Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Yenidən məhkəmədə üz üzə gələcəklər

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Qarabağda işıqlar yanır... ZƏNGİLANDAN REPORTAJ

Qarabağda işıqlar yanır... ZƏNGİLANDAN REPORTAJ

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

4 il öncəyə qədər Qarabağa doğru gedərkən orada həyat olmadığını qəlbən hiss edirdik. Elə həmin hisslərlə də geri dönürdük. Hər dəfə bir nöqtədə dayananda anam əlini uzadıb bizə işğalda olan kəndlərini göstərirdi. O kənddə ki, işıqlar yanmır, yaşam haqqında ən xırda bir göstərici belə olmurdu. İndi anamın əlini uzatdığı, gözümüzün görə bildiyi hər yerdə işıq var, həyat var.  Düşməndən bizi fərqləndirən elə bu deyilmi? 
Onlar evlərin, ocaqların işığını söndürür, Azərbaycan isə işıqları yandırıb, regiona yeni  həyat gətirir. İşıq olan yerdə, həyat, yaradıcılıq, məşğuliyyət, xoşbəxtlik var...

"Azərişıq" ASC bölgəyə həyat gətirmək üçün müharibə bitəndən cəmi 2 ay sonra Şuşada ilk işıqları yandırdı. 2 ay ərzində bu qədər böyük əməyi yalnız o torpaqların gerçək sahibləri ortaya qoya bilərdi. Çiynində, belində naqil daşıyan, çətin coğrafi şəraitdə nəqliyyat idarə edən hər kəs bölgəyə həyatı qaytarmaq üçün canlarını ortaya qoyublar. Düz 10 il öncə doğulan Azərişıq sayəsində bu gün Qarabağda minlərlə insanın ocaqları aydınlanır, oradan çıxarılarkən yaşadıqları hadisələri qismən də olsa, unuda bilirlər. 

Füzulidə hər zaman eyni nöqtədə dayandığımız üçün şüuraltı olaraq bu sualı özümə verirdim: "Füzulidən o yana Qarabağmı var?" Bir gün bu torpaqları keçərək daha irəli gedə biləcəyimi düşünə bilmirdim. 
Sanki gözlərimizin önündə hər zaman keçilməz bir sərhəd var var idi. İndi biz avtobusla Zəngilana yollanırıq. Bir avtobus dolu media nümayəndəsi xəbər hazırlamaq üçün tələsmir, hər kəs maraqla bu torpaqların gözəlliyinə və "Azərişığ"ın bu çətin coğrafiyada gördüyü işlərə tamaşa edirdi. 
Budur, mən artıq hər zaman dayandığımız nöqtədən uzaqlaşıram, artıq Qarabağda istədiyim kimi gəzə bilirəm. 
Yolumuz Zəngilanda "Azərişıq" ASC-nin yeni istifadəyə verilmiş binasınadır. Çatar-çatmaz bizi "Azərişıq" ASC-nin sözcüsü hörmətli Vaqif Aydınoğlu qarşıladı.

Diqqətimi yeni qurulan cihazlar cəlb etdi. 

-Bunlar nə üçündür, Vaqif bəy?
-Bunlar Qarabağ və Şərqi Zəngəzurda yaşıl enerji ilə dəstəklənən enerjidoldurma məntəqələrindən biridir. 
Deməli, bizlər at belində, traktorda, ayaqyalın tərk etdiyimiz Qarabağa elektromobillərlə qayıdırıq. 30 ildən bir qədər öncə qarda ayaq izlərimizi itirmək üçün çalışırdıq, indi isə avtomobillər, avtobuslarla bölgəyə yaşamı geri gətirmək üçün yollanırıq.Mətbuat konfransı zamanı "Azərişığ"ın qısa zamanda bütün ölkədə gördüyü işlərdən danışıldı. Qulaq asan zaman bəzi düşüncələr yaxamı buraxmadı. Doğrusu, bu cür zəngin iqtisadi zonanın 30 il ərzində işğalda olmasa necə inkişaf edəcəyi haqqında düşünmədən dayana bilmirdim.  

Çox qısa müddət ərzində Azərbaycan regiona yenilik, həyat gətirmişdi. Artıq buralar Birinci Qarabağ  müharibəsindən xatırladığımız kimi qorxulu, soyuq deyildi. 
Evimizdən 1 düymə ilə idarə etdiyimiz sistemin kilometrlərlə uzanan zəhmətin bəhrəsi olduğunu gördük. "Azərişıq" regionda olan əraziləri böyük həvəslə işıqlandırır. Ehtiyac olan hər yerə bölgədən işıq enerjisinin daşınması üçün kifayət qədər işlər gedib və getməyə davam edir. Daim yeniliklərə qərar verilir və həyata keçirilir. İşğaldan azad olunan ərazilərin paytaxt Bakı səviyyəsində işıqlandırılması göz önündədir. Əminəm ki, Qarabağda hər hündürlüyə qalxdıqca irəlidə "Azərişığ"ın aydınlatdığı kəndləri, qəsəbələri görə biləcəyik. Buradan başqa ərazilərə enerji ötürəcək, Qarabağın digər ərazilərimizlə sonsuz bağını möhkəmləndirəcəyik. Heç şübhəsiz, bu torpaqlara yenə səfərimiz olacaq. Artıq buradan Zəngəzur dəhlizinə, Qərbi Azərbaycana yollana biləcəyimiz də istisna deyil. İndi biz asfaltlı yollarla Bakıya qayıdırıq. Ancaq həmin hisslərlə yox, çünki geriyə baxdığımız zaman Qarabağda işıqlar yanır...
 

İşığın sonsuzadək yansın, Qarabağ!
Əfsanə Kamal
Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 Fevral 2025 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see750

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see710

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see710

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see522

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see522

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see507

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see491

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see421

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see372

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see363

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see363

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see356

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see351

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see345

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see343

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see338

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see337

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see333

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see324

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see314
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri