Icma.az
close
up
RU
Qarabağda milli mədəni irsimizi yenidən bərpa etməliyik AÇIQLAMA

Qarabağda milli mədəni irsimizi yenidən bərpa etməliyik AÇIQLAMA

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Bunun üçün də gənclərimizə xalçaçılıq sənəti, musiqi alətləri düzəltmək sənəti və başqa peşələr öyrədilməlidir


Həvva Məmmədova: “Bu baxımdan mən peşə təhsilinin dövlət hesabına ödənməsiylə bağlı qanunlara edilmiş dəyişkiliyi təqdirəlayiq hesab edirəm”


İşğaldan azad olunmuş ərazilərdə ödənişli əsaslarla təhsil alan şəxslərlə bağlı qanunvericiliyə dəyişiklik edilir. Bu, Milli Məclisdə müzakirəyə çıxarılan “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlarında dəyişiklik edilməsi barədə layihədə öz əksini tapıb. Layihəyə əsasən, işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış və 2025/2026, 2026/2027, 2027/2028-ci tədris illərində dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrinə qəbul olunmuş, habelə həmin təhsil müəssisələrində təhsil almaqda olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsilhaqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Qeyd edilib ki, Azərbaycan Prezidentinin müvafiq sərəncamlarından irəli gələn tələblərin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2023-cü il 13 dekabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2024-2026-cı illərdə əhalinin məşğulluq imkanlarının artırılmasına dair Tədbirlər Planı” təsdiq edilib. Sözügedən Tədbirlər Planına əsasən həmin ərazilərdə məskunlaşan əhaliyə münasibətdə peşə hazırlığının və tədrisinin təşkili ilə bağlı 2024-2026-cı illər ərzində bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Təqdim olunan qanun layihəsi də işğaldan azad edilmiş ərazilərdə əhalinin dayanıqlı məşğulluğunun təmin edilməsi və zəruri kadr potensialının formalaşdırılması sahəsində həyata keçiriləcək tədbirlərdən biri kimi həmin ərazilərin iqtisadi potensialı və əmək bazarının tələbləri nəzərə alınaraq peşə təhsilinin stimullaşdırılması məqsədilə hazırlanıb. Belə ki, qüvvədə olan qanunvericiliyə əsasən işğaldan azad edilən ərazilərdə məskunlaşması nəzərdə tutulan əhaliyə münasibətdə peşə təhsili üzrə təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsinə dair hər hansı normativ tənzimləmə mövcud deyil. Layihənin qəbulu nəticəsində işğaldan azad edilmiş ərazilərində məskunlaşmış Azərbaycan Respublikası vətəndaşlarının təhsil haqlarının dövlət büdcəsi hesabına maliyyələşdirilməsini təmin edən hüquqi mexanizm formalaşdırılmış olacaq. Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.


Azərbaycan Prezidenti yanında Dövlətçilik və İdarəetmə Akademiyasının professoru Həvva Məmmədova “Sherg.az"a açıqlamasında qeyd etdi ki, Prezident İlham Əliyev tərəfindən hər zaman qaçqın və məcburi köçkünlərin rifahı naminə gərəkli addımlar atılıb və mühüm qərarlar qəbul edilib: 


- Torpaqlarımız işğal altında olduğu dövrdə cənab Prezident qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına yönəlmiş mühüm qərarlar qəbul edib, sərəncamlar imzalayıb. Qaçqın və məcburi köçkünlər üçün yeni qəsəbələr salınıb, evlər tikilib, onların həyat şəraiti yaxşılaşdırılıb, kommunal ödənişlərdən, təhsil haqqından azad ediliblər, onlara əlavə  müavinətlər ödənilib. Bir sıra məsələlərdə güzəştlər tətbiq olunub. Ərazilərimiz işğaldan azad edildikdən sonra isə “Böyük Qayıdış” dövlət proqramı qəbul olundu və Qarabağda, Şərqi Zəngəzurda nəhəng tikinti quruculuq işlərinə başlanıldı, dövlət büdcəsindən bu işlərə külli miqdarda vəsait ayrıldı. Yollar, tunellər çəkildi, evlər, məktəb binaları, uşaq bağçaları və sair həyati əhəmiyyətli tikintilər icra olundu. Bununla yanaşı cənab Prezident doğma yurda qayıdan soydaşlarımızın təhsilinin və məşğulluğunun təmini istiqamətində mühüm sərəncamlar imzaladı. Qarabağ Universitetinin yaradılması buna sübutdur. Sizə deyim ki, Qarabağ Universiteti vaxtilə Xankəndidə Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə yaradılmış Pedaqoji İnstitut təcrübəsinin bir növ davamıdır. O zaman Xankəndidə Pedaqoji İnstitutun açılmasının çox böyük əhəmiyyəti vardı. Ümummilli Lider bu ali təhsil ocağının təsis edilməsiylə Qarabağda milli ali təhsilin bünövrəsini qoydu, məqsəd bu idi ki təkcə Xankəndi, yuxarı Qarabağ deyil, Aran Qarabağın da gəncləri bu ali təhsil müəssisəsində təhsil alsınlar, Qarabağda milli kadrların sayı çoxalsın, mühüm vəzifələrə milli kadrlar təyin edilsin. Cənab Prezident İlham Əliyev də Ulu Öndərin siyasətini davam etdirir. İşğaldan azad edilmiş ərazilərimizdə nəhəng quruculuq işləri aparılır. Külli miqdarda vəsait sərf olunur. Amma bununla kifayətlənmək olmaz. İşğaldan azad edilmiş ərazilərdə soydaşlarımızın təməlli məskunlaşması üçün mütləq əlçatan təhsil də olmalıdır. İndi Qarabağda peşə təhsilinə böyük ehtiyac var. Peşə təhsilinin inkişafı nəticəsində müxtəlif peşələrə yiyələnmiş gənclərimizin sayı artacaq və onların hər biri müxtəlif sahələrdə çalışaraq doğma torpaqlarda məskunlaşmanı daha da sürətləndirəcəklər. 


H.Məmmədova qeyd etdi ki, vaxtilə Qarabağda xalçaçılıq, ipəkçilik, toxuculuq peşələri geniş yayılmışdı: 

- Qarabağ xalçaları xüsusi şöhrətə sahib idi. Xalça sexi, tar sexi, İpək kombinatı fəaliyyət göstərirdi. Qarabağ xanımlarının toxuduğu xalçalar nəinki SSRİ məkanında məşhur idi, hətta xarici ölkələrdə də tanınırdı. İşğal dövründə mənfur qonşularımız Qarabağ xalılarını da öz adlarına çıxarıb xarici ölkələrə satdılar. Azərbaycan xanımlarının vurduğu naxışları, ilmələri erməni qadınları edə bilməz. Elə naxışlar var ki, onlar yalnız Azərbaycana, türk mədəniyyətinə xasdır. Biz Qarabağda milli-mədəni irsimizi yenidən bərpa etməliyik. Bunun üçün də gənclərimizə xalçaçılıq sənəti, musiqi alətləri düzəltmək sənəti və başqa peşələr öyrədilməlidir. Bu baxımdan mən peşə təhsilinin dövlət hesabına ödənməsiylə bağlı qanunlara edilmiş dəyişkiliyi təqdirəlayiq hesab edirəm. Bu, bir daha sübut edir ki, Azərbaycan dövləti məskunlaşma ilə bağlı məqsədyönlü siyasət yürüdür. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:246
embedMənbə:https://sherg.az
archiveBu xəbər 01 Aprel 2025 19:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri