“Qarabağ”dan xanım azarkeşlərə müraciət
Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
“Qarabağ” futbol klubu Misli Premyer Liqasının 28-ci turunda “Sabah”a qarşı keçiriləcək matçdan öncə azarkeşlərə müraciət edib.
İdman.Biz xəbər verir ki, müraciətdə stadiona girişin yalnız biletlə mümkün olacağı bildirilib.
“Stadiona giriş yalnız biletlə mümkündür. “Sabah” ilə oyunumuzda komandamıza dəstək olmaq istəyən bütün azarkeşlərimizin nəzərinə çatdırırıq ki, stadiona giriş yalnız biletlə həyata keçiriləcək.
Xanım azarkeşlərimiz, “Qarabağ” forması ilə stadiona gələcək və kampaniyadan yararlanmaq istəyən azarkeşlərimiz də daxil olmaqla hər kəs bileti öncədən əldə etməlidir.
Yəni: Forma ilə gələn azarkeşlərə bilet hədiyyə olunur, amma bilet mütləq əvvəlcədən götürülməlidir. Xanım azarkeşlər üçün giriş pulsuzdur, lakin bilet əldə etmək vacibdir.
Biletləri 17, 18 aprel tarixlərində Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından, Park Bulvar AVM-in 2-ci mərtəbəsində yerləşən fanşopumuzdan əldə edə bilərsiniz”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 17 Aprel 2026 16:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















