“Qarabağ”ın legioneri komandadan gedir MÖVSÜMÜN SONUNDA
Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Qarabağ” daha bir futbolçusu ilə vidalaşmağa hazırlaşır.
Apasport.az saytının əldə etdiyi məlumata görə, Ağdam təmsilçisi Emmanuel Addai ilə yollarını ayıracaq.
Cari mövsümün sonunda müqaviləsi başa çatacaq qanalı vingerlə yeni sözləşmə ilə bağlı razılığa gəlinə bilmir. “Köhlən atlar” 24 yaşlı futbolçunu komandada saxlamaq niyyətindədir.
Lakin o, azad agent kimi “Qarabağ”dan ayrılmaq istəyir. Buna səbəb Addainin Avropa klublarından aldığı təkliflərdir.
Xatırladaq ki, Addai 2024-cü ilin yayında İspaniyanın “Alkorkon” klubundan transfer olunmuşdu.
Qeyd edək ki, Emmanuel bu mövsüm “Qarabağ”ın heyətində bütün turnirlər daxil olmaqla 36 rəsmi matçda iştirak edib, 4 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
II Liqa: XVI turun oyun cədvəli açıqlanıb AFFA nümayəndələri UEFA-nın seminarında Qalmaqal və pis gedişat: Adil Şükürovun “Səbail”dəki taleyi “İmişli”dən növbəti transfer “Sabah”ın yeni transferi “Qarabağ” qarşı oynayacaq? - ÖZƏL
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 25 Fevral 2026 19:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















