Ağdamda ölkədə ilk dəfə müasir texnologiyanın tətbiqi ilə SPC lövhələr istehsal olunacaq AZƏRTAC
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ağdam, 4 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağdam Sənaye Parkında Azərbaycanda ilk dəfə müasir texnologiyanın tətbiqi ilə SPC lövhələr istehsal olunacaq. “Mister Decor” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) SPC dekor döşəmələr istehsalı müəssisəsinin tikintisi yekunlaşmaq üzrədir.
“Mister Decor” MMC-nin direktoru Əli Əliyev AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, müəssisənin tikintisinin 80 faizindən çoxu icra olunub. Tezliklə avadanlıqlar sifariş ediləcək. Məhsul istehsalına 2025-ci ilin axırında başlamaq nəzərdə tutulur. Müəssisənin illik istehsal həcmi 1,5 milyon kvadratmetrdir. Burada 80 nəfərin işlə təmin olunması planlaşdırılır.
Əli Əliyev qeyd edib ki, karbonat-kalsium və PVC məhlulu qarışığından hazırlanmış döşəmələr yanmaya, nəmişliyə dözümlüdür və tam gigiyenik məhsuldur. “Ölkəmizdə bu məhsullara tələbat var. SPC döşəmələr respublikamıza əsasən Çindən, Rusiyadan və Hindistandan idxal olunur. Daşınma xərcləri çox olduğu üçün geniş yayılmayıb. Məqsədimiz yeni nəsil döşəmələrlə ölkə bazarını təmin etməkdir”, - deyə Ə.Əliyev bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 04 Yanvar 2025 11:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















