Icma.az
close
up
RU
Qarabağın dirçəliş strategiyasının canlı nümunəsi!

Qarabağın dirçəliş strategiyasının canlı nümunəsi!

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

236 nəfər Xıdırlıdadır...
Demək olar ki, hər gün keçmiş məcburi köçkünlərimizin dədə-baba yurdlarına qayıtdıqlarına şahid oluruq. İşğaldan azad olunan ərazilərimiz arasında Ağdam şəhəri xüsusi yer tutur. Çünki bu şəhər vaxtilə ermənilər tərəfindən xüsusi amansızlıqla dağıdılmışdı. Ağdam eyni zamanda 44 günlük Vətən müharibəsi zamanı bir güllə atılmadan qaytarılan ərazilərimizdən biri idi. 2021-ci ildə Prezident İlham Əliyev tərəfindən şəhərin Baş Planı təsdiqlənib. O tarixdən bəri Ağdam “ağıllı infrastruktur”, “yaşıl enerji”, ekoloji davamlılıq prinsipləri üzərində yenidən qurulur.
Mühüm işlər görülür...
Bu gün öz sakinlərini yeni bir ab-hava ilə qarşılayan bölgələrimizdən biri də Ağdamın Xıdırlı kəndidir. Xıdırlı kəndi Qarabağın dirçəliş strategiyasının canlı nümunəsidir. Tikilən hər bir ev, çəkilən yollar, əkilən ağaclar bu torpaqlarda yenidən həyatın başladığını göstərir. Xatırladaq ki, kəndin təməlqoyma mərasimi 2022-ci ilin oktyabrında keçirilib və həmin mərasimdə Prezident İlham
Əliyev və birinci xanım Mehriban Əliyeva şəxsən iştirak ediblər. Ümumi ərazisi 417 hektardan çox olan Xıdırlı kəndi iki mərhələdə salınır. Hər şey planlı, mərhələli və gələcək nəsilləri də nəzərə alaraq layihələndirilib.
Layihəyə əsasən, birinci və ikinci mərhələ üzrə ümumilikdə 6 minə yaxın insanın, yəni 1498 ailənin Xıdırlıya köçürülməsi nəzərdə tutulur.
Hazırda həyata keçirilən birinci mərhələnin ərazisi 170 min 44 hektardır. Bu mərhələdə artıq 719 fərdi evin tikintisi başa çatdırılıb. Evlərin planlaşdırılması da ailələrin ehtiyacları nəzərə alınaraq həyata keçirilib: 263-ü ikiotaqlı, 332-si üçotaqlı, 121-i dördotaqlı, və 3-ü isə beşotaqlıdır. Bu evlər müasir memarlıq üslubunda, rahatlıq və enerjiyə qənaət prinsipləri əsasında inşa edilib.

Xıdırlı müasir kənd modeli kimi qurulur

Qeyd edək ki, Xıdırlıda həyata keçirilən quruculuq təkcə fərdi evlərlə məhdudlaşmır. Bu kənd müasir kənd modeli kimi qurulur. Burada çoxfunksiyalı inzibati bina, klub-icma mərkəzi, tibb məntəqəsi, təcili tibbi yardım bölməsi, həmçinin təhsil və səhiyyə işçiləri üçün müvəqqəti qonaq evi, məişət xidməti obyekti, emalatxana, tam orta məktəb və körpələr evi-uşaq bağçası da tikilib.
Bu infrastruktur yeni sakinlərin gündəlik həyatını rahat və təhlükəsiz şəkildə davam etdirməsi üçün hər cür şərait yaradır. Xidmət sektoru, təhsil və səhiyyə sahələri, ictimai məkanların hamısı yenidən dizayn olunub və müasir standartlara uyğunlaşdırılıb.
Həmçinin Xıdırlı kəndinin layihəsində ekoloji tarazlığa da xüsusi diqqət yetirilib. Kəndin ərazisinin təxminən 20 faizi yaşıllıqlardan ibarətdir. Bu yaşıl zonalar təkcə kəndin gözəlliyinə xidmət etmir, eyni zamanda sakinlər üçün istirahət məkanları və ekoloji sağlam mühit formalaşdırır. Geniş bulvar, ağaclar və bəzək kolları ilə bəzədilmiş park sahələri kəndin gələcəyini daha da ümidverici edir.

Daha 60 ailənin sevinci...

İşğaldan azad olunmuş torpaqlara “Böyük Qayıdış” Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlara dönüşü davam edir. Dünən respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdam rayonunun Xıdırlı kəndinə yola salınıb. Bu mərhələdə 60 ailə olmaqla, 236 nəfər keçmiş məcburi köçkün doğma yurduna qovuşub. Ailələrə evlərinin açarlarının təqdimatı mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.


Yeganə BAYRAMOVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:198
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 30 İyul 2025 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see570

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see231

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see216

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see208

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see206

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see196

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see196

Bu işlə məşğul olan kişilərdə qırtlaq xərçəngi qaçılmazdır

07 Oktyabr 2026 22:25see189

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see189

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see183

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see183

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see179

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see176

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see174

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see173

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see172

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see170

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see170

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see168

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri