Icma.az
close
up
RU
Qarabağın iki kəndinə ilk köç karvanı gəlib (Yenilənib)

Qarabağın iki kəndinə ilk köç karvanı gəlib (Yenilənib)

Icma.az, Reyting.az portalına istinadən məlumat yayır.


Bu gün Ağdərə rayonunun Kolatağ kəndinə ilk köç karvanı gedib.
Reyting.az
xəbər verir ki, kəndə 26 ailədən ibarət 89 nəfər yola salınıb.
Məlumata görə, kəndə Ağdam rayonundan 6 ailə (24 nəfər), Bakı şəhərindən 5 ailə (16 nəfər), Bərdə rayonundan 5 ailə (16 nəfər), Ağcabədi rayonundan 3 ailə (13 nəfər), Sumqayıt şəhərindən 2 ailə (6 nəfər), Tərtər rayonundan 2 ailə (4 nəfər), Oğuz rayonundan 1 ailə (4 nəfər), Göygöl rayonundan 1 ailə (3 nəfər), Qəbələ rayonundan 1 ailə (3 nəfər) köçürülüb.
***
Ağdərə rayonunun Kolatağ kəndinə gedən ilk köç karvanı ünvana çatıb.
Reyting.az
xəbər verir ki, ailələrin qarşılanma mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin nümayəndələri iştirak ediblər.
***
Qeyd edək ki, avqustun 15-də Ağdərə rayonunun Kolatağ kəndi ilə yanaşı Vəngli kəndinə də ilk köç karvanı gəlib.
Reyting.az
-a bu barədə Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər.
İlkin mərhələdə Kolatağ kəndinə 26 ailə - 89 nəfər, Vəngli kəndinə isə 22 ailə - 83 nəfər köçürülüb.
Mənzillərin açarlarını təqdim edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidməti Publik Hüquqi Şəxsin icraçı direktoru Telman Kərimli sakinləri təbrik edib, onlara doğma yurdlarında firavan həyat arzulayıb.
T. Kərimli bildirib ki, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri dövlətin prioritet istiqamətlərindən biridir və bu, bütün keçmiş məcburi köçkünlərin öz doğma evlərinə qayıtmasına xidmət edir: “Bu gün biz tarix yazırıq. Burada atılan hər addım, yandırılan hər ocaq gələcəyin möhkəm təməlidir".
T. Kərimli kəndlərdə içməli su, elektrik və qaz təchizatının, rabitə xəttinin tam bərpa olunduğunu da deyib. Bundan başqa, küçələr abadlaşdırılıb, yol infrastrukturu yenilənib.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:273
embedMənbə:https://reyting.az
archiveBu xəbər 16 Avqust 2025 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri