Qaradağ icrada başçının köməkçisi və digər vəzifəli şəxslər də saxlanılıb ADLAR
Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.
Ötən gün Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Qaradağ Rayon İcra Hakimiyyətində yoxlamalar aparıb və icra başçısının müavini Muradov Nadir Yədulla oğlu, rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdir əvəzi Qafar Abdullayev (baş mütəxəssis) barəsində məhkəmənin qərarı ilə 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Milli.Az xəbər verir ki, manset.az-ın əldə etdiyi məlumata görə, saxlanılanlar içərisində icra başçısının köməkçisi Umudov Rəşad Həsən oğlu, icra hakimiyyətinin mütəxəssisi Nadirli Rəşad Sərdar oğlu və rayon icra hakimiyyəti başçısının Çeyildağ üzrə nümayəndəsinin müavini Şəmsiyev İsa Tofiq oğlu da olub.
Daha sonra məhkəmənin qərarı ilə onlar haqqında ev dustaqlığı qətimkan tədbiri qərarı verilib.
Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyətnin başçısı Süleyman Mikayılovdur. O, 2010-cu ildən bu rayona rəhbərlik edir.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 02 Noyabr 2025 12:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















