Icma.az
close
up
RU
Qarabağın təhsil yaddaşı: Mədrəsələrdən Qarabağ Universitetinə

Qarabağın təhsil yaddaşı: Mədrəsələrdən Qarabağ Universitetinə

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

Qarabağ əsrlər boyu Azərbaycanın elm, maarif və mədəniyyət mərkəzlərindən biri kimi tanınıb. Bu torpaqda formalaşan təhsil ənənələri təkcə bölgənin deyil, bütövlükdə ölkənin intellektual inkişafına mühüm töhfələr verib, görkəmli ziyalıların, alimlərin, şair və mütəfəkkirlərin yetişməsində mühüm rol oynayıb. 

Bəs bu torpaqların əsrlər boyu formalaşdırdığı təhsil və maarifçilik ənənələri haqqında nə qədər məlumatlıyıq?

Qarabağın yetişdirdiyi görkəmli ziyalıların, alimlərin və söz adamlarının arxasında dayanan təhsil mühiti hansı tarixi mərhələlərdən keçib?

İşğal illərində fiziki olaraq dağıdılan bu irs öz mahiyyətini və davamlılığını necə qoruya bilib?

Mövzu ilə bağlı Moderator.az-a Millət vəkili, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, siyasi elmlər doktoru, professor Hikmət
Babaoğlu açıqlama verib. 

Deputat qeyd edib ki, Qarabağın təhsil tarixinə nəzər saldıqda görürük ki, bu tarix ümumilikdə Azərbaycanın digər bölgələrinin təhsil inkişafı ilə oxşarlıq təşkil etsə də, onu fərqləndirən mühüm xüsusiyyətlər mövcuddur:

"Əsas fərq ondan ibarətdir ki, Qarabağ coğrafiyasında formalaşan təhsil ənənəsi sonrakı mərhələlərdə elmə, mədəniyyətə və hətta ədəbiyyata çevrilə bilmişdir. Azərbaycanın bəzi digər bölgələrində bu proses fərqli istiqamətdə inkişaf etmişdir. Məhz buna görə Qarabağın təhsil tarixini ayrıca bir təhsil ənənəsi modeli kimi qiymətləndirmək mümkündür.

Qarabağda təhsilin ilk mərhələsi müasir anlamda təhsil deyil, daha çox maariflənmə, xüsusilə də dini maariflənmə mərhələsi olmuşdur. Həmin dövrdə bu gün təhsil prosesinin əsas komponentləri hesab olunan öyrətmə, öyrənmə və qiymətləndirmə sistemi mövcud deyildi. Söhbət əsasən dini biliklərin mənimsədilməsi və maarifləndirmədən gedirdi. 

Bu proses əsasən mədrəsələr vasitəsilə həyata keçirilirdi. Buna görə də Qarabağdakı qədim məscid və dini mərkəzlərə baxdıqda onların yanında, yaxud tərkibində mütləq şəkildə mədrəsələrin fəaliyyət göstərdiyini nəzərə almaq lazımdır. Həmin dövr klassik təhsil modeli olmasa da, din elmləri əsasında qurulmuş mühüm maarifçilik mərhələsini təşkil edirdi.

İkinci mərhələ Qarabağda ədəbi mühitin formalaşması ilə xarakterizə olunur. Orta əsrlərdən gələn sufi və hürufi ənənələrinin ədəbiyyata transformasiyası bölgədə özünəməxsus intellektual və mədəni mühit yaratdı. Bu mərhələ Qarabağın maarif tarixində xüsusi yer tutur və sonrakı inkişaf üçün zəmin formalaşdırdı".

Hikmət Babaoğlu vurğulayıb ki, Qarabağ təhsilinin növbəti mühüm mərhələsi 1833-cü ildə Şuşa qəza məktəbinin açılması ilə başlanır:

"Məhz bu dövrdən etibarən bölgədə müasir mənada təhsil, tədris və qiymətləndirmə sistemi formalaşmağa başladı. Sonrakı illərdə Şuşa real məktəbləri də Qarabağın maarif həyatında mühüm rol oynadı. Bu dövr eyni zamanda Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab və digər görkəmli ziyalıların fəaliyyəti ilə səciyyələnir.

Onların yaratdığı elmi, ədəbi və bədii mühit Qarabağın maarif və mədəniyyət tarixində yeni ənənələrin yaranmasına səbəb oldu.1918-ci ildən sonrakı mərhələdə, daha sonra isə sovet hakimiyyəti dövründə Qarabağda klassik təhsil sistemi daha da inkişaf etdirildi. Bu dövr artıq müasir mənada təhsil sisteminin formalaşdığı və institusional xarakter aldığı mərhələ kimi qiymətləndirilə bilər.

Bu gün isə Qarabağ təhsilini "postişğal dövrü təhsili" anlayışı ilə xarakterizə etmək daha doğru olar. Çünki işğal illərində bölgənin təhsil infrastrukturu və elmi-mədəni mühiti ciddi dağıntılara məruz qaldı. Lakin bu, Qarabağın elm və təhsil ənənəsinin məhv olması demək deyildi. Qarabağdan olan insanların təhsili coğrafi baxımdan başqa bölgələrdə davam etsə də, Qarabağa məxsus təhsil ruhu və ənənələri qorunub saxlanıldı".

Deputat əlavə edib ki, qaçqın və məcburi köçkünlük dövründə insanların bir çoxunun kompakt şəkildə yaşaması həmin ənənələrin davam etdirilməsinə imkan yaratdı:

"Beləliklə, təhsil və elm zənciri qırılmadı, əksinə, öz davamlılığını qorudu. Bu gün isə həmin ənənə doğma torpaqlarına qayıdır və öz tarixi kökləri üzərində yenidən inkişaf etməyə başlayır. Bu, Qarabağ təhsil tarixinin ən mühüm dönüş nöqtələrindən biridir.

Hazırda təkcə Qarabağın deyil, bütövlükdə Azərbaycanın ali təhsil sisteminin aparıcı mərkəzlərindən birinə çevrilmək potensialına malik Qarabağ Universiteti fəaliyyət göstərir. Eyni zamanda Şuşada Konservatoriyanın yenidən bərpası Qarabağın elm və mədəniyyət həyatının dirçəlişinin mühüm göstəricisidir. 

Qarabağ Universitetinin müasir elmi istiqamətlərə uyğun təhsil modeli formalaşdırmaq cəhdləri böyük perspektiv vəd edir və mən bu prosesin uğurlu olacağına inanıram. Artıq Qarabağ Universitetində təhsil almaq istəyən gənclərin sayı durmadan artır. Universitetdə yaradılan yüksək səviyyəli elmi və akademik mühit onu abituriyentlər üçün daha cəlbedici edir. 

Professor-müəllim heyətinin fəaliyyəti və universitetdə formalaşan sağlam elmi mühit bunun bariz nümunəsidir. Bu fikirləri həmin mühiti yaxından tanıyan biri kimi tam əminliklə söyləmək mümkündür.

Bütün bunları nəzərə alaraq hesab edirəm ki, hazırda baş verən proseslər sadəcə Qarabağda təhsilin bərpası deyil, Qarabağ təhsil sisteminin yeni erasının başlanğıcı kimi qiymətləndirilməlidir".

Pərvin Şakirqızı 

Qeyd: Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Beynəlxalq Liberal Maarifçilik Mərkəzi” İctimai Birliyinin icra etdiyi “ Qarabağ təhsilinin ənənələri: Keçmişdən gələcəyə” adlı layihəsi çərçivəsində hazırlanıb. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://moderator.az
archiveBu xəbər 27 Avqust 2026 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri