxdur ki, doğma yurdlarına qayıtmağı səbirsizliklə gözləyirdilər. İndi isə o gün gəlib çatıb və insanların doğma torpaqlarına böyük həvəslə, kütləvi şəkildə qayıtmaq istəyi müşahidə olunur.

Bəzən müəyyən dairələr tərəfindən belə fikirlər səslənir ki, guya məcburi köçkünlər geri qayıtmaq istəmir. Bu, həqiqəti əks etdirmir. Reallıq budur ki, insanların böyük əksəriyyəti yurduna qayıtmaq arzusundadır və bu prosesə böyük sevgi ilə yanaşır.

Hazırda bölgədə tikinti və bərpa işləri sürətlə gedir. Lakin qeyd etmək lazımdır ki, söhbət həm miqyasca böyük tikinti işlərindən, həm də genişmiqyaslı köç prosesindən gedir. Bu səbəbdən də prosesin vaxt aparması təbiidir. Amma bütövlükdə görülən işlər yüksək səviyyədə həyata keçirilir və bütün detallar ölkə rəhbərliyinin diqqət və nəzarəti altındadır”.

Rey Kərimoğlu bildirir ki, ötən gün Prezident İlham Əliyevin iştirakı ilə Ağdam rayonunun Kəngərli kəndinə köç prosesinə rəsmi şəkildə start verilib:

“Bununla yanaşı, Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi, eləcə də Muğam Mərkəzinin açılışı da həyata keçirildi. Mən də həmin tədbirlərdə iştirak etmişəm.

Cənab Prezidentlə qısa bir təmasımız oldu. Dövlət başçısının bütün bu prosesləri nəzarətdə saxlaması, onların dövlət proqramlarına uyğun və planlı şəkildə icra olunması bizlər üçün çox böyük əhəmiyyət kəsb edir. Dünənki görüşlər çox yüksək səviyyədə təşkil olunmuşdu. Bir vətəndaş kimi mən də böyük məmnunluq və qürur hissi keçirdim.

Cənab Prezidentin səmimiyyəti, diqqətcilliyi və həssaslığı məni çox təsirləndirdi. Onun pozitiv aurası və insani münasibəti hər bir məcburi köçkünün qəlbinə toxunur. Hansı məqamda ki, biz kövrəlirdik, görürdük ki, cənab Prezident də həmin hissləri bizimlə bölüşür. O, xalqla bir yerdə olan, qəlbi vətənlə, dövlətlə və millətlə döyünən bir rəhbərdir.

Səfər çərçivəsində qazilərlə də ayrıca görüş keçirildi, xatirə şəkilləri çəkildi və insanlar dinlənildi. Mən bir daha minnətdarlığımı bildirir, bütün bu diqqət və qayğıya görə Cənab Prezidentə təşəkkür edirəm”.

Gununsesi.info -ya danışan tanınmış xanəndə, Azərbaycanın xalq artisti, Milli Konservatoriyanın professoru Mənsum İbrahimov bildirib ki, Ağdam şəhərində yeni inşa olunan möhtəşəm Muğam Mərkəzinin açılışı sözün əsl mənasında, mədəni həyatımızda tarixi bir hadisə oldu:

“Açılış mərasimində çoxsaylı mətbuat nümayəndələri, tanınmış ziyalılarımız və muğam sənətinin ustadları iştirak edirdi. Dövlətimizin başçısı cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2018-ci ildə Ağdam rayonunun Quzanlı kəndində Muğam Mərkəzinin açılışında iştirak edərkən cənab Prezident mənimlə söhbət zamanı belə bir fikir səsləndirmişdi: “Çox tezliklə Ağdam şəhərinin mərkəzində daha möhtəşəm bir Muğam Mərkəzi inşa ediləcək.” Dünən keçirilən açılış mərasimində cənab Prezidentlə qısa görüşümüz zamanı mən həmin sözü ona xatırlatdım. O isə təbəssümlə cavab verdi ki, “Əlbəttə, bu bizim planımızda var idi.”

Həqiqətən də, biz orada qalib xalqın sənətkarları kimi çıxış etdik. Həm “Leyli və Məcnun” muğamından parçalar ifa etdik, həm də ustad sənətkarlarımız – Nəzakət xanım, Alim Qasımov, Aygün Bayramova və digər muğam ustadları səhnəyə çıxdılar. Bu, hər birimiz üçün qürurverici və unudulmaz bir an idi. Sevincimizin həddi-hüdudu yox idi. Çünki biz bu günü – Ağdama qayıdışı, orada muğam səslərinin yenidən ucalmasını – tam 30 il həsrətlə gözləmişdik. Nəhayət, bu arzu gerçəyə çevrildi və deyə bilərəm ki, o müqəddəs həsrətə qovuşduq, arzularımızın gerçəkləşdiyinin şahidlik olduq”.

Mənsum İbrahimov bildirib ki, artıq Ağdamda genişmiqyaslı tikinti və quruculuq işləri sürətlə davam edir və bu prosesin şahidi olmaq orada iştirak edən hər kəs üçün qürurverici oldu:

“İnşallah, yaxın gələcəkdə – payız aylarında Ağdam sakinləri doğma şəhərlərində məskunlaşacaq. Bunun ardınca isə Ağdamda müxtəlif böyük tədbirlər, konsertlər və festivallar keçiriləcək.

Xüsusi olaraq qeyd etmək istərdim ki, Muğam Mərkəzi artıq tam müasir tələblərə cavab verən infrastrukturla təchiz olunub və burada orkestr üçün səhnə də inşa edilib. Bu da o deməkdir ki, gələcəkdə “Leyli və Məcnun” kimi tamaşalar, sinfonik orkestrin iştirakı ilə muğam konsertləri yüksək səviyyədə təşkil oluna bilər. İnşallah, Allahın köməyi ilə bu arzular da gerçəkləşəcək.

Düşünürəm ki, artıq biz Qarabağda əbədi varıq və bu bölgəni əvvəlki şöhrətindən də gözəl şəkildə bərpa edəcəyik. Bütün dünya bunu görəcək və şahid olacaq. Çünki düşmən vandalcasına dağıtdı, biz isə qururuq, yaradırıq. Bizim işimiz quruculuqdur və bu bizim ən böyük fərqimizdir.

Bu münasibətlə xalqımızı, xüsusilə də muğamsevərləri ürəkdən təbrik edirəm. Həqiqətən də, bu açılış möhtəşəm idi. Yaşasın Azərbaycan xalqı! Bayrağımız daim zirvələrdə dalğalansın!”

Bütün bu reallıqlar göstərir ki, Azərbaycan dövləti yalnız işğaldan azad edilmiş torpaqlarda bərpa və yenidənqurma işləri həyata keçirməklə kifayətlənmir, eyni zamanda məcburi köçkünlərin layiqli qayıdışını təmin etməklə bölgədə dayanıqlı inkişaf və sosial rifahın bərqərar olunmasına nail olur.

Şəbnəm Rəhimova

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 11 May 2025 19:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xoşbəxtlik okeanı Məryəm Bağırova yazır

10 Noyabr 2025 14:10see601

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see201

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see136

Əsl zeytun yağını saxtasından ayırd etmək üçün DÖRD ÜSUL

10 Noyabr 2025 14:49see130

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see130

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see130

Beş ildə Zəfərlə bağlı hansı kitablar yazılıb? AYB dən CAVAB

10 Noyabr 2025 10:10see130

“Öz özümə düşünürdüm: bu nə vaxt bitəcək?” Azərbaycan millisinin sabiq futbolçusunun ə MÜSAHİBƏSİ + FOTO

10 Noyabr 2025 12:07see129

Zaqatala sakinin meyiti idarə etdiyi avtomobildə aşkarlanıb

10 Noyabr 2025 23:06see128

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see125

Bazar yanır SON DƏQİQƏ

10 Noyabr 2025 22:37see125

“Tofaş”la avtoxuliqanlıq etdi, videosunu sosial şəbəkədə paylaşdı

11 Noyabr 2025 03:54see123

Narsissləri necə tanımaq olar? Psixoloqlar danışdı

10 Noyabr 2025 14:48see123

Əvvəlcə Arnar, sonra Abbasov

11 Noyabr 2025 11:26see123

Xankəndi dən növbəti darmadağın VİDEO

10 Noyabr 2025 22:51see123

Məktəbdə uşaqlara inək südü əvəzinə "balıq südü" verilir

11 Noyabr 2025 08:56see122

ABŞ və Rusiyanın müharibə RİTORİKASI Nüvə təhdidlərinin arxasındakı İQTİSADİ MARAQLAR

10 Noyabr 2025 15:01see121

Stolüstü tennis yığmamız İslamiadada bürünc medal qazandı FOTO

10 Noyabr 2025 13:51see121

Azərbaycandan Avropaya tədarük üçün sifariş edilən qazın HƏCMİ

10 Noyabr 2025 10:15see120

“Müharibənin üçüncü günü anladım ki, uduzacağıq” Koçaryan Paşinyanı ittiham edib

10 Noyabr 2025 13:43see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri