Icma.az
close
up
RU
Qarabağın dirçəliş marafonu

Qarabağın dirçəliş marafonu

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Genişmiqyaslı bərpa-quruculuq işləri soydaşlarımızın doğma torpağa təhlükəsiz qayıdışını təmin edir

Otuz il. Xalqımızın yaddaşında silinməz izlər buraxan, həsrət və kədər dolu üç on il. Bu illər ərzində viran qoyulan kəndlər, dağıdılan şəhərlər, yurd yerləri xalqımızın ürəyində sağalmaz yaraya çevrilmişdi. Doğma torpağın hər qarışı səssiz haray çəkir, nisgil dolu nəğməsini “pıçıldayırdı”. O yurdsuz günlərdə köçkünlərimizin gözləri daim yaşlı, qəlbləri yaralı idi. Vətən həsrəti ilə böyüyən gənc nəsil dilbər Qarabağın gözəlliyi barədə yalnız ata-babalarının xatirələrində eşidirdi. Amma bütün bunlara baxmayaraq, xalqımız heç vaxt ümidini üzmədi. “Bir gün qayıdacağıq!” inamı ən çətin məqamlarda onlara güc, təpər verdi.

O gün gəldi. Üzümüzə zəfər soraqlı səhərimiz açıldı. İşğalın qara kölgəsi yox oldu, düşmən tapdağında qalan torpaqlarımıza onun əsl sakinlərinin köçü başladı. İndi hayların bizə buraxdığı xarabalıqların içindən yeni binalar ucalır, səssizliyin hökm sürdüyü küçələrdən uşaqların gülüş səsi eşidilir.

Bəli, Qarabağ və Şərqi Zəngəzur bu gün yeni inkişaf mərhələsinə qədəm qoyub. Dövlət siyasətinin mərkəzində bu ərazilərin bərpası, sosial-iqtisadi dirçəlişi və dayanıqlı məskunlaşması, sakinlərin firavan həyatı dayanır. Prezident İlham Əliyev Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüşündə bu məsələ barədə danışıb. Ölkə başçısı qeyd edib ki, biz beş il ərzində şəhərlər, kəndlər, körpülər, tunellər, su anbarları, elektrik stansiyaları qurmuşuq: “Yəni, burada – Qarabağda və Zəngəzurda gedən quruculuq dünyanın heç bir yerində yoxdur. Əsas odur ki, Azərbaycan xalqı rahat yaşasın, xoşbəxt yaşasın, sülh içində yaşasın”.

İşğaldan azad olunmuş ərazilərdə görülən genişmiqyaslı işlər arasında infrastruktur layihələri xüsusi yer tutur. Çünki müasir infrastruktur olmadan nə iqtisadi potensialın səmərəli istifadəsi, nə də insanların orada rahat və təhlükəsiz şəkildə yaşaması mümkündür. Elektrik enerjisi şəbəkələrinin, su və qaz təchizatının, yol-nəqliyyat xətlərinin, rabitə və internet xidmətlərinin qurulması həmin ərazilərin gələcək sosial və iqtisadi həyatının əsas dayaqlarıdır. İnfrastrukturun bərpası regionların iqtisadi inteqrasiyasına şərait yaratmaqla yanaşı, Böyük Qayıdış prosesinin sürətlənməsinə xidmət edir. Prezident İlham Əliyevin Qarabağa və Şərqi Zəngəzura mütəmadi səfərləri də bu istiqamətdə dövlətin qətiyyətli iradəsinin təcəssümüdür. Səfərlər yeni yaşayış komplekslərinin istifadəyə verilməsi, təməlqoyma mərasimlərinin keçirilməsi, infrastruktur layihələrinin təqdimatı ilə yadda qalır. Bu, bir tərəfdən dövlət başçısının prosesə şəxsi nəzarətini ifadə edirsə, digər tərəfdən bölgənin gələcək inkişaf perspektivini göstərir. Hazırda Şuşa, Xankəndi, Ağdam, Füsuli, Kəlbəcər və digər bölgələr bərpa və yenidənqurma mərkəzinə çevrilib. Burada yaşayış evləri, sosial obyektlər inşa olunur, tariximizə və kimliyimizə aid mədəniyyət və dini abidələr bərpa edilir.

Yeri gəlmişkən, müasir Qarabağ işğaldan əvvəlki dövrün bütün xüsusiyyətlərini özündə birləşdirir. Bərpa və quruculuq işlərində tarixlə müasirliyin sintezinin nəzərə alınması gələcək nəsillərin milli kimliyinin itirilməməsinə xidmət edir. Çünki gənc nəsil doğma torpağın nəfəsini duymalı, onun qarşısında daşıdığı məsuliyyətin fərqinə varmalıdır.

Artıq 20-dən çox yaşayış məntəqəsinə köç həyata keçirilib. 2021-ci ildən bu yana Qarabağ və Şərqi Zəngəzurun bərpası üçün 19 milyard manatdan çox vəsait xərclənib. Hazırda azad edilmiş ərazilərdə yaşayan və çalışanların sayı 50 minə yaxınlaşıb. “Böyük Qayıdış” proqramına əsasən, 2026-cı ilin sonunadək bölgəyə 140 min nəfərin köçürülməsi nəzərdə tutulub. İlkin mərhələdə ayrılmış vəsaitlərlə infrastrukturun təməli qoyulub, növbəti illərdə isə daha geniş sosial və iqtisadi layihələrin reallaşdırılması planlaşdırılıb. Növbəti inkişaf mərhələsi Qarabağın təbii resurslarının üzə çıxarılması, zəngin flora və faunaya malik bölgələrin dünya miqyasında turizm zonaları kimi tanıdılmasıdır. Bundan başqa, azad edilmiş ərazilərdə enerji infrastrukturu artıq müasir standartlara uyğun qurulub. Dairəvi elektrik şəbəkəsi bütün bölgələri əhatə edir və Azərbaycanın əsas elektrik təsərrüfatına qoşulub. Hazırda 280 meqavat gücündə su elektrik stansiyaları fəaliyyət göstərir və istehsal olunan enerji Qarabağdan ölkənin digər bölgələrinə yönləndirilir. Nəqliyyat infrastrukturunda da mühüm irəliləyişlər əldə olunub. Ağdam–Xankəndi–Şuşa istiqamətində 7 tunel tikilib, onların ümumi uzunluğu 80 kilometrdir. Tunellər regionun nəqliyyat imkanlarını əhəmiyyətli dərəcədə artırır və iqtisadi inteqrasiyanı sürətləndirir. Eyni zamanda dəmir yolu şəbəkəsinin qurulması da intensiv şəkildə davam etdirilir. Bugünlərdə Ağdama ilk qatar yola salınıb, Ağdam–Xankəndi dəmir yolunun isə təməli artıq qoyulub. Bundan əlavə, Xankəndi-Şuşa, Laçın və Kəlbəcər istiqamətlərində kanat yollarının tikintisi ilə bağlı Prezident tərəfindən konkret qərarlar verilib.

Sonda bir daha vurğulayaq ki, Qarabağ xalqın ümidlərinin, müqəddəs torpaq uğrunda verilmiş qurbanların və gələcək nəsillərə ötürüləcək milli qürurun rəmzidir. Burada inşa edilən hər ev, bərpaolunan hər abidə bizi zəfərə qovuşduran yolun hekayəsini danışır...

Yusif BAĞIRZADƏ,
politoloq

Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzura səfərləri hər dəfə yeni yaşayış komplekslərinin açılışı ilə, sakinlərlə görüşlər mühüm mesajlarla yadda qalır. Prezidentin erməni işğalından azad edilən ərazilərin bərpası istiqamətində verdiyi tapşırıqlar və ona uyğun görülən işlər isə bir çox istiqamətləri əhatə edir. İnsanların öz doğma yurduna qayıdışı üçün yaşayış binalarının, fərdi evlərin tikintisi ilə paralel şəkildə infrastruktur layihələri həyata keçirilir. Bu gün dövlət başçısının göstərişləri əsasında həyata keçirilən yenidənqurma və bərpa işləri həqiqətən də öz həcminə görə misilsizdir. Prezidentin dediyi kimi, Qarabağ və Zəngəzurda gedən quruculuq işlərinə dünyanın heç bir yerində rast gəlmək mümkün deyil. Tamamilə dağıdılmış, viran qoyulmuş ərazilərdə 5 ildə görülən işlərin həcmi bu ərazilərə səfər edən hər kəsi təəccübləndirir. Mən özüm də işğaldan azad olunmuş ərazilərə bir neçə dəfə səfərlər etmişəm və hər səfərimdə xoş təəccüb hissləri keçirmişəm. Qısa vaxt ərzində 20-dən artıq məntəqədə əhalinin məskunlaşması, 10 minə yaxın keçmiş məcburi köçkünün öz yurdlarına qayıdışı, tunellər, körpülər, elektrik stansiyaları, su anbarlarının, hava limanlarının tikilməsi, avtomobil və dəmir yollarının çəkilişi, enerji infrastrukturunun bərpası və yenidən qurulması hər ölkənin bacara biləcəyi işlər deyil.

2021-ci ildən sonrakı dövrdə bu işlərin həyata keçirilməsi üçün 19 milyard manatdan çox vəsait ayrılıb və bu vəsait hər keçən il daha da artırılır. Bir sözlə, işğaldan azad olunmuş ərazilərimizdə, sözün əsl mənasında, cənnət yaradılır. Prezidentin Qarabağa budədəki səfəri zamanı Xocavənd, Xocalı və Füzulidə yeni yaşayış məntəqələri, infrastruktur layihələrinin təməlinin qoyuluşu, habelə, Hadrut və Qırmızı Bazar qəsəbələrində fərdi yaşayış evlərinin tikintisi ilə yadda qaldı. Bölgəyə köçən sakinlər üçün hər cür şəraitin qurulması bir daha sübut edir ki, tezliklə bu ərazilərin Azərbaycanıın ən gözəl guşələrindən birinə çevriləcəyinə şahidlik edəcəyik.

Nəzrin ELDARQIZI
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Sentyabr 2025 09:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see304

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see212

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see201

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see194

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see186

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see165

Ermənistanda ARA QARIŞDI: Xocalı qatili SAVAŞ MESAJI verdi

14 Dekabr 2025 11:07see160

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see152

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see148

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see148

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see144

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see140

Orban: Rusiya aktivlərinin müsadirəsi müharibə elanına bərabərdir

14 Dekabr 2025 03:48see139

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see139

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see138

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see136

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see134

Kanelonun məşqçisi yetirməsinin nə vaxt Kroufordla revanş döyüşü keçirmək istədiyini deyib

14 Dekabr 2025 06:08see121

Nazir müavini: Bakı Daşkənd əlaqələri iki ölkə liderinin siyasəti sayəsində möhkəmlənir

14 Dekabr 2025 22:43see121

“Qarabağ” “Araz Naxçıvan”a qarşı

14 Dekabr 2025 11:06see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri