Icma.az
close
up
RU
“Qarabağ”ın 6 cı xal üçün 6 cı sınağı

“Qarabağ”ın 6 cı xal üçün 6 cı sınağı

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

İdman eksperti hesab edir ki, “Köhlən atlar” bunu edə bilsələr, “Kopenhagen” də Bakıdan əliboş yola salınacaq

Bu gün “Qarabağ” klubu Çempionlar Liqasının Liqa mərhələsində ikinci oyununa çıxır. Rəqib Danimarka nəhəngi “Kopenhagen”dir. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyun yerli vaxtla 20:45-də başlayacaq.

Qeyd edək ki, oyuna maraq olduqca böyükdür. Bunun da əsas səbəbi heç şübhəsiz ki, Ağdam təmsilçisinin birinci turda sürpriz nəticə əldə edərək, “Benfika”nı səfərdə 2:0 geridən gələrək 2:3 hesabı ilə məğlub etməsidir. Artıq aktivində 3 xalı olan “Köhlən atlar” dünyanın nəhəng klublarını geridə qoyaraq, ilk onluqda qərarlaşıb. Öz meydanından da maksimum nəticə ilə ayrılsa, 6 xalla daha bir böyük sürprizə imza atacaq. Hesabında 1 xalı olan Danimarka klubu bunun fərqindədir və Bakıya ancaq və ancaq qələbə üçün gələcəklər. Həm də xatırladaq ki, “Kopenhagen” kifayət qədər tanış klubdur. “Qarabağ” və “Kopenhagen” beşinci dəfə üz-üzə gələcək. Əvvəlki dörd görüşdə azərbaycanlıların 1 qələbəsi və 3 məğlubiyyəti var.

Son olaraq, Ağdam klubu Danimarka çempionu ilə 7 il öncə Çempionlar Liqasının pley-off mərhələsində qarşılaşmışdı. Bakıdakı oyunda 1-0 hesabı ilə qələbə qazanan “Köhlən atlar” səfərdə 2-1 hesablı məğlubiyyətə baxmayaraq, həmin dövrdə keçərli sayılan səfər qolu ilə tarixində ilk dəfə ən mötəbər turnirin qruplarına vəsiqəni təmin etmişdi. Bütün bu amilləri nəzərə alsaq, “Qarabağ” oyunçuları üzərində ciddi basqının olacağı indidən məlumdur. Çünki meydanı dolduracaq azarkeşlərin yalnız bir istəkləri var - o da qələbə.

UEFA rəsmi saytında “Qarabağ” - “Kopenhagen” oyununa yazı həsr edib. Yazıda qeyd edilir ki, Lissabonda “Benfika” üzərindəki qələbədən sonra “Qarabağ” uğuru davam etdirməyə çalışacaq.

Qarşılaşma Niderlanddan olan FIFA referisi Serdar Gözübüyükə tapşırılıb. Yan xətt hakimləri Ervin Zeynstra ilə Patrik İnya, dördüncü hakim Yannik Van Der Laan olacaq. VAR-da Rob Dyeperin AVAR-da Yerun Manshot əyləşəcəklər.

Danimarka klubu “Qarabağ”a psixoloji təzyiq etmək üçün 27 il öncəki ilk qarşılaşmadan video paylaşıb. Həmin vaxt hər iki klub UEFA-nın Kuboklar kuboku adlanan yarışda üz-üzə gəlmiş və skandinaviyalılar hər iki matçda böyük hesabla qələbə qazanmışdılar - evdə 6:0, səfərdə 4:0.


İdman yazarı Natiq Muxtarlı “Yeni Müsavat”a deyib ki, “Qarabağ” “Kopenhagen”lə oyuna böyük təzyiq altında çıxacaq: "İlk turda səfərdə "Benfika"ya qalib gəldikdən sonra bütün Avropanın gözü “Qarabağ”a dikilib. Təbii ki, “Kopenhagen”də bu oyuna daha ciddi yanaşır. Ümumiyyətlə, ÇL-də asan oyun və asan rəqib olmur.

Burada hər şeyi detallar həll edir. Ancaq hazırda şərtlər “Kopenhagen”in xeyrinədir. Onların üzərində heç bir təzyiq yoxdur. Amma “Qarabağ”dan hər kəs yenə də qələbə gözləyir. Bu da ümumilikdə bütün komandanı təzyiq altında saxlayır. “Qarabağ”ın məşqçilər korpusunun üzərinə böyük yük düşəcək, futbolçuları bu təzyiqdən xilas etmək üçün. “Kopenhagen” çox ciddi rəqibdir. Bunu ilk turda - “Bayer”lə oyunda göstərdilər. Üstəlik, onların “Qarabağ”la haqq-hesabları da var. Vaxtilə “köhlən atlar”a ÇL-in pley-off mərhələsində məğlub olublar.

Oyundan əvvəlki açıqlamalarda çox iddialı görünürlər, “Kopenhagen”in futbolçuları. Bəlkə də bu məqam “Qarabağ”ın işinə yarayar. Çünki futbolda rəqibə etinasız yanaşanların aqibəti yaxşı olmur. Amma bu açıqlamalar “Qarabağ”a psixoloji təzyiq kimi də düşünülə bilər. Ola bilsin ki, “Kopenhagen”də hesab edirlər ki, iddialı açıqlamalarla “Qarabağ”lıların “kürkünə birə sala bilərlər”.

Amma Qurbanovun futbolçuları belə sınaqlardan dəfələrlə çıxıblar. “Kopenhagen”in Bakıda topa nəzarət edəcəyini düşünmürəm. İstəsələr də “Qarabağ”la oyunda buna nail ola bilməzlər. Güman ki, topa nəzarət “Qarabağ”da olacaq. Amma danimarkalılar öldürücü pressinqdən yararlana bilərlər ki, “Qarabağ”ın futbolçuları topla istədikləri kimi rəftar edə bilməsinlər, boş sahə tapmasınlar. Bu oyunda hər iki komandanın maksimum ehtiyatlı oynayacağı, avantüraya yol verməyəcəyi dəqiqdir. Müdafiədə səhvlər minimum, hücumda bitiricilik maksimum: Qələbənin formulu bu olacaq. Yanukoviçin olmaması “Qarabağ” üçün böyük itkidir, amma onun yoxluğu mütləq kompensasiya edilməlidir. Mərkəzdə rəqibə uduzmaq baha başa gələ bilər. “Qarabağ” kənar təzyiqlərin öhdəsindən gəlməli və meydanda öz oyununu - heç bir təşvişə yol vermədən oynamalıdır. “Benfika” ilə oyunda məhz belə sistem uğur gətirdi. “Kopenhagen” daha qapalı oyuna üstünlük verəcək, deməli, rəqibin “avtobus”unu yarmaq üçün ön xətdə olan oyunçular daha yaradıcı olmalı, müxtəlif variantlardan istifadə etməlidirlər

“Benfika” ilə oyundan sonra yaranan ictimai diqqət - deməli, həm də təzyiq dəf edilsə, müdafiədə sayıqlıq, hücumda bitiricilik olsa, onda “Kopenhagen” də Bakıdan əliboş yola salınacaq".


Futbol mütəxəssisi Kənan Məstəliyev hesab edir ki, “Qarabağ” ikinci qələbəyə 12-ci oyunçuların-azarkeşlərin dəstəyi ilə çox yaxındır: “Hər iki komanda üçün vacib oyundur, çünki ilk turda qazandıqları uğuru davam etdirmək istəyəcəklər. "Kopenhagen" “Bayer” kimi rəqibdən xal alıb, “Qarabağ” isə möhtəşəm kambek ilə nəhəng “Benfika”nı yenib. Təmsilçimizin bu zəfəri nəinki Avropa, ümumiyyətlə, dünya mediasında çox böyük müzakirələrə səbəb olub, şok effekti yaradıb. İndi bunun davamını gətirmək lazımdır. Rəqib təbii ki, “Benfika” kimi güclü deyil, amma daha intizamlı və praqmatik futbol oynayan komandadır. Danimarkalılarla 90 dəqiqə diqqətli olmaq lazımdır. Çünki “Kopenhagen” istər müdafiədə, istərsə də hücumda ciddidir, son saniyəyə qədər mübarizə aparır. 4-4-2 sxemi ilə oynayırlar və cinahlardan olan hücumlardan maksimum yararlanmağa çalışırlar. Cərimə meydanına daxil olanda çox böyük təhlükələr yarada bilirlər. Danimarka mətbuatından izlədiyimiz qədər çox istəklidirlər və bura qələbə üçün gəlirlər. 2017-ci ildə onları ÇL-dən kənarda qoymağımızı unutmayıblar və revanş hissi ilə yanırlar. Amma “Qarabağ” da zəif komanda deyil və belə rəqibləri çox görüb. Hesab edirəm ki, Ağdam klubu bu komandanın öhdəsindən gələ biləcək. Düzdür, itkilərimiz var. Məsələn, Yankoviç kimi əsas heyət oyunçumuzun zədələnməsi bütün planlarımızı pozur. Amma “Qarabağ”ın ənənəvi, artıq oturuşmuş 4-2-3-1 sistemi rəqibin 4-4-2 sistemini pozmağa uyğundur. “Köhlən atlar” öz klassik futbolu olan top gəzdirmə oyununu tətbiq edəcəyi halda rəqibin müdafiəsində boşluqlar yaranacaq və bu boşluqlardan istifadə edəcək. Bu rəqibi məğlub edə, xal və ya xallar ala bilərik. Doğma divarlar arasında, böyük maraq göstərən azarkeşlərimizin də dəstəyi ilə “Qarabağ”ın Çempionlar Liqasında ardıcıl ikinci qələbəsini qazanacağını gözləyirəm".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://moderator.az
archiveBu xəbər 01 Oktyabr 2025 08:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see353

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see314

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see278

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see272

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see270

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see254

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see254

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see251

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see238

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see236

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see228

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see224

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see222

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see221

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see214

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see212

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see210

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see210

Trampın İranla bağlı çağırışının arxasında nə dayanır? AÇIQLAMA

26 Avqust 2026 11:30see188

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri