Icma.az
close
up
RU
“Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” layihəsinin təqdimatı

“Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” layihəsinin təqdimatı

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Qarabağ Dirçəliş Fondunun sifarişi ilə hazırlanan “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” innovativ kitab layihəsinin növbəti təqdimat mərasimi keçirilib.

“Cebheinfo.az” xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında təşkil olunan tədbirdə dövlət və hökumət rəsmiləri, Fondun donor və tərəfdaşları, tanınmış ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Vətənin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Salamlama nitqi ilə çıxış edən Prezident Kitabxanasının direktoru Afət Abbasova bu nəşrin Qarabağ həqiqətlərinin beynəlxalq və yerli auditoriyaya dolğun şəkildə təqdim olunmasında əhəmiyyətli rol oynayacağını, eyni zamanda oxucular üçün etibarlı istinad mənbəyinə çevriləcəyini qeyd edib.

Açılış nitqi ilə çıxış edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” kitabının əhəmiyyəti və hazırlanma prosesi ilə bağlı geniş məlumat verib.

Qeyd olunub ki, bu kitab Qarabağın tarixini, işğal dövrünü, azad olunmasını, bərpa prosesini və gələcəyə baxışını mətn, fotoşəkillər, eləcə də rəsmi şəxslərin, dövlət nümayəndələrinin və ekspertlərin müsahibələrini, o cümlədən doğma torpaqlarından didərgin düşmüş insanların xatirələrini də özündə birləşdirməklə geniş şəkildə işıqlandırır.

Məlumat verilib ki, “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” kitabı layihə çərçivəsində yaradılan xüsusi rəqəmsal ekosistemin tərkib hissəsidir. Belə ki, kitab boyunca yerləşdirilən yüzlərlə QR-kodlar vasitəsilə oxucular layihənin tərkib hissəsi olan www.book.revival.az internet saytı və digər onlayn resurslarda yerləşən materiallara keçid edə, genişləndirilmiş fotoqalereyaları, eksklyuziv müsahibələrin tam video və mətn yazılarını, tarixi ədəbiyyatı və digər materialları izləyə bilərlər.

Eyni zamanda qeyd olunmalıdır ki, https://book.revival.az/estore/ ünvanda yerləşən onlayn-mağazaya keçid edib və Fonda ianə etməklə istənilən kitabı say və müxtəlif nəşrlərdə (o cümlədən Klassik, Prestij və Signature Collection) əldə etmək mümkündür.

Ekosistemə daxil olan Feniks quşu şəklində yaradılan “Zəfər AI” süni intellekt əsaslı bələdçi isə oxuculara kitabın məzmunu və ümumilikdə Qarabağ və Şərqi Zəngəzurun tarixi, işğalı və hazırda baş verən dirçəlişi barədə geniş məlumat təqdim edir.

Məhz bu xüsusiyyətlər nəşri klassik kitab çərçivəsindən çıxararaq onu dinamik, interaktiv və müasir nəsillərin oxu vərdişlərinə uyğunlaşdırılmış innovativ bir layihəyə çevirir.

Rəhman Hacıyevin sözlərinə görə, kitabın hazırlanmasında məqsəd Qarabağ həqiqətlərinin, eyni zamanda Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən irimiqyaslı bərpa və quruculuq işlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasıdır.

Sözügedən kitabın müəllifi, britaniyalı yazıçı Qrem Vilson çıxış edərək kitabın hazırlanma prosesi, eyni zamanda Azərbaycanla bağlı fikirlərini bölüşüb.
Tədbirdə çıxış edən Bakı Musiqi Akademiyasının rektoru, Fondun Müşahidə Şurasının üzvü Fərhad Bədəlbəyli, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, tarix üzrə fəlsəfə doktoru, Prezident Kitabxanasının direktorunun müşaviri Nazim Mustafa, AMEA-nın A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktor müavini, tarix elmləri doktoru İlqar Niftəliyev və digər natiqlər kitabın əhəmiyyətini qeyd etməklə yanaşı, nəşrin Qarabağ həqiqətlərinin, eləcə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma proseslərinin və regionda sülhün bərqərar olunmasına yönələn təşəbbüslərin beynəlxalq auditoriyaya təqdim olunmasına ciddi töhfə verəcəyini vurğulayıblar.

Tədbirin sonunda Qarabağın bərpası istiqamətində görülən işlərə dəstək olmaq məqsədilə Qarabağ Dirçəliş Fonduna 10.000 AZN ianə edərək “Qarabağın Dirçəlişi: 

Azərbaycan İntibahının Hekayəsi” kitabı əldə edən Veysəloğlu Şirkətlər Qrupuna Fondun adından “İanə sertifikatı” təqdim olunub.

Qeyd edək ki, təqdbir zamanı “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” kitabının videotəqdimatı və işğaldan azad edilmiş ərazilərin bərpasını və dirçəlişini əks etdirən “Faciədən Zəfərə” videoçarxı da nümayiş olunub.

“Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” kitabına sahib olmaq istəyən şəxslər https://book.revival.az/estore/ onlayn-mağazaya daxil olaraq istədikləri kitab növünü seçib Qarabağ Dirçəliş Fonduna ianə etməklə kitabı əldə edə bilərlər.

Yaxın gələcəkdə kitabın Azərbaycan və bir neçə xarici dilə tərcüməsi də həyata keçiriləcək.

Onu da qeyd edək ki, tədbir zamanı kitabda yer alan fotoşəkillər əsasında təşkil edilən və işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərini, eləcə də Qarabağın zəngin təbiətini və nadir flora-faunasını əks etdirən “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi də nümayiş edilib.

Nigar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 Dekabr 2025 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see263

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see259

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see253

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see240

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see233

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see231

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see219

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see215

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see211

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see208

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see191

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see186

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see180

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see180

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see179

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see160

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see159

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see154

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see143

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri