Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Qarabağı minalayan ermənilərin hamısı qırılıb? Nikol Paşinyana MÜRACİƏT

Qarabağı minalayan ermənilərin hamısı qırılıb? Nikol Paşinyana MÜRACİƏT

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ermənistanın baş naziri Nikol Paşinyan 8 avqust Vaşinqton anlaşmaları ilə bağlı Ermənistan xalqını, Azərbaycan xalqını təbrik etdikdən, Azərbaycan Prezidentinə zəng etdikdən sonra ABŞ liderinə də telefon açdı, tarixi sülh razılaşmalarına görə minnətdarlığını, sevincini ifadə etdi. Lap yaxşı, təki bundan sonrakı əməlləri də dediyinə uyğun gəlsin.

Amma...Bəlkə elə Paşinyanın Azərbaycan Prezidenti ilə telefonla danışdığı saatlarda idi, Xocavənd rayonunda daha bir mina partlayışı baş verdi...Yayılan məlumata görə, bu dəfə Qızılqaya kəndində nəzərdə tutulan işləri həyata keçirən traktor minaya düşüb. Şükürlər olsun, texnikaya zərər dəysə də, xəsarət alan olmayıb.

Amma nə vaxta qədər? Nikol Paşinyan niyə bu qədər mina partlayışlarını eşitmir, baş verən acınacaqlı hadisələri görmür, Bakıdan ünvanlanan xəbərdarlıqlara reaksiyası yoxdur? Təkcə 2020-ci ilin 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə mina partlayışları nəticəsində ümumilikdə 433 şəxs bu terrorun qurbanı olub, onlardan 73 nəfəri həlak olub, 360 nəfəri müxtəlif dərəcəli bədən xəsarəti alıb! 1990-cı illərin əvvəllərindən bəri 3400-dən çox azərbaycanlı minalardan zərər çəkib! Təsəvvür edin, təkcə mina terroru ölkəmizə nə qədər ağır zərbələr vurub. Özü də mina terroru nəticəsində dinc sakinlərlə yanaşı, Azərbaycanın Milli Qəhrəmanı adını daşıyan qəhrəmanlarımız da şəhid olublar, çox sayda insanlarımız sağlamlığını itirib...İllər öncə həmsöhbət olduğum, iki qız atası olan, mina terroru nəticəsində hər iki ayağını itirmiş Qarabağ qazisindən hazırladığım yazını xatırladım: “Yuxularımda ayaqlarımı görürəm”.

Qarabağda ermənilərin basdırdığı minaların partalaması nəticəsində o qədər say-seçmə oğullarımız ayaqlarını partlayış yerində dəfn ediblər ki...Belə dəhşətlərin sayı çoxdur...

Diqqət edin, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ümumi çirklənmiş ərazi təxminən 11 667 kvadratkilometr təşkil edir. 86,6 min kvadratkilometrlik ərazimizin 13,4 faizindən çoxunda mina və digər partlamamış sursatlarla bağlı təhlükəli vəziyyət mövcuddur. Bu, dəhşətli rəqəmdir!

Əslində bu vəziyyətin hökm sürməsinə görə beynəlxalq təşkilatlar da günahkardır. Ötən illər ərzində rəsmi Bakının çağırışlarına baxmayaraq, Ermənistana gerçək mina xəritələrinin verilməsi ilə bağlı nə bir çağırışları oldu, nə də təzyiqləri.

Xatırlayaq, 23.09.2021-ci il tarixdə Prezident İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasında ümumi müzakirələr çərçivəsində etdiyi çıxışında bildirmişdi ki, 2020-ci il noyabrın 10-da Ermənistan tərəfindən kapitulyasiya aktının imzalanmasından sonra bu günə qədər 2 jurnalist daxil olmaqla, 30 Azərbaycan vətəndaşı həlak olub, 130 nəfər isə yaralanıb. Ölkə rəhbəri əlavə etmişdi ki, Azərbaycan dünyada ərazilərinin ən çox minalandığı ölkələrdən biridir. Ali tribunadan çağırış edən dövlət başçımız bildirmişdi ki, bu, azad olunmuş ərazilərdə bərpa prosesini və məcburi köçkünlərin evlərinə qayıdışını ləngidir.

Baxın, ötən 5 il ərzində beynəlxalq birliyin laqeyd münasibəti davam etdi, necə ki, Qarabağın işğalına laqeyd yanaşılırdı. Nəticədə Azərbaycan Ermənistanın mina terrorundan əziyyət çəkməkdə davam edir. Əgər o zaman cənab Prezidentin bəyanatına adekvat münasibət göstərilsəydi, mina qurbanlarının sayı bu qədər artmaz, ailələr gözüyaşlı qalmaz, vətəndaşlarımız sağlamlıqlarını itirməzdilər.

Prezident İlham Əliyev dəfələrlə beynəlxalq təşkilatların rəsmiləri ilə görüşlərdə deyib ki, Ermənistan dəqiq mina xəritələrini Azərbaycana verməkdən imtina edir:

“Ermənistanın üç rayon üzrə təqdim etməyə məcbur olduğu mina xəritələrinin dəqiqliyi 25 faizdir. Beynəlxalq ictimaiyyət Ermənistanı məcbur etməlidir ki, azad olunmuş ərazilərimiz üzrə dəqiq mina xəritələrini bizə təqdim etsin”. Amma daşdan səs çıxdı, beynəlxalq təşkilatlardan yox. Əksinə, onların bəziləri Azərbaycana qarşı sanksiya çağırışları etdilər, yaxud da ölkəmizə qarşı əsassız sənədlər qəbul etməklə riyakar mövqe tutdular.

Bir anlıq təsəvvür edək ki, eyni situasiya ilə Ermənistan üz-üzə qalsaydı, beynəlxalq aləmin və eləcə də Paşinyan hakimiyyətinin reaksiyası necə olardı. İndi aləmi bir-birinə vurmuşdular, bəlkə Azərbaycana qarşı növbəti “907”lər də yekdilliklə qəbul olunmuşdu.

Bəli, Ermənistan “Piyada əleyhinə minaların istifadəsi, yığılması, istehsalı və ötürülməsinin qadağan olunması və onların məhv edilməsi haqqında” Konvensiyaya (Ottava Konvensiyası) qoşulmayıb. Amma nə olsun? Hansısa konvensiyaya qoşulmamaq qonşu ölkəyə qarşı terrora “yaşıl işıq” yandırılmasıdırmı?! Ermənistan hətta 2020-ci ildə əldə olunan üçtərəfli razılaşmadan sonra rusiyalı hərbçilərin müşayiəti ilə Qarabağa Ermənistan istehsalı olan minaların, sursatların daşınmasını həyata keçirmişdi, Fərrux dağı istiqamətində 2021-ci il istehsalı olan minalar aşkarlanmışdı. Təkcə bu fakt beynəlxalq təşkilatlar, aparıcı paytaxtların hərəkətə keçməsi üçün əsas yaradırdı. Amma onlar bu dəfə də susdular və erməni separatçıları, işğalçı ordu məhz Rusiya “sülhməramlılar”ının müşayiəti ilə həmin minaları “yeni təmas xətti”ndə basdırmağa başladılar.

Necə ki, ondan əvvəl, Birinci Qarabağ müharibəsindən sonra “Ohanyan səddi” boyunca minalanmanı kütləvi şəkildə həyata keçirmişdilər...Necə ki, 2016-cı ilin Aprel döyüşlərindən sonra, ordumuzun uğurlu döyüş əməliyyatlarından sonra düşmən “yeni təmas xətti” yaradaraq, növbəti minalanmanı reallaşdırmışdı. Sonuncu qəsdlər də məhz 44 günlük müharibədən sonra həyata keçirildi.

“Real sülh”dən, “Real Ermənistan”dan danışan Paşinyan real mina xəritələrini Azərbaycana təhvil vermir ki, fəlakətlər seriyası dayansın. Azərbaycan Xocavəndə işıq çəkir, məskən salır, bu işlərin gedişində isə ermənilərin basdırdığı mina partlayışı baş verir. Bundan əvvəl Ağdərədə mina təmizləyən fədakar insanlar, ANAMA-nın əməkdaşları mina partlayışı nəticəsində ağır yaralandılar...Ondan əvvəl başqa ərazidə faciəli hadisələr baş verdi. Beləcə davam edir Ermənistanın gizli müharibəsi, mina terroru, amma Paşinyan sülh razılaşmasının sevincini yaşayır. Niyə Azərbaycana ünvanlı müraciətlərin biri mina faciələrinə həsr olunmur, bununla bağlı Ermənistanın mövqeyi açıqlanmır? Necə olur ki, delimitasiya və demarkasiya ilə bağlı 70-ci illərin xəritələrinə vaxtaşırı istinad edən Ermənistan rəhbərliyi işğalçı ordusunun basdırdığı minaların xəritələrini təqdim edə bilmir. Deməli, Azərbaycandan qisas almaqdır əsas məqsəd, maksimum itkilər yaşatmaqdır gizli istək. Biz onlar üçün taxıl yolu açmışıq, yanacaq göndəririk, darmadağın etdikləri əraziləri tikirik, amma ermənilərin basdırdığı minalar ərazidə çalışan insanlarımızın və öz evlərinə dönən sakinlərimizin sevincini gözündə qoyur, quzu otaran uşaqlarımız, bağından meyvə dərən ahıllarımız belə mina təhlükəsi ilə üz-üzə qalır, İrəvandan səs çıxmır! Belə olmaz! Belə davam edə bilməz! Ona görə də sülh söhbətləri ilə bizim diqqətimizi yayındıra bilməzsən, Nikol Paşinyan, necə deyərlər, keç mətləbə! Minaların koordinatlarını bilən hərbçilərin heyətini müəyyənləşdir!

Elşad Paşasoy

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 09 Avqust 2026 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see562

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see407

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see380

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see318

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see303

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see278

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see276

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see255

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see251

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see247

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see234

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see233

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see228

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see227

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see219

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see201

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see185

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see183

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see181

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri