Ruslar Ukranyanı Kurskdan çıxarmalı idi: Şərəf məsələsi…
Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ukrayna ordusu Kursk vilayətində öz tapşırıqlarını yerinə yetirərək, çox uğurlu reyd xarakterli hücum əməliyyatı keçirdi.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, hərbi ekspert Sergey Qrabski bildirib.
"Artıq sentyabr ayının ortalarından bəri deyirdim ki, Ukrayna Müdafiə Qüvvələri Kursk vilayətində öz tapşırıqlarını yerinə yetirib, çox uğurlu reyd xarakterli hücum əməliyyatı keçirib, çoxlu sayda əsir ələ keçirib və Rusiya qoşunlarının əhəmiyyətli bir hissəsinin əsas cəbhə xəttindən diqqətini yayındırıb. Siyasi təsir haqda danışmıram, qoy bunu politoloqlar araşdırsın. Amma hətta general Aleksandr Sırski tərəfindən açıqlanan nəticələr belə, bu əməliyyatın müstəsna uğurunu göstərir", – Qrabski qeyd edib.
Ekspertin sözlərinə görə, ruslar üçün Ukrayna ordusunu Kursk bölgəsindən çıxarmaq şərəf məsələsi idi, xüsusilə də 9 May tarixinədək.
Onun sözlərinə görə, Kursk bölgəsində həyata keçirilən əməliyyatlar Ukrayna ordusunun taktikasının uğurlu olduğunu sübut edib.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Kursk vilayətinin Suca şəhərinin tamamiləa zad edildiyini açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 13 Mart 2025 17:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















