“Qarabağ”ın təxirə salınmış oyununa hakim təyinatları açıqlanıb AZƏRTAC
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı,16 dekabr, AZƏRTAC
Misli Premyer Liqasında III turdan təxirə salınmış “Şamaxı” – “Qarabağ” oyununun hakim təyinatları açıqlanıb.
AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, görüşü Rəşad Əhmədov idarə edəcək. Ona yan xətt hakimləri Vüsal Məmmədov ilə Teymur Teymurov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rauf Allahverdiyev yerinə yetirəcək.
VAR hakimi İnqilab Məmmədov, onun köməkçisi isə Namiq Hüseynov olacaq.
Qeyd edək ki, dekabrın 19-da Şamaxı şəhər stadionunda keçiriləcək görüş saat 14:00-da başlayacaq.
Baxış sayı:127
Bu xəbər 16 Dekabr 2024 16:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















