Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

“Qarabağ”la oyun ərəfəsində boykot və laqeydliyin vaxtı deyil”

“Qarabağ”la oyun ərəfəsində boykot və laqeydliyin vaxtı deyil”

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Qarabağ”la oyun ərəfəsində boykot və laqeydliyin vaxtı deyil” 

UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununda “Qarabağ”ı qəbul edəcək SSKA (Sofiya) ilə bağlı Bolqarıstan mətbuatında azarkeşlərə çağırış edilib.

QOL.az xəbər verir ki, sportal.bg saytında yayımlanan məqalədə ilk oyunun 0:0 hesabı ilə başa çatmasının Sofiya təmsilçisinə mərhələ keçmək üçün ümid verdiyi vurğulanıb. Bildirilib ki, SSKA xüsusilə Bakıda keçirilən ilk matçın ikinci hissəsində yaxşı təsir bağışlayıb və hətta qalib də gələ bilərdi. Buna baxmayaraq, cavab oyununa 48 saat qalmış cəmi 3-4 min bilet satılması məyusluq doğurub.

Yazıda komandanın mövsümün əvvəlində inamlı oyun sərgiləmədiyi qeyd olunub. Amma məhz belə məqamda azarkeşlərin komandaya dəstək verməsinin vacibliyi vurğulanıb:

“Bəli, mövsümün əvvəlindən etibarən Hristo Yanevin komandası əksər oyunlarda meydanda yüksək səviyyəli futbol nümayiş etdirməyib. Amma azarkeşlər məhz belə məqamda komandanın yanında olmaq üçün var ki, çətin vəziyyətdə olanda onu irəli çəksinlər. “Qarabağ”la oyun da məhz belə matçdır”.

Məqalədə həmçinin klubdakı bəzi qərarlar və komandanın oyunu ilə bağlı narazılıqların olduğu etiraf edilib. Bunların Avropa Liqasındakı həlledici qarşılaşmadan öncə ikinci planda qalmalı olduğu bildirilib:

“Aydındır ki, komandanın oyunu və klubdakı bəzi təyinatlarla bağlı narazılıq var. Amma SSKA hər şeydən üstün olmalıdır. Belə böyük azarkeş ordusuna malik klubun məhz indi birləşə bilməməsi utancvericidir. Stadiona gəlib-gəlməməkdə tərəddüd edən bütün azarkeşlər bir şeyi bilməlidirlər: cavab oyununun necə başa çatmasından asılı olmayaraq, qalib tribunadakı SSKA azarkeşləri olacaq”.

Sonda isə SSKA azarkeşlərinə çağırış edilib:

“Cümə axşamı komandanın hazırkı zəif formasını nəzərə alsaq, azarkeşlər SSKA-nın uğur qazanıb-qazanmayacağını müəyyənləşdirəcək əsas amil kimi görünür. Tribunada 10-12 min nəfərin dəstəyi ilə 20-25 min nəfərin yaratdığı atmosfer arasında böyük fərq var. Hamımız dolu “G” sektorunun nə demək olduğunu və onun hətta ən təcrübəli hakimlərin psixologiyasına necə təsir etdiyini bilirik. İstər-istəməz hakimlər də, qonaq komanda da səs-küylü azarkeşlərin reaksiyasının təsiri altına düşür və bundan maksimum yararlanmaq lazımdır.

Buna görə də çağırış çox aydındır: Hamı stadiona və son hakim fitinədək dəstək, sonrası necə olacaqsa, olsun. Axı, bu, futboldur. Həmişə qaliblər də olur, məğlublar da.

Qalan məsələlər – Yanev, İliyev, Veliçkov, Tomanov… Bunların hamısı qarşıdakı Avropa oyunu fonunda ikinci dərəcəli mövzulardır. Bu matç SSKA-ya yenidən şöhrət qazandıra bilər. Tənqidi fikir hər zaman vacibdir və klubun inkişafı üçün əhəmiyyət daşıyır. Amma bunun da öz vaxtı var. “Qarabağ”la cavab oyunu ərəfəsində boykot və ya laqeydlik doğru vaxt deyil”.

Xatırladaq ki, SSKA - “Qarabağ” oyunu iyulun 30-u Sofiyadakı Vasil Levski adına stadionda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://qol.az
archiveBu xəbər 29 İyul 2026 08:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see519

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see490

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see302

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see281

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see275

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see270

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see264

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see263

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see261

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see257

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see256

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see237

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see235

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see233

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see231

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see226

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see214

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see210

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see208

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri