“Qarabağ”ın çempionat oyununun yeri “Çelsi” ilə matça görə dəyişdirilib
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 28 oktyabr, AZƏRTAC
“Qarabağ” Peşəkar Futbol Liqasına (PFL) müraciət edib.
PFL-dən AZƏRTAC-a verilən məlumata görə, Ağdam klubu Çempionlar Liqasının əsas mərhələsinin IV turunda Bakıda İngiltərənin “Çelsi” komandası ilə keçiriləcək oyuna daha yaxşı hazırlaşmaq məqsədilə Misli Premyer Liqasının X turunun “İmişli” ilə səfər görüşünün yerinin dəyişdirilməsini istəyib.
“Qarabağ”ın rəsmi müraciətini, bölgə klubunun razılığını nəzərə alan Peşəkar Futbol Liqası Azərbaycan futbolunun beynəlxalq miqyasda layiqincə təmsil olunmasını rəhbər tutaraq dəyişikliklə bağlı qərar qəbul edib.
Belə ki, X turda komandalar “Azərsun Arena”da üz-üzə gələcək və oyun “Qarabağ” – “İmişli” görüşü kimi rəsmiləşəcək. Oktyabrın 30-da reallaşacaq matç saat 17:00-da start götürəcək.
XX turun görüşü isə “İmişli” – “Qarabağ” qarşılaşması kimi oynanılacaq.
Baxış sayı:61
Bu xəbər 28 Oktyabr 2025 19:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















