Icma.az
close
up
RU
Qaraciyəri bərpa edən ZEYTUN YARPAĞI çayı

Qaraciyəri bərpa edən ZEYTUN YARPAĞI çayı

Saglamolun portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Zeytun yarpağı hələ çox qədimlərdən müalicə məqsədi ilə istifadə olunub amma bu yarpaq haqqında həmişə araşdırmalar aparıldığından məlumatları da yeniləmək lazımdır.

Saglamolun.az fizulihuseynov.com-a istinadla sizə zeytun yarpağının misilsiz faydalarını təqdim edir. 

Zeytun yarpağı, şəkəri və qan təzyiqini aşağı salır, bu demək deyilki şəkəri və təzyiqi normal olanlar istifadə etməməlidirlər, xeyr istifadə edilməlidir sadəcə 1 stəkan dəmləməsinə 1 çay qaşığı bal qarışdırıb istifadə edəndə şəkər və təzyiq daimi normada olur.

Zeytun yarpağı qaraciyərin dostudur, qaraciyər piylənməsində, hepatitlərdə, öd durğunluğunda, yüksək xolesterində, yüksəlmiş lipidlərdə (ALT, AST, TRİQLİSERİDLƏRDƏ) yüksəlmə varsa zeytun yarpağından hazırlanan çay idealdır. Zeytun yarpağı həmdə ürəyimizin dostudur qan damarlarını açır, qan dövranını yaxşılaşdırır, bədən soyuqluğu, reyno sindromu, ateroskleroz və infarkt keçirmiş adamlar üçün çayın içilməsi tövsiyyə edilir.

Zeytun yarpağının çayı beynimiz üçün də çox faydalıdır, beləki, beyin qan dövranını yaxşılaşdırır, yaddaşı gücləndirir, miqren xəstələri, dağınıq skleroz, skleroz, hətta beyin şişi (xoşxassəli) xəstəliklərində içilməsi çox faydalıdır, göz görməsinə yaxşı təsir edir, revmatizm əleyhinə təsiri vardır. Zeytun yarpağının çayı çox əla bir bədən təmizləyicisidir, beləki bədəndə yığılmış şlakları, piyləri, toksinləri atmaq üçün əla bir vasitədir arıqlamaq istəyənlər üçün də ziyansız faydalı bir üsuldur.

Zeytun yarpağının çayı antibakterial xüsusiyyətləri də vardır. Məsələn, 2 xörək qaşığı zeytun yarpağını 1 stəkan suda 5 dəq zəif qaynadıb sağalmayan irilənmiş yaraları bu dəmləmə ilə tez-tez isladın, qadınlarda uşaqlıq iltihabında zeytun yarpağı çayı həm içilir həm də uşaqlıq yolu şırınqa edilərək yuyulur. 5 xörək qaşığı zeytun yarpağını 3 stəkan suda 5 dəq qaynadıb 15 dəq dəmləyib süzün saçlarınızı yuduqdan sonra bu su ilə başınızı yaxalayın baş qaşınmalarında, göbələklərdə, saç dibi seboreyasında, baş dərisi səpgilərində faydalıdır.

Zeytun yarpağı çayı əla bir antioksidantdır bəd xassəli şişlərə və sistem xəstəliklərinə tutulmamaq üçün çayın içilməsi çox faydalıdır. Zeytun yarpağı çayı nə qədər faydalıdırsa da çayın dəmləməsi o qədərdə xoşagələn deyil ona görə biz müxtəlif vasitələrdən istifadə edərək dadlı çay dəmləməliyik ki, insanlar üçün həm rahat olsun həmdə xoşagələn.

1. 3 çay qaşığı qurudulmuş zeytun yarpağı 3 stəkan suda 15 dəq dəmlənib süzülür, gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 stəkan içilir.

2. 2 çay qaşığı qurudulmuş zeytun yarpağı 1 çay qaşığı yaşıl çay 3 stəkan suda dəmlənilir gündə 3 dəfə içilir

3. 2 çay qaşığı zeytun yarpağı 1 çay qaşığı qabıq darçın (toz olmasın) 3 stəkan suda dəmlənilib içilir

4. 2 çay qaşığı zeytun yarpağı 6-7 ədəd mixək 3 stəkan suda dəmlənilib içilə bilər

5. 3 çay qaşığı zeytun yarpağı yarım limon (qabıqlı vəziyyətdə) 3 stəkan suda dəmlənilib zövqə görə bal qarışdırılıb içilə bilər.

6. 2 çay qaşığı zeytun yarpağı qoz boyda təzə zəncəfil 3 stəkan suda dəmlənilib içilə bilər.

Zeytun yağından hazırlanılmış zeytun kremidə çox faydalıdır zeytun yağını daha da zənginləşdirmək üçün 200 qram rafinə olunmamış zeytun yağını dəmir qaba töküb, içinə 3 çay qaşığı doğranılmış zeytun yarpağı və 50 qram arı mumu qarışdırın sobaya 50 dərəcə temperaturda 5 saat sobada saxlayın sonra sobadan götürün, soyuduqdan sonra krem formasını alacaqdır bu kremdən pişməcə, sivicə uşaqlarda diatez səpgiləri, üzdə sızanaqlar zamanı istifadə edə bilərsiniz, kremin yanıqlar əleyhinə də təsiri vardır.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:293
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 07:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see472

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see360

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see301

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see299

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see256

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see253

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see253

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see243

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see233

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see233

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see230

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see226

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see222

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see217

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see209

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see208

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see198

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see198

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see194

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri