Icma.az
close
up
RU
Qarabağda işlərin hamısı Azərbaycan dövlətinin daxili maliyyə resursları hesabına həyata keçirilir Deputat

Qarabağda işlərin hamısı Azərbaycan dövlətinin daxili maliyyə resursları hesabına həyata keçirilir Deputat

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“İşğaldan azad edilən ərazilərdə bu qədər qısa müddətdə belə miqyaslı və intensiv şəkildə aparılan quruculuq işlərinə dünyanın heç bir yerində rast gəlinmir”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə deyib. 
O bildirib ki, Azərbaycan bu prosesə tamamilə sıfırdan başlamalı olub:
“Çünki Ermənistanın törətdiyi vandalizm nəticəsində həmin ərazilər tamamilə dağıdılıb, infrastruktur tam sökülüb, kommunikasiya xətləri belə məhv edilib. Erməni vandalizmi o qədər amansız olub ki, onların yaşadığı evlərin özü belə, insan ləyaqətinə yaraşmayacaq dərəcədə acınacaqlı vəziyyətdə idi. Bunu dəfələrlə Prezident İlham Əliyev də qeyd edib. Azərbaycan xalqı bir daha sübut etdi ki, o, qurucu xalqdır. Qısa müddətdə minalardan təmizlənmə işləri aparıldı, infrastruktur və kommunikasiya xətləri bərpa edildi, yeni şəhər və kəndlər salındı. Tikilən yaşayış evləri müasir tələblərə cavab verir, insanların rahatlığı və rifahı tam nəzərə alınaraq inşa edilir. Prezidentin təşəbbüsü ilə bu ərazilərdə “yaşıl enerji”, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarına əsaslanan layihələrin icrası, bütövlükdə, dünyada bu sahədə yeni bir nümunə yaradır”.
Deputat əlavə edib ki, bu torpaqlarda gələcək üçün real perspektivlər formalaşdırılır:
“Qarabağ Universitetinin təsis olunması və qısa zamanda Tibb və Sağlamlıq Elmləri Fakültəsinin açılması bu təhsil müəssisəsinin gələcəyinin çox parlaq olacağından xəbər verir. İşğaldan azad edilmiş ərazilərdə məktəblər, uşaq bağçaları, sənaye zonaları, xidmət sahələri yaradılır, iqtisadi və sosial infrastruktur bərpa olunur. Bu miqyasda quruculuq işlərinin aparılması təkcə regional deyil, qlobal səviyyədə nadir hadisədir. Bu işlərin hamısı Azərbaycan dövlətinin daxili maliyyə resursları hesabına həyata keçirilir. Əksər münaqişə yaşamış bölgələrdə bərpa proseslərinə beynəlxalq maliyyə qurumları və inkişaf etmiş ölkələr tərəfindən dəstək göstərilsə də, Azərbaycan bu dəstəyi görmədən, tamamilə öz gücü hesabına bu titanik işləri reallaşdırır. Bütün bunların arxasında bir gerçək dayanır Azərbaycan xalqı öz köklərinə sadiq, eyni zamanda müasir dövlət quruculuğu potensialına sahib bir xalqdır. Və xalqın arxasında dayanan, onu düşünən, sevən və gələcəyə doğru uğurla aparan bir lideri var –  Prezident İlham Əliyev. Bu liderlik, bu qətiyyət və bu milli birliyimiz sayəsində Azərbaycan yalnız işğaldan azad olunan torpaqlarını deyil, həm də gələcəyini qurur”.
Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:32
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 15 Sentyabr 2025 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alvarezlə Kroufordun döyüşü tarixə düşüb

15 Sentyabr 2025 00:08see156

Avtomobil 1 həftə və ya daha çox sürülməsə hansı problemlər yaranır?

13 Sentyabr 2025 20:02see140

KİV: Mossad Qətərdə HƏMAS rəhbərlərinə qarşı yerüstü əməliyyatdan imtina edib

14 Sentyabr 2025 01:26see139

Zərərli qidalar beynin fəaliyyətinə mənfi təsir göstərə bilər (ARAŞDIRMA)

13 Sentyabr 2025 23:14see135

Gizli tarix üzə çıxdı: Girişi torpaqla örtülübmüş

14 Sentyabr 2025 02:07see133

Xəzər dənizində qasırğa müşahidə edildi VİDEO

14 Sentyabr 2025 01:25see131

Real ın oyunçusuna qırmızı verən hakim cəzalandırılacaq

14 Sentyabr 2025 17:05see128

Türkiyəli nazir müavini: Kültür yolu festivalı çərçivəsində Azərbaycanla əməkdaşlıq edəcəyik

14 Sentyabr 2025 12:49see127

İlham Əliyev Hadrut qəsəbəsində olub FOTOLAR KONKRET

14 Sentyabr 2025 13:43see126

Mövsümün sonunda Mançester Siti dən ayrılacaq

14 Sentyabr 2025 16:59see126

“Benfika” “Qarabağ” matçında söz sahibi o olacaq

14 Sentyabr 2025 13:47see125

Bolqarıstanlılar avronun qəbul edilməsinə etiraz edir

14 Sentyabr 2025 05:22see125

Aysel hovuz kənarından FOTOlarını yaydı

14 Sentyabr 2025 03:04see125

Yaşlanma əleyhinə inyeksiya

14 Sentyabr 2025 20:01see124

Niderlandda Üzeyir Hacıbəylinin 140 illik yubileyi qeyd olunub

14 Sentyabr 2025 03:08see124

Ermənistan Ağrıdağı SİLDİ FOTO

14 Sentyabr 2025 13:04see124

Beşiktaş Musayevi istəyir

14 Sentyabr 2025 13:49see124

Bu il Türkiyədən Azərbaycana nə qədər pal paltar idxal olunub?

13 Sentyabr 2025 20:17see123

Xankəndidə erməni təxribata belə HAZIRLAŞIB VİDEO

15 Sentyabr 2025 00:52see121

Bakıda dələduzlar saxlanılıb

13 Sentyabr 2025 17:30see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri