“Qarabağ”ın akademiyasının üzvləri üçün seminar təşkil olunub İdmanXəbər
Idmanxeber.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Qarabağ”ın akademiyasının komandaları üçün seminar təşkil olunub.
İdmanxeber.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə AFFA-nın Hakimlər Komitəsinin üzvü Anar Salmanov, komandanın futbolçu və məşqçi heyəti iştirak edib.
Salmanov oyun qaydaları barədə danışıb. O, videoçarxda nümayiş olunan oyun epizodlarını şərh edib. Həmin epizodlarla bağlı müzakirələr aparılıb. Görüşdə hakimlik və oyun qaydaları ilə bağlı suallar cavablandırılıb.

