“Qarabağ”ın avrokubok matçındakı qadın hakim Emanuela Rusta kimdir?
Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Dünən UEFA Konfrans Liqasının pley-off mərhələsində keçirilən “Tvente” - “Qarabağ” matçının (0:1) hakimlər briqadasında qadın hakim də yer alıb.
QOL.az xəbər verir ki, söhbət albaniyalı Emanuela Rustadan gedir. 32 yaşlı hakim qarşılaşmada 4-cü hakim funksiyasını yerinə yetirib. Görüşün baş hakimi isə onun həmyerlisi Juxhin Xhaja olub.
1993-cü il dekabrın 18-də Albaniyanın Elbasan şəhərində anadan olan Rusta ölkəsinin ən tanınmış qadın futbol hakimlərindəndir. O, 2019-cu ildə FIFA referisi statusunu alan ilk albaniyalı qadın hakim kimi tarixə düşüb.

Rusta 2023-cü ilin iyununda UEFA hakimlərinin birinci kateqoriyasına yüksəlib. 2025-ci ilin dekabrında isə qadın hakimlər arasında UEFA-nın Elit kateqoriyasına daxil edilən ilk albaniyalı olub.
Albaniyalı referi ölkəsində kişilər arasında yüksək liqa matçlarını da idarə edib. FIFA-nın hazırkı siyahısında Rusta həm baş hakim, həm də video-hakim kimi yer alır.
Onun kişilərin avrokubok yarışlarında da təcrübəsi var. Rusta 2023/24 mövsümündə Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin FCSB - SSKA-1948 (3:2) oyununda 4-cü hakim olub.
2025/26 mövsümündə isə Konfrans Liqasının 3-cü təsnifat mərhələsində keçirilən “Austriya” (Vyana) - “Banik” (Ostrava) matçında eyni funksiyanı yerinə yetirib.
Rusta qadın futbolunda daha yüksək səviyyəli beynəlxalq oyunlarda baş hakim kimi çalışıb. 2024-cü ildə UEFA Qadınlar Çempionlar Liqasında “Benfika” - “Barselona” matçını idarə edən ilk albaniyalı qadın hakim olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 21 Avqust 2026 11:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















