Icma.az
close
up
RU
Qarabağı cəhənnəmə çevirmiş düşmən 43 gündə diz çökdürülmüşdü

Qarabağı cəhənnəmə çevirmiş düşmən 43 gündə diz çökdürülmüşdü

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

1 gün sonra isə Şuşanın fəthi Azərbaycan tarixinə Zəfər Günü kimi yazılacaqdı

Prezident İlham Əliyev 2003-cü ildə qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəfləri gerçəkləşdirmək üçün ötən müddətdə istər beynəlxalq miqyasda, istərsə də ölkə daxilində məqsədyönlü, ardıcıl, düşünülmüş siyasət həyata keçirir və “güclü dövlət” konsepsiyasını reallaşdırmaq istiqamətində önəmli layihələr gerçəkləşdirirdi. Bununla da dövlətimizin başçısı qurucu, birləşdirici, Azərbaycanın bütün istək və arzularını həyata keçirən, öz fəaliyyətində dövlətin maraqlarını ən ali məqsəd kimi önə çəkən, eləcə də bütün qüvvəsini bu istiqamətə yönəldən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi lider kimi böyük nüfuz qazanırdı.

Bütün bunlar Vətən müharibəsində Azərbaycanın tarixi qələbəsini şərtləndirdi, eyni zamanda, Prezident İlham Əliyevin praqmatik siyasətçi, hadisələri, prosesləri dəqiq qiymətləndirmək bacarığına malik olduğunu təsdiq etdi, ölkəmizin ərazi bütövlüyünü gerçəkləşdirən lider kimi adını əbədi olaraq tarixə yazdırdı, xalqımızın qəhrəmanlıq salnaməsini yaratdı və 44 günlük savaşın əsl qəhrəmanına çevrildi. Bir sözlə, Azərbaycanın Vətən müharibəsinin gedişində əldə etdiyi parlaq qələbələr, Silahlı Qüvvələrimizin uğurlu Zəfər yürüşü ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli sərkərdə fəaliyyətinin, müdrik siyasətinin məntiqi nəticəsi idi.

Dövlətimizin başçısı prezidentlik fəaliyyəti dövründə ordumuzun güclənməsinə daim önəm verdi, ən müasir döyüş texnikasının alınmasını gerçəkləşdirdi. Əsgər və zabitlərimizin sosial şəraitinin yaxşılaşdırılmasını hər zaman diqqət mərkəzində saxladı. 44 günlük döyüşdə Silahlı Qüvvələrimizin möhtəşəm uğurlara imza atması, savaş meydanında öz üstünlüyünü dəfələrlə sübut etməsi məhz bütün bunların nəticəsi idi. Azərbaycanın əks-həmlə əməliyyatları ilə Vətən müharibəsinə başlaması da təsadüfi deyildi. Çünki Ermənistan 30 ilə yaxın bir dövrdə torpaqlarımızı işğal altında saxlamaqla bərabər, sülh prosesini də məqsədyönlü şəkildə pozmaqda davam edirdi. Düşmən ölkənin məqsədi işğal ilə bağlı status-kvonu qorumaq və həmin ərazilərin ilhaqına nail olmaq idi.

Vətən müharibəsinə qədər respublikamızın konstruktiv mövqeyinə zidd olaraq, Ermənistanın baş naziri bilərəkdən danışıqlar prosesinin format və mahiyyətini də sarsıdırdı. Məsələn, Nikol Paşinyan hələ baş nazir kürsüsünə əyləşməzdən əvvəl Ermənistan parlamentinə müraciətində Azərbaycanın işğal olunmuş ərazilərində qurulmuş qanunsuz rejimin danışıqlarda iştirak etməsi məsələsini qaldırmışdı. Bununla da o, danışıqların formatını şübhə altına almağa başlamış və müxtəlif tədbirlərdə bunu dəfələrlə təkrarlamışdı.

Nikol Paşinyan baş nazir seçildiyi günün səhəri isə həyat yoldaşı ilə birlikdə Azərbaycanın işğal edilən Dağlıq Qarabağ bölgəsinə səfəri çərçivəsində Xankəndidə Şuşa şəhərinin işğalının qeyd olunmasında iştirak etmiş, burada “düşmənin qarşısının alınması” mexanizminin təkmilləşdirilməsi məsələsi barədə fikirlərini bölüşmüş, Şuşada erməni dram muzeyini açmışdı. Sonradan Moskvada rus-erməni iş adamları ilə görüşən Ermənistanın baş naziri açıq şəkildə “Artsaxı gələcəkdə Ermənistanın bir hissəsi kimi qəbul etdiyini” söyləmişdi.

Vətən müharibəsindən əvvəl Ermənistanın digər rəsmi şəxsləri tərəfindən də daim təxribat xarakterli fikirlər səsləndirilirdi. İşğalçı dövlətin Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan Xankəndi şəhərində keçirdiyi mətbuat konfransında deyirdi: “Məskunlaşdırma proqramı adlandırdığımız sənəd bundan sonra ölkəmizin təhlükəsizliyinin əsas təminatı olacaq. Bu proqramın həyata keçirilməsi ilə xalqımıza və dünyaya bir qarış torpaqdan imtina etmək niyyətində olmadığımıza dair açıq bir mesaj göndərəcək, o torpaqlarda soydaşlarımızın məskunlaşmalarının və ölkəmizi qurmalarının zəruriliyi bildiriləcək”.

Ermənistanın ovaxtkı müdafiə naziri Davit Tonoyan isə Nyu-Yorkdakı erməni icması ilə görüşündə “sülh üçün ərazilər” yanaşmasının tətbiq olunmayacağını vurğulayaraq “sülh üçün ərazilər” adlı formatın yeni ifadə ilə – “yeni ərazilər üçün yeni müharibə” tezisi ilə əvəzləndiyini diqqətə çatdırır, Ermənistan ordusunda hücum bölmələrinin sayını artıracağını vurğulayırdı.

Yuxarıda sadalananlarla bərabər, Vətən müharibəsindən əvvəl Sərsəng su anbarı infrastrukturunun dəyişdirilməsinə yönələn layihə də elan edilmiş, eləcə də Ermənistanı Azərbaycanın işğal olunmuş əraziləri ilə birləşdirmək üçün üçüncü avtomobil yolunun inşası qərara alınmışdı. Eyni zamanda, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunan ərazilərində “Silahlı Qüvvələrin genişləndirilməsi: düşmənin təcavüzünə qarşı mübarizə” adlı genişmiqyaslı hərbi təlimlər keçirilmiş, qanunsuz “parlament” və “prezident” seçkiləri reallaşdırılmışdı. Yeri gəlmişkən, işğalçı ölkənin ordusu Azərbaycan – Ermənistan beynəlxalq sərhədində, Tovuz bölgəsi istiqamətində respublikamızın mövqelərinə hücum edərək 12 hərbçini və bir mülki şəxsi qətlə yetirmişdi.

Vətən müharibəsinin gedişində də Ermənistan insanlığa sığmayan əməllərindən əl çəkmirdi. Belə ki, düşmən ordusu beynəlxalq qanunlarla qadağan olunmuş silahlarla döyüş zonalarından çox uzaqda yerləşən şəhər və kəndlərimizin dinc sakinlərinə atəş açır, çox sayda insanı qətlə yetirirdi. Məqsəd bu yolla Azərbaycanı Ermənistandakı mülki obyektlərə zərbə endirməyə təhrik etmək və beləliklə, Rusiyanı bu münaqişəyə qoşmaq idi. İşğalçının terrora üstünlük verməsi, dinc insanları hədəfə alması həm də Azərbaycan xalqı arasında vahimə yaratmaq, əhalinin müharibəyə etirazını formalaşdırmaq və əməliyyatların qarşısını bu yolla almaq məqsədi daşıyırdı. Lakin bu bədnam niyyəti də gerçəkləşdirmək mümkün olmadı.

Bütün bunlar işğalçı ölkənin faşist xislətini bir daha dünyaya göstərirdi. Erməni həyasızlığı o həddə çatmışdı ki, şəhərlərə raket hücumları edilir, ardınca “biz etməmişik” kimi absurd bəyanatlar verilirdi. Düşmən bu bəyanatları “isbat” etmək üçün “partlayışı suriyalıların törətməsi, yaxud Azərbaycanın bilərəkdən etməsi” kimi müxtəlif dezinformasiyalar yayırdı. Həmçinin Azərbaycanla bağlı “ərəb muzdluları”, “Pakistan əsgərləri”, “Türkiyə xüsusi təyinatlıları”, F-16 qırıcıları, “Xankəndidə doğum evinin”, “Şuşada kilsənin” vurulması və digər feykləri yaymaqda davam edirdi.

Dövlətimizin başçısının qətiyyətli siyasəti Ermənistan və onun ədalətsiz havadarlarının acı məğlubiyyəti ilə nəticələndi, Azərbaycan uzun illər çəkən bu ədalətsiz siyasi-hərbi mübarizədən qalib çıxdı. Prezident İlham Əliyev müdrik siyasəti, qətiyyəti ilə status-kvonu dəyişdirdi, təmas xəttini darmadağın etdi. Haqq işində Azərbaycan xalqının birliyi, qalib Prezidentinə və qəhrəman Azərbaycan Ordusuna inamı bu tarixi qələbəni reallaşdırdı. Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bir daha təsdiq etdi. Bu haqq savaşı Ermənistanın baş naziri Nikol Paşinyanın ölkəmizə qarşı qaldırdığı əsassız iddialarla və hikkələrlə danışması fonunda bir daha onun və antidemokratik, qaniçən hökumətinin faşist ideologiyasına xidmət etdiyini bütün dünyaya göstərdi.

Prezident İlham Əliyev Vətən müharibəsi dövründə bir çox nüfuzlu xarici media nümayəndələrinə müsahibələr verərək Azərbaycanın haqlı mövqeyini, Ermənistanın isə yalanlarını dünya ictimaiyyətinin diqqətinə çatdırırdı. Həmin müsahibələrdə yer alan bir sıra təxribat xarakterli suallara məharətlə cavab verən ölkə rəhbəri bir daha özünün siyasi-diplomatik bacarığını nümayiş etdirirdi. Azərbaycan lideri çıxışlarında ölkəmizin haqq səsini beynəlxalq aləmə çatdırır, erməni yalanlarını ifşa edir, savaş günlərində Ermənistanın nəinki cəbhəyanı bölgədə olan şəhərlərimizi, kəndlərimizi hədəfə aldığını, eyni zamanda, döyüş bölgəsindən uzaqda yerləşən yaşayış məntəqələrimizi atəşə tutduğunu vurğulayırdı.

Bəzi xarici ölkələr, təşkilatlar, siyasi dairələr Azərbaycana deyirdilər ki, münaqişənin hərbi həlli yoxdur. Lakin Prezident İlham Əliyev “Dəmir yumruq” əməliyyatı ilə sübut etdi ki, münaqişənin hərbi həlli var. Nəticədə ölkəmiz BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı məlum 4 qətnaməsini özü icra etdi. Ermənistanın Azərbaycan torpaqlarını 30 il işğal altında saxlaması bir daha göstərdi ki, beynəlxalq hüquq işləmir və ona riayət olunmur. Güc amili beynəlxalq münasibətlərdə ön sıraya çıxır. Azərbaycan isə öz gücünü məhz BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, beynəlxalq hüququn normaları çərçivəsində istifadə etdi. Bu işğalçını “Sülhə məcburetmə” əməliyyatı idi.

Vətən müharibəsindən sonra Fransa, Niderland və Belçika kimi ölkələrin parlamentlərində Azərbaycanı və qardaş Türkiyəni hədəfə alan qərəzli qətnamə layihələri və digər təşəbbüslər irəli sürülərək qəbul olunurdu. Belə təşəbbüslərin müəllifləri əksər hallarda ultra-sağçı, ultra-millətçi və islamofob partiyaların və dairələrin nümayəndələri idi. Xatırladaq ki, Azərbaycan tərəfindən tarixi ədalətin bərpa olunması, beynəlxalq hüququn aliliyinin bərqərar edilməsi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrasının reallaşdırılması istiqamətində əldə etdiyi uğurlarla heç cür barışmaq istəməyən bu qüvvələr parlamentlərdə mütəmadi olaraq mövzunu süni şəkildə şişirdir, öz hökumətlərinə müxtəlif təxribat xarakterli suallar ünvanlayır, müxtəlif təşəbbüslərlə çıxış edirdilər.

Prezident İlham Əliyev isə bu cür ədalətsiz qərarların qəbul edilməsini bu ölkələrin Azərbaycanla siyasi, iqtisadi və digər sahələrdə daha sıx əlaqələr qurmasına kömək etməyəcəyini vurğulayırdı. Dövlətimizin başçısı işğal olunmuş ərazilərdəki dini abidələrin və məscidlərin kütləvi surətdə dağıdılmasını Ermənistanın islamofob mahiyyətinin göstəricisi kimi qiymətləndirir, Azərbaycanın dostluq etməyə çalışdığı müsəlman ölkələri tərəfindən nəzərə alınmasını istəyirdi.

Vaqif BAYRAMOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Noyabr 2025 08:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see537

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see484

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see285

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see261

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see242

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see238

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see232

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see228

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see203

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see182

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see172

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri