“Qarabağ”ın yeni transferi məlum oldu
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Yeni mövsüm hazırlıqlarına start verən “Qarabağ” ilk transfer çalışmasını bitirib.
İdman.Biz Sportinfo.az-a istinadən xəbər verir ki, Jali Muaddiblə danışıqlar uğurla başa çatıb.
Ağdam təmsilçisi heyətini gücləndirmək istiqamətində növbəti addımını atıb. Son illərin dəyişməz çempionu 25 yaşlı vingerə 3+1 illik müqavilə şərtlərini razılaşdırıb.
O, fikrini dəyişməyəcəyi və yayda Azərbaycana gələcəyinə dair “köhlən atlar”a söz verib. Belə deyək, tərəflər “ön protokol” adlandırılan şəxsi sənədə imza atıblar.
2019-cu ildə Fransanın U-19 yığmasına çağırılmış və burada 1 oyuna 1 qol vurmuş yarımmüdafiəçi "Lill"in yetirməsidir.
2018-2020-ci illər aralığında bu klubun əvəzedict heyətində çıxış edib. Növbəti 3 ildə isə “Anje B”yə məxsus olub.
Bu müddətdə icarə əsasında “Avrançes”in uğurları üçün tər töküb. 2023-cü ildə Rumıniyaya yollanıb, “Botaşan” ilə anlaşıb.
İki il burada özünü göstərəndən sonra ötən ilin yayında Kiprə üz tutub. Hazırda da “Omoniya Aradippu”ya aiddir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 06 Mart 2026 19:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















