Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

ML: 3 cü tur başlayır

Ronaldo dönəmi başa çatır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

“Qarabağ”ın hegemoniyası: Niyə rəqib tapılmır?

“Qarabağ”ın hegemoniyası: Niyə rəqib tapılmır?

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son illər Azərbaycan Premyer Liqasında bir komandanın hegemoniyası özünü açıq şəkildə göstərir. 

Bəli, söhbət “Qarabağ”dan gedir. Artıq 10 ildən çoxdur ki, Ağdam təmsilçisi ilə digər klublar arasında çox ciddi uçurum yaranıb. Hətta “Köhlən atlar” ən pis oynadıqları mövsümdə belə rahatlıqla çempion olurlar. Çünki daxildə onlarla mübarizə aparacaq komanda yoxdur. Bu isə liqanın “Qarabağ”ın hegemoniyasına çevrilməsinə gətirib çıxarır. Əlbəttə ki, bunun mənfi cəhətləri kifayət qədər çoxdur. 

Məsələn, liqamızın keyfiyyəti aşağı olduğu üçün digər klublarımız Avropada uğurlu ola bilmirlər. Həmçinin, “Qarabağ”ın özü belə bundan əziyyət çəkir. Belə ki, “Qarabağ” liqada özü səviyyəsində klubla qarşılaşmadığı üçün avrokuboklardakı matçlara istənilən səviyyədə hazırlaşa bilmir. 

Maraqlıdır, Azərbaycan Premyer Liqasında “Qarabağ” hegemoniyasına səbəb nədir? Nə üçün Ağdam klubuna rəqib çıxmır? 

“Sportinfo TV” və “CBC Sport” telekanalının aparıcı-eksperti, tanınmış idman jurnalisti Elçin Cəfərov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Azərbaycan Premyer Liqasında “Qarabağ”ın hegemoniyasına əsas səbəb digər klubların düzgün idarə edilməməsidir: 

“Əsas rəqib “Neftçi”nin mövcud vəziyyəti “Qarabağ”ın hegemoniyasına səbəb olur. Belə ki, paytaxt klubu çox uzun illərdir düzgün idarə olunmur, Ağdam təmsilçisi isə hər il daha da üzərinə qoyur. “Qarabağ”da həm idarəçilik və həm transfer strategiyası çox yaxşı qurulub. Üstəlik, komandanın skaut heyətinin hər il eyni adamlardan təşkil edilməsi komandanın meydanda uğurlu nəticələrinə aparır. 

Üstəlik, bu skaut heyəti birbaşa baş məşqçi Qurban Qurbanovla işləyir. Onlar futbolçuları tapırlar, Qurbanova detallı şəkildə təqdim edirlər, o da birini seçir və transfer reallaşır”. 

Ekspertin sözlərinə görə, digər klublarda isə vəziyyət fərqlidir: 

“Hansısa klubdan 10-15 xarici menecerə zəng edib ehtiyacları olan mövqedə futbolçu istəyirlər. Hansı futbolçu boş olsa, biletini alıb Azərbaycana gətirirlər. Təbii ki, belə transferlər effekt vermir. “Neftçi”nin son illər düzgün idarə edilməməsinin əsas səbəblərindən biri də orada futbolu bilənlərin sayının az olmasıdır. 

Bəlkə də skautları yaxşı işləsə, düzgün transferlər edə bilərlər. Ancaq bəzi şəxslərin öz marağı çərçivəsində edilən transferlər ucbatından “Neftçi” bu günə düşüb. Əgər “Flaqman” “Qarabağ”ın hegomoniyasını qıracaq komanda formalaşdırmaq istəyirsə, birinci futbola yanaşma tərzini düzəltməli və sistem halında işləməlidirlər. 

Düzdür, bu mövsüm “Neftçi”də onun 50-60 faizini görməyə başlamışıq. Baş məşqçi Samir Abbasov öz istədiyi futbolçuları transfer etdirir. Fikrimcə, bu şəkildə davam edər və düzgün strategiya olarsa, bir müddət sonra nəticə olacaq”. 

Elçin Cəfərov qeyd edib ki, “Qarabağ”a rəqib ola biləcək komandalardan biri də “Zirə”dir: “Əslində, “Zirə”də 2021-ci ildən bu günə qədər “Qarabağ”dakı sistemin çalarları görünür. Baş məşqçi Rəşad Sadıqov da orada Qurban Qurbanovun sistemini tətbiq etməyə çalışır. 

Orada da məşqçi ilə skaut arasında möhkəm körpü qurulub. Bu, komandanın uğurlu nəticələr əldə etməyinə gətirib çıxarır. Rəşad Sadıqov Qurban Qurbanovun yolunu gedir. Nəticədə, son 2 mövsümdür “Zirə” nələrsə etməyə çalışır. Düşünürəm ki, ən azı 2 mövsüm də eyni templə davam etsələr, Azərbaycan çempionatının favoritlərindən biri olarlar. Yəni “Zirə”ni çempionluq yolunda görürəm”. 

Mütəxəssis vurğulayıb ki, “Zirə” çox düzgün strategiya ilə irəliləyir: “Ancaq “Zirə” də “Qarabağ” hegemoniyasına üstün gələ bilmir. Normalda “Qarabağ”ın olmadığı liqada “Zirə” çox asanlıqla çempion olar. Odur ki, “Qarabağ”ın hegemoniyasını nüfuz və maliyyə rıçarları baxımından qıra biləcək klublar “Neftçi” və “Zirə”dir. “Zirə” düzgün yolda olsa da, o rıçarlar hələ tam qüvvətli vəziyyətə gəlməyib. Düzgün planlama və strategiya ilə müəyyən nəticə göstərmək olar. “Qarabağ” sırf bunu edir. İndi də “Zirə” bu yolda irəliləyir”. 

Elmir Mustafa 
“Cebheinfo.az

 

Açar sözlər: Qarabağ Azərbaycan Premyer Liqası Neftçi Zirə Elçin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 İyul 2025 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see491

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see292

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see282

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see214

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see213

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see213

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see210

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see205

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see200

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see200

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see200

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see199

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see197

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see196

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see196

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see193

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see193

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see192

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see192

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri