Icma.az
close
up
RU
“Qarabağ”ın oyununa stadionda baxan azərbaycanlı: “İnanmırdıq...” VİDEO

“Qarabağ”ın oyununa stadionda baxan azərbaycanlı: “İnanmırdıq...” VİDEO

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

"Qarabağ" UEFA Çempionlar Liqasının I turunda "Benfika"nı səfər oyununda məğlub etdi.  Matç komandamızın 3:2 hesablı qələbəsi ilə yekunlaşdı. Oyunu televiziya ekranlarından izləyən tamaşaçılarla yanaşı, ona canlı şahidlik edənlər də oldu...

Lissabondakı stadionda qələbənin canlı şahidlərindən biri - İsmayıl Qarazadə təəssüratlarını Modern.az-a danışıb.

O bildirib ki, stadiona gedən azərbaycanlı azerkeşlər əvvəlcə qələbəyə inanmayıblar:

“Portuqaliyanın iki güclü komandası var: “Benfika” və “Sportinq”. Biz “Qarabağ”ın “Braqa" üzərindəki qələbəsini görmüşdük. Lakin “Braqa” bu komandalarla müqayisədə çox zəifdir.

Amma “Benfika” çox güclü rəqib olduğundan açığı “Qarabağ”dan qələbə gözləmirdik. “Qarabağ”ın üzümüzü ağ edəcəyinə inanırdıq, amma oyunçu və maliyyə baxımından rəqiblə arada olan çox böyük fərq səbəbindən içimizdə qorxu da vardı. Tam qələbəyə heç vaxt inana bilməzdik. Ən azı heç-heçə gözləyirdik”.

İ.Qarazadə deyib ki, onlar birinci hissənin sonunda bəzi oyunçularımızın məyusluğunu görəndə, düşünüblər ki, belə davam edərsə, ikinci hissədə hesab rəqibin xeyrinə 4:1 ola bilər:

“Dostum da oyuna gəlmişdi, onun uşağı 3 yaşdan aşağı olduğundan stadiona buraxmırdılar. Buna görə ən azı 10 dəqiqə ləngiməli olduq. Sənədlərimizi yoxlayıb bizi içəri buraxanda eşitdik ki, “Benfika” azarkeşləri "1:0" deyə qışqırırlar. Biz ruhdan düşmüş vəziyyətə düşdük. Amma ümidimiz itməmişdi. Hesab artıq 2:0 olanda həyəcanımı daha da artdı. Həmin anlarda “Benfika” tərəfdarları əməlli-başlı coşmuşdular. Onlarla müqayisədə bizim olduğumuz ərazi balacaydı. Ətrafımızda xeyli polis vardı. Amma biz komandamızı dəstəkləməyi dayandırmadıq - “Qarabağ Azərbaycandır!”, “Qarabağ, səninləyik!” kimi şüarlar səsləndirdik. 

Sonra hesab 2:1 oldu və birinci hissə başa çatdı. Məndə belə bir hisslər yarandı ki, komanda fasilə otağında olarkən Qurban Qurbanov hansısa formada oyunçuları mübarizəyə fokuslayacaq, qalib gələcəyik.

Tam səmimi deyirəm, Qurban Qurbanova inamımız böyükdür. Azerkeşlərimiz məyus olmuşdular, açığı ikinci hissədə hesabın 4:1 olacağını düşünənlər də. vardı. Mən dedim ki, Qurban Qurbanov futbolçulara sözünü desin, onlar özlərini göstərəcəklər. Həqiqətən də, hesab əvvəlcə 2:2, sonra 3:2 bizim xeyrimizə dəyişdi. 3:2 olanda bizimkiləri heç kəs saxlaya bilmirdi, bayraqları dalğalandırır, qışqırırdıq. Qələbəni qeyd edirdik.

Üçüncü qol vurulanda stadiondakı böyük monitorda azərbaycanca yazıldı ki, "azərbaycanlı azarkeşlər yerində qalsın, polis onları müşayiət edəcək". 

“Benfika” öz məğlubiyyətini qəbul etdi. Oyunçularımız sağ olsunlar, hamısı gəlib bizim qarşımızda hisslərini bölüşürdülər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Sentyabr 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri