Qarabağın rəqibi yasda Əfsanəsi vəfat etdi
Fanat saytına istinadən Icma.az xəbər verir.
Rumıniya “Styaua”sının 65 yaşlı keçmiş qapıçısı Helmut Dukadam dünyasını dəyişib.
Fanat.Az xəbər verir ki, məlumatı Buxarest klubunun mətbuat xidməti yayıb.
Rumıniya futbolunun bu gün vəfat edən əfsanəsinin ölüm səbəbi barədə məlumat verilmir.
Helmut Dukadam 1985/86 mövsümündə Rumıniya klubu UEFA Çempionlar Kubokunu qazandığı zaman "Styaua"nın əsas qapıçısı olub. Sevilyadakı finalda "Barselona" ilə qarşılaşan Dukadam dörd penaltini dəf etməklə “Sevilya qəhrəmanı” ləqəbini alıb. “Styaua” həmin oyunda 2:0 hesabı ilə qalib gəlib.
1985/86 mövsümünün sonunda Helmut Dukadam ateroskleroz səbəbindən təqaüdə çıxmaq məcburiyyətində qalıb. Sonradan o, bir mövsüm doğma Arada şəhərinin "Vaqonul" komandasına qayıdıb. Sonda o, doğma şəhərində futbol məktəbi açıb.
Qeyd edək ki, "Styaua" "Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqiblərindəndir.
Mirağa
Baxış sayı:90
Bu xəbər 02 Dekabr 2024 22:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















