Qaradağda müasir texnologiyanın tətbiqi ilə məhsullar istehsal ediləcək
525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Qaradağ rayonunda müasir texnologiyanın tətbiqi ilə kağız və gigiyenik məhsullar istehsal ediləcək
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) 525.az-a bildirilib ki, investisiya təşviqi sənədi almış layihənin reallaşdırılması nəticəsində yerli istehsala 27 milyon manata yaxın investisiyanın qoyulması və 180 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur.
Məlumata əsasən, daha bir sahibkarlıq subyektinə - “Fabriora” MMC-yə investisiya təşviqi sənədi təqdim edilib. Şirkət Qaradağ rayonunda müasir texnologiyanın tətbiqi ilə kağız və gigiyenik məhsullar (uşaq bezləri, mətbəx kağızları, salfet məhsulları və s.) istehsal edəcək.
Ümumilikdə indiyədək 518 sahibkarlıq subyektinin təqdim etdiyi layihələrə 622 investisiya təşviqi sənədi verilib. Bu layihələrin reallaşması nəticəsində yerli istehsala təxminən 7,9 milyard manat investisiyanın yatırılması və 45 minə yaxın yeni iş yerinin yaradılması gözlənilir.
İnvestisiya təşviqi sənədi sahibkarlıq subyektlərini Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 7 il müddətinə əldə olunan mənfəətin və ya gəlirin 50 faizindən, layihələr çərçivəsində texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumundan, investisiya vəsaiti hesabına əldə edilmiş əmlaka görə əmlak vergisindən, mülkiyyətində və ya istifadəsində olan müvafiq torpaqlara görə isə torpaq vergisindən azad edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 29 Dekabr 2025 19:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















