“Qarabağın dirçəlişi: Azərbaycan intibahının hekayəsi” fotosərgisi açılıb
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 18 noyabr, AZƏRTAC
Qarabağ Dirçəliş Fondu tərəfindən təşkil olunan “Qarabağın dirçəlişi: Azərbaycan intibahının hekayəsi” fotosərgisinin müxtəlif məkanlarda nümayişi davam edir.
AZƏRTAC xəbər verir ki, “Paşa Holding”in dəstəyi ilə keçirilən sərgi bu gündən “Crescent Mall” ticarət mərkəzində nümayiş olunur.
Ümumilikdə 19 fotodan ibarət olan və ticarət mərkəzinin üçüncü mərtəbəsində təşkil olunan sərgi noyabrın 28-nə qədər davam edəcək.
Qeyd edək ki, britaniyalı yazıçı Qrem Vilsonun eyniadlı kitabında yer alan təsirli fotolar əsasında müxtəlif məkanlarda təşkil olunan sərginin məqsədi işğaldan azad edilmiş ərazilərdə aparılan irimiqyaslı bərpa-quruculuq işləri ilə bağlı həm ölkə ictimaiyyətini, həm də ölkəmizə gələn xarici qonaqları məlumatlandırmaq, gündən-günə dirçələn və inkişaf edən Qarabağın yeni simasını fotoşəkillər vasitəsilə əyani şəkildə nümayiş etdirməkdir.
İşğaldan azad edilmiş ərazilərdə çəkilmiş fotoşəkillərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda həyata keçirilən bərpa və quruculuq işlərinin miqyası, tarixi-mədəni irsin bərpası və sosial infrastrukturun inkişafı öz əksini tapıb. Eyni zamanda, sərgidə Qarabağın zəngin təbiəti, nadir flora-faunası da xüsusi yer tutur.
Nəzərinizə çatdıraq ki, analoji sərgi bundan əvvəl Heydər Əliyev Beynəlxalq Aeroportunda və “Dəniz Mall” ticarət mərkəzində nümayiş olunub. Yaxın zamanlarda sərginin digər məkanlarda da nümayiş etdirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, britaniyalı yazıçı Qrem Vilsonun müəllifi olduğu “Qarabağın dirçəlişi: Azərbaycan intibahının hekayəsi” kitabının tezliklə təqdimatı keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 18 Noyabr 2025 16:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















