Icma.az
close
up
RU
Qaradağda vulkan püskürməsi zamanı güclü qaz çıxışı müşahidə olunub

Qaradağda vulkan püskürməsi zamanı güclü qaz çıxışı müşahidə olunub

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Oktyabrın 11-də, səhər saatlarında - təxminən 08:30-09:10 aralığında Otman-Bozdağ palçıq vulkanında növbəti püskürmə baş verib.

Azərbaycan Elm və Təhsil Nazirliyinin H.Ə.Əliyev adına Coğrafiya İnstitutundan Qaynarinfo-ya verilən xəbərə görə, institutun əməkdaşları palçıq vulkanının püskürmə sahəsində müşahidələr aparıblar.

Aparılmış ilkin müşahidələrə əsasən belə nəticəyə gəlinib ki, oktyabrın 11-də baş vermiş püskürmə zamanı güclü qaz çıxışı müşahidə olunub və bu, xeyli hündürlüyə qalxan alov sütununun yaranmasına səbəb olub.

"Lakin atılmış brekçiya materialı vulkan yamacları ilə axan brekçiya axınlarının əmələ gəlməsi üçün kifayət etməyib, palçıq kütləsi yalnız krater sahəsinin hüdudları daxilində yayılıb.

Təəssüf ki, çətin şərait səbəbindən vulkanın kraterinə qalxmaq və müvafiq tədqiqat işlərini aparmaq mümkün olmayıb.

Vulkanın son püskürməsi 2018-ci ildə qeydə alınıb. O vaxt püskürmə zamanı böyük miqdarda brekçiya materialı atılıb və bu material vulkanın cənub-şərq yamacı boyunca bir neçə kilometr məsafəyə, hətta avtomobil yoluna qədər yayılıb.

Tədqiqatçıların yerli sakinlər arasında apardıqları kiçik sorğuya görə 2018-ci ildə baş vermiş püskürmə zamanı güclü gurultu səsi eşidilib. Lakin bu püskürmə zamanı belə bir səs müşahidə olunmayıb”, - bildirilib.

Qeyd edilib ki, Otman-Bozdağ palçıq vulkanı Azərbaycanın ən iri və ən fəal palçıq vulkanlarından biridir. O, Bakıdan təxminən 40 km məsafədə, Qaradağ rayonunun Ümid yaşayış məntəqəsi yaxınlığında yerləşir. Vulkan hündürlüyü 400 metr olan konus şəklindədir və onun zirvəsində diametri 300 metr olan vulkan krateri yerləşir. Burada maye palçığı, neft və qaz qarışığını vaxtaşırı püskürən salzalar və qrifonlar fəaliyyət göstərir. Vulkanın dik yamacları dərin yarğanlarla parçalanıb. Çoxsaylı püskürmələr nəticəsində yamaclarda uzunluğu bir neçə kilometrə çatan müxtəlif yaşlı güclü palçıq axınları əmələ gəlib. Otman-Bozdağ Bakı və Abşeron yarımadası palçıq vulkanları qrupuna daxil olan Dövlət Təbiət Qoruğunun tərkibinə daxildir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:60
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 13 Oktyabr 2025 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see181

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see178

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see168

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see163

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see162

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see157

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see150

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see147

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see145

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see144

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see141

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see137

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri