Icma.az
close
up
RU
Qarabağdakı məğlubiyyətiniz bu həqiqətin dərs çıxarmalı olduğunuz parlaq bir təzahürüdür

Qarabağdakı məğlubiyyətiniz bu həqiqətin dərs çıxarmalı olduğunuz parlaq bir təzahürüdür

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Rusiya Dövlət Dumasının sədr müavini, vaxtaşırı özünün neo- nasist çıxışları ilə gündəmə gələn Pyotr Tolstoy bu dəfə Yekaterinburq hadisələri ilə bağlı növbəti hiddətli çıxışı ilə özünü gündəmə gətirib. Pyotr Tolstoy Azərbaycan XİN- in bəyanatına münasibət bildirərkən şübhəli şəxslərin saxlanılması zamanı Azərbaycan əsilli Rusiya vətəndaşlarının öldürülməsinə özünəməxsus şəkildə haq qazandırıb. Onun düşüncəsinə görə, öldürülmüş Səfərov qardaşları Rusiya vətəndaşları olduğuna görə bu hadisə ilə bağlı Azərbaycanın Rusiyaya qarşı ultimatumla çıxış etməsi qəbulediməzdir. Üstəlik, Səfərov qardaşlarından birinin guya evlərinə polis gələrkən yaşadığı stress nəticəsində ürək tutmasından öldüyünü və ikinci qardaşın isə ölüm səbəbinin hələlik müəyyən edilmədiyini və araşdırıldığını bildirib. Belə çıxır ki, guya Pyotr Tolstoyun Rusiya telekanallarında və sosial şəbəkələrdə yayımlanan məhkəmə şousundan xəbəri yoxdur və müttəhim kürsüsündə əyləşdirilmiş və aldığı fiziki xəsarətlər ucbatından sifəti bilinməyən Azərbaycan əsilli vətəndaşın göstərildiyi süjetləri izləməyib. 120 milyonluq bir ölkədə Dövət Dumasının sədr müavini vəzifəsini daşıyan bir ksenofobun utanmadan yalan danışması və Azərbaycanın tələbinin əslində nədən ibarət olduğu ilə bağlı özünü bilməməzliyə vurması isə Rusiya dövlətinə və Pyotr Tolstoyun parlamentdə təmsil etdiyi rus xalqına utanc gətirməlidir. O yaxşı bilir ki, Azərbaycan heç də iddia olunan “cinayət işinin” araşdırılmasına etiraz etmir". 

Redaktor.az xəbər verir ki, bunu millət vəkili Cavanşir Feyziyev deyib. O bildirib ki, Azərbaycanın tələbi hansısa cinayət əməlini araşdırmaq adı altında hüquq- mühafizə orqanının törətdiyi daha böyük cinayət əməlinin araşdırılmasından ibarətdir:

"Bu tələbi guya Azərbaycanın Rusiyanın daxili işlərinə qarışması kimi təqdim etməyə çalışan Pyotr Tolstoy əsəblərini gizlədə bilməyərək" bu bizim daxili işimizdir, özümüz bilərik’ deyir. Deyəsən Pyotrun dünyagörüşü nə az, nə çox, cəmi bir- iki əsr geridə qalıb. Xeyr, cənab Tolstoy. Bu sizin daxili işiniz ola bilməz. Bəşəriyyət XXI əsrdə yaşayır. Hələ keçən əsrdən başlayaraq İnsan hüquqları bir ölkənin daxili işi olmaqdan çıxıb və bu universal bir məsələdir. Onları qorumaq isə parlamentində yüksək vəzifə tutduğunuz Rusiyanın dünya qarşısında və o cümlədən, dünyanın tamhüquqlu dövlətlərindən biri kimi həm də Azərbaycan qarşısındakı öhdəliyidir. Beynəlxalq öhdəlik isə elə bir məsələdir ki, onu yerinə yetirməyəndə İrana və ya Şimali Koreyaya çevrilə bilərsən. İçində sənin də bulunduğun Rusiya siyasi rəhbərliyinin təcavüzkar davranışı bir daha göstərir ki, İranın, Rusiyanın və Şimali Koreyanın “Şər üçbucağı”adlandırılması heç də əbəs deyil. Unutmayın ki, Xeyirlə Şərin mübarizəsində məğlub olan tərəf həmişə Şər olur. Qarabağdakı məğlubiyyətiniz bu həqiqətin dərs çıxarmalı olduğunuz parlaq bir təzahürüdür. Bu günkü Rusiya esteblişmentinin qeyri-adekvat davranışı yenə də onu ağır bir məğlubiyyətə sürükləyir. Pyotr Tolstoy kimilərinin demarşları isə bu məğlubiyyəti bir az da yaxınlaşdıracaq".

Vasif

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:78
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 30 İyun 2025 09:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see347

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see238

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see220

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see188

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see169

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see169

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see165

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see155

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see154

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see154

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see152

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see152

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see151

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see150

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see149

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see139

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see138

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see135

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri