“Qarabağ”ın “Benfika” ilə şərikli rekordu İdman və Biz
Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Qarabağ” ev oyunlarındakı məhsuldarlıq seriyasını 4-ə çatdırıb.
İdman.biz xəbər verir ki, Qurban Qurbanovun yetirmələri Misli Premyer Liqasında ardıcıl 4 dəfə qonaqların qapısına 3 və daha çox qol vurub.
“Neftçi”ni 4:0, “Sabah”ı 3:2, “Şamaxı”nı 3:0 hesabı ilə məğlub edən Ağdam klubu XIII turda “Zirə”nin qapısından 4 cavabsız top keçirib. “Qarabağ”ın meydanında üçdən az qol buraxan sonuncu komanda “Səbail” olub. Bakılılar 1:2 hesabı ilə uduzub.
Bu, bütün dünya liqalarında davam edən analoji seriyalar arasında rekord göstəricidir. Təmsilçimiz kimi daha 4 komanda qonaqları “top atəşi”nə tutmaqda davam edir.
Onlardan ikisi yüksək dəstə təmsilçisidir. “Benfika” Portuqaliyada, “Flora” Estoniyada amansız meydan sahibidir. Aşağı liqa klublarından “Loryan” Fransada, “Esters” İsveçdə ardıcıl 4 ev oyununda “3+” qola imza atıb.
Qeyd edək ki, “Qarabağ” çempionatdakı növbəti ev oyununu XVII turda “Sumqayıt”a qarşı keçirəcək.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 11 Noyabr 2024 10:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















