“Qarabağ”ın akademiyasının məşqçiləri təltif olundular
Icma.az, Moderator.az saytına istinadən bildirir.
“Qarabağ” Futbol Klubu Akademiyasının məşqçiləri peşəkar inkişaf proqramını başa vurduqları üçün təltif olunublar.
Moderator.az xəbər verir ki, Azərbaycan İdman Akademiyası (ASA) və “Qarabağ” Futbol Klubu Akademiyasının əməkdaşlığı çərçivəsində həyata keçirilən “Futbol məşqçilərinin peşəkar inkişaf proqramı”nın yekunlarına həsr olunan tədbir keçirilib.
Azərbaycan İdman Akademiyasında baş tutan tədbirdə proqramı uğurla başa vuran “Qarabağ” Futbol Klubu Akademiyasının məşqçiləri təltif ediliblər.
Tədbirdə “Qarabağ”ın baş direktoru Emrah Çelikel və Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev çıxış ediblər.
ASA-nın rektoru Fuad Hacıyev Azərbaycan futbolunun inkişafı üçün məşqçilərin nəzəri bilikləri və praktiki təcrübələri ilə yanaşı, pedaqoji bacarıqlarının da artırılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bu məqsədlə keçirilən təlimlər məşqçilərin mövcud vəziyyəti düzgün qiymətləndirməsinə və gələcək hədəfləri müəyyənləşdirməsinə kömək edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 19 Oktyabr 2026 14:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















