Icma.az
close
up
RU
“Qarabağ”ın uğurlarını davamlı etmək üçün nə lazımdır? SORĞU

“Qarabağ”ın uğurlarını davamlı etmək üçün nə lazımdır? SORĞU

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

“Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasında uğurlu çıxışını davam etdirir. Son turda “Liverpul”a böyük hesablı məğlubiyyətə baxmayaraq, komandamız pley-off mərhələsinə keçməklə tarixi nailiyyətləri sırasına daha birini əlavə etdi.

Son illərdəki uğurlu nəticələr klubun beynəlxalq arenada adını daha çox tanıdıb. Azərbaycan futbolu üçün böyük əhəmiyyət daşıyan bu uğurlar həm də ölkənin idman imicini yüksəldir.

Bəs “Qarabağ”ın uğurlarını artırmaq, davamlı etmək üçün nə etmək olar?

“AzPolitika” bu barədə idman və futbol mütəxəssisləri arasında sorğu keçirib. Cavabları təqdim edirik:

Telejurnalist, futbol şərhçisi Asif Bağırov: “Qarabağ”ın uğurlarını davam etdirmək üçün mövcud vəziyyətlə kifayətlənməyib sistemli şəkildə çalışmaq lazımdır. İlk növbədə uşaq futbolunun inkişafına xüsusi diqqət yetirilməlidir. Hazırkı uğurlara baxmayaraq, əsas heyətdə cəmi iki yerli futbolçu yer alır. Doğrudur, Nəriman Axundzadə və Musa Qurbanlı ara-sıra oyuna daxil olurlar, lakin hələlik gözlənilən effekti vermirlər. Ümid edək ki, onlar da üzərlərində daha çox işləyərək klubun uğurlarına töhfə verəcəklər. Bununla belə, “Qarabağ”ın bugünkü nəticələri azarkeşləri aldatmamalıdır. Xatırladaq ki, iki il əvvəlki uğurlu çıxışdan sonar ötən mövsüm ciddi geriləmə yaşandı. Hətta azarkeşlər “Qarabağ”ın “Ayaks” kimi güclü rəqibləri də məğlub etməsini tələb edirdilər. Nəzərə almaq lazımdır ki, heç bir komanda ardıcıl olaraq bütün oyunlarda qalib gəlmək imkanına və öhdəliyinə malik deyil. Bu baxımdan builki uğurun avtomatik olaraq davamlı olacağını, xüsusilə də ağdamlıların növbəti mövsüm keçid oyunları olmadan birbaşa 1/8 finala yüksələcəyini gözləmək düzgün olmaz. Bu ssenari baş verməyə də bilər.

“Qarabağ”ın uğurları müəyyən mənada iqtisadi çətinliklər də yaradır. Əgər 3-4 il əvvəl klub bir futbolçunu təxminən 500 min avroya transfer edə bilirdisə, hazırda ağdamlıların avropa səhnəsindəki uğurlu çıxışı futbolçular üçün tələb olunan transfer qiymətlərinə ciddi təsir göstərib. Digər tərəfdən, bu uğurlar ölkəmizə olan futbol inamını da artırır. Artıq bəzi futbolçular Azərbaycan klublarını Avropaya açılan bir tramplin kimi dəyərləndirirlər. Bu baxımdan digər klublar da yaranmış vəziyyətdən faydalana bilərlər.

Ölkənin tanınması isə tam ayrı söhbətin mövzusudur. Bu uğurlar birmənalı surətdə tanınmağa kömək edəcək. Əminəm ki, bəzi əcnəbilər məhz “Qarabağ”ın uğurlu çıxışı sayəsində ölkəmizi tanıyıblar”.

İdman jurnalisti Araz Əhmədov: “Burada əsas məsələ “Qarabağ”ın uğurlarını artırmaq və davamlı etməkdir. Bunun üçün mütləq və mütləq klubun gördüyü işlərlə paralel olaraq Azərbaycan futbolu da inkişaf etməlidir. Əgər ölkə futbolu inkişaf etməyəcəksə, tək “Qarabağ”ın gücü ilə ölkə futbolunu ayağa qaldırmaq, onu ayaqda saxlamaq və inkişafı təmin etmək mümkün olmayacaq. Çünki “Qarabağ”ın “Qarabağ” kimi qalması üçün birinci növbədə ölkə çempionatı güclü olmalıdır.

Azərbaycan futbolunun güclü olması Azərbaycan yığmasının güclü olması deməkdir. Milli komandamızın indiki vəziyyətini yaxşı bilirik. Ölkə futbolunun əsl güzgüsü “Qarabağ” deyil, çünki “Qarabağ” klub komandasıdır. Ölkə futbolunun güzgüsü Azərbaycan milli komandasıdır və onun nəticələri də bərbaddır.

Bu istiqamətdə ilk növbədə uşaq futbolu inkişaf etməlidir. Azərbaycanda uşaq futbolunun inkişafı üçün meydançalar yetərli deyil”.

İdman blogeri Elmar Rza: “Klub bundan sonra qarşısına daha iddialı inkişaf məqsədləri qoymalıdır. Təkcə güclü komanda formalaşdırmaqla kifayətlənməyib, klub olaraq hərtərəfli vədayanıqlı böyüməni hədəfləməlidir. Bu inkişaf akademiyanın işinin peşəkar şəkildə qurulmasını, idarəetmə proseslərinin sistemləşdirilməsini, marketinq fəaliyyətinin keyfiyyətinin artırılmasını, eləcə də skautinq sisteminin gücləndirilib müasir yanaşma ilə təşkil olunmasını da əhatə etməlidir.

Bütün bu qeyd etdiklərimiz “Qarabağ”ın bir marka kimi daha da böyüməsi üçün vacib amillərdir. Klubun da bu istiqamətdə addımlar atmaq və göstərilən sahələri inkişaf etdirmək üçün kifayət qədər potensiala malik olduğunu düşünürəm”.

Oğuz Ayvaz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:201
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 29 Yanvar 2026 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see376

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see345

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see337

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see308

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see304

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see283

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see253

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see248

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see234

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see225

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see213

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see206

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see205

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see203

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see197

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see195

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see195

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see193

Evdə stress yaradan 5 şey

10 Noyabr 2026 01:03see181

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri