Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

A Seriyası: 19 illik rekord təkrarlandı

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

“Qarabağ”da “qan dəyişikliyi” başladı Transferlərə böyük büdcə ayrıldı

“Qarabağ”da “qan dəyişikliyi” başladı Transferlərə böyük büdcə ayrıldı

Icma.az, Qol.az saytına istinadən bildirir.

“Qarabağ”da “qan dəyişikliyi” başladı - Transferlərə böyük büdcə ayrıldı

“Qarabağ” bu yay transfer bazarında fəallığı ilə fərqlənir. Transfer pəncərəsi açılar-açılmaz Ağdam təmsilçisi heyətinə artıq 5 legioner cəlb edib. Amma baş məşqçi Qurban Qurbanov yerli gənclərimizi diqqətdən kənarda qoymayıb. Bu haqda yazının sonunda ayrıca qeydim olacaq. Hələlik alınan oyunçular və onlar üçün ödənilən real məbləğ haqda:

1. Zakaria Savo, 26 yaşlı qambiyalı mərkəz hücumçusu.

2. Jali Muaddib, 25 yaşlı fransalı sol vinger.

3. Samuel Lobato, 24 yaşlı portuqaliyalı mərkəz yarımmüdafiəçisi. Həm 6, həm də 8 nömrə mövqeyində oynaya bilir.

4. Bruno Lanqa, Mozambik millisinin 28 yaşlı sol cinah müdafiəçisi.

5. Martin Zlomişliç, Bosniya və Herseqovina millisinin 27 yaşlı qapıçısı.

Klub bu beş futbolçudan dördünə - Savo, Lobato, Lanqa və Zlomişliçə görə Azərbaycan transfer bazarı üçün samballı hesab olunan pullar ödəyib. Daha dəqiqi, onların hər birinin əvvəlki klublarına verilən təzminat+bonusların məbləği ayrı-ayrılıqda azı 1 milyon manatı keçib. Ümumən isə bu yay transferlərə xərclənən məbləğ artıq 5 milyon manata çatıb. 

Yalnız Jali Muaddib əvvəlki klubu ilə müqaviləsindəki sərbəstqalma bəndindən istifadə edərək “Qarabağ”a azad agent kimi gəlib.

Amma bunlar son deyil. “Qarabağ”ın tezliklə daha 3-4 futbolçu alacağı gözlənilir. Əsasən hücum və müdafiə xəttinə. Hazırda Ağdam klubunun seleksiyaçıları və klub səviyyəsində aktiv danışıqlar gedir. 

Başqa bir mühüm məqam. “Qarabağ” rəhbərliyi transferlərə indiyə kimi Azərbaycan futbolunda görünməmiş həcmdə vəsaitin  ayrılmasına razılıq verib. Söhbət adətən bizim görüb-eşitməyə adət etdiyimiz, bir kluba ucuz başa gələn azad agentlərdən deyil, öz klubları ilə müqavilələri olan legioner futbolçulardan gedir. Gedişat göstərir ki, bu yay “Qarabağ”ın alacağı oyunçuların ümumi sayı 8-9 nəfərə çatacaq.

Yəni, azarkeşlər toxtaya bilərlər: “Qarabağ”da “qan dəyişikliyi” başlayıb, heyət güclənəcək. Amma dəyişməyən, dəyişilməsi mümkün olmayan ən vacib şeylər qalacaq: komandanın mübariz, döyüşkən ruhu və Qurbanovun əfsanəvi sistemi.

Daha bir önəmli fakt isə bu 5 futbolçunun heyətə avrokubokların startına bir xeyli qalmış cəlb edilməsidir. Bu da onu deməyə əsas verir ki, həmin oyunçular və klubları ilə danışıqlar mövcud qaydalara əsasən 6 ay əvvəldən başlayıb, ötən mövsüm başa çatar-çatmaz isə uğurla yekunlaşıb. Bunun əsas müsbət tərəfi isə odur ki, gələn bu yeni oyunçuların avrokubokların ən geci 2-ci mərhələsinə qədər komandaya uyğunlaşma üçün zamanı olacaq...

Düzdür, alınanlarla yanaşı komandadan gedənlər də olub. Xüsusən Kevin Medina, Toral Bayramov kimi vacib oyunçular.  Amma onların yerinin doldurulması istiqamətində iş gedir. 

Şübhə yoxdur ki, ötən mövsüm UEFA Çempionlar Liqasında uğurlu mövsümə baxmayaraq, Misli Premyer Liqasında çempionluğun əldən verməsi  “Qarabağ”ı klub/komanda olaraq əməlli-başlı silkələyib. Ona görə də transferlərə indi daha çox pul ayrılıb, “qan dəyişikliyinə” gedilib. İndi əsas hədəf Avropa Liqasında, ən pis halda Konfrans Liqasında daha da irəli getməkdir. Bir də təbii ki, daha güclü rəqabətin olacağı gözlənilən növbəti Azərbaycan Premyer Liqasında qalib olmaq. 

Gizli deyil ki, bugünə qədər “Qarabağ”ın aldığı futbolçuların böyük əksəriyyəti özünü doğruldub. Bu mənada, proqnozlaşdırmaq olar ki, indikilərin də çoxu sözünü həm Avropa, həm də yerli çempionatda deyə biləcək.

Və sonda, legionerlərin alınması yerli gənc oyunçuların unudulması demək deyil. Qurban Qurbanovun qərarına əsasən, bu günlərdə Avstriyaya gedən əsas komandanın toplanışına “Qarabağ”ın aşağı yaş qruplarından yenə gənc/yeniyetmə futbolçular cəlb edilib. Məqsəd onların əsas komanda ilə təcrübə toplamaları, gələcəkdə bu oyunçuları həm Azərbaycan, həm də “Qarabağ” üçün qazandırmaqdır. Həmin futbolçulardan ikisinin - yarımmüdafiıəçi Əli Bəşirov və qapıçı Bilal Hacıyevin isə cəmi 16 yaşı var…

Aydın Bağırov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://qol.az
archiveBu xəbər 24 İyun 2026 19:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see501

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see474

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see283

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see264

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see257

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see256

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see246

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see243

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see243

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see237

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see233

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see224

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see221

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see221

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see212

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see209

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see200

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see197

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see194

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri