Icma.az
close
up
RU
QARALOV VƏ USUBOVUN “YARIGİZLİ” HƏYATI... Keçmiş Baş prokuror və “əvəzolunmaz” müavini nə işlə məşğul olur?

QARALOV VƏ USUBOVUN “YARIGİZLİ” HƏYATI... Keçmiş Baş prokuror və “əvəzolunmaz” müavini nə işlə məşğul olur?

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Düz 20 il - 25 aprel 2000-ci ildən 1 may 2020-ci ilədək Azərbaycanın Baş prokuroru olmuş 69 yaşlı Zakir Qaralov 5 ildir “təqaüdçü həyatı” yaşayır. Onun kimi fəaliyyəti birmənalı qarşılanmayan keçmiş iri məmurların hazırda nə ilə məşğul olması haqlı olaraq ictimai maraq doğurur. Digər yandan, ötən gün Baş Prokurorluq vaxtilə məşhur “Akkord” şirkətində Zakir Qaralovun şəriyi olduğu iddia edilən İlqar Hacıyevə qarşı cinayət işi başlanması barədə məlumat yayıb ki, bu da sabiq baş prokurorun personasını gündəmə gətirir..

Məlum olduğu kimi, Zakir Qaralovun dövründə Baş prokurorun 2 dəfədən artıq təyinatına qadağa qoyan məhdudiyyət götürülüb, bu da Qaralovun karyerasının 20 ilini yüksək vəzifədə keçirməsinə şərait yaradıb.

Zakir Qaralovun dövründə Azərbaycanda bir sıra səs-küylü hadisələr baş verib. Sözsüz ki, onların sırasında 2004-cü il martın 2-də jurnalist Elmar Hüseynovun qətlə yetirilməsi, 2009-cu il aprelin 30-da ADNA-da 13 nəfərin həlak olması ilə nəticələnən terror aktı, 2015-ci ilin 19 mayında Binəqədi rayonunda dördü uşaq olmaqla, 15 nəfərin öldüyü, 64 nəfərin yaralandığı yanğın hadisəsi, 2015-ci ilin oktyabrında Rabitə Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyində (MTN) aparılan əməliyyatlar ilk sırada gəlir. Həmçinin, “Hacı Məmmədovun işi”, general Rail Rzayevin qətli(üstü hələ də açılmayıb), hərbçilərimizə kütləvi işgəncələrin verilməsi nəticəsində 10-dan artıq insanın vəfat etməsi ilə bağlı istintaq araşdırmaları yenilənən “Tərtər işi” də (2017-ci il) Qaralovun Baş prokuror olduğu dövrə təsadüf edir.


Qeyd olunan cinayət işlərinin istintaqı zamanı külli miqdarda dövlət əmlakının talan olunması, vəzifədən sui-istifadə, sahibkarlara qarşı quldurluq cinayətlərinin törədilməsi kimi onlarla fakt üzə çıxıb. Eldar Mahmudovun nazir olduğu dövrdə, general Akif Çovdarov, MTN Baş İstintaq İdarəsinin rəisi Mövlam Şıxəliyev, Antiterror İdarəsinin rəisi general Elçin Quliyev və s. vəzifəlilərin iş adamlarını şantaj, hədə-qorxu və digər cinayət vasitələri ilə həbs etdiyi, müflisləşdirdiyi üzə çıxıb. Sonradan bu dəstələrin əməllərindən zərərçəkənlər məhkəmlərə üz tutdu, onların bəziləri ədalətin təmin olunmasına nail oldu.


Həmin dövrdə MTN-də sahibkarlara qarşı düzülüb-qoşulmuş cinayət əməllərinin qondarma ittiham aktlarının hamısı Baş Brokurorluq tərəfindən imzalanıb. Yəni, bu sənədlərdə Zakir Qaralovun və onun birinci müavini, hazırda istefada olan Rüstəm Usubovun imzaları var. Amma MTN ləğv olunduqdan sonra adıçəkilən generallar və digərləri cəzalandırılsalar da Qaralov və Usubov məsuliyyətdən yayına bildilər. Onlardan bu saxta ittiham işlərini niyə imzaladıqları rəsmən soruşulmadı. Jurnalistlər bu barədə bir neçə dəfə Zakir Qaralova suallar ünvanlasalar da onların üstünə çımxırmaqla bu sualları cavabsız qoymuşdu...

“Tərtər işi” üzrə yenilənən istintaq araşdırması zamanı işgəncə ilə öldürülmüş hərbçilər, habelə həbs edilənlərin bir qismi bəraət alıb, həbsdən azad ediliblər. Həbrçilərə işgəncə verənlər arasında da məsuliyyətə cəlb edilənlər var. Amma həmin dövrdə istintaqa rəhbərlik etmiş şəxslərdən məsuliyyət daşıyanlar qanun qarşısında cavab verməyiblər.


Qeyd edək ki, bəzi məlumatlara görə, istefaya göndərildikdən bir müddət sonra Zakir Qaralovun ölkədən çıxışına qadağa qoyulub. Amma o, hakimiyyətdəki əlaqələri və bir sabiq nazir vasitəsi ilə qadağanın ləğvinə nail olub. Bundan sonra bir neçə dəfə ölkə xaricinə, xüsusən Gürcüstana səfərlər edib. Bəzi mənbələr görə, hazırda Qaralov, obrazlı desək, az qala yarıgizli həyat yaşayır, qohumları, yaxınları ilə əlaqə qurmur, hətta yaşadığı evləri tez-tez dəyişir. Onun Bakıda və ətraf qəsəbələrdə xeyli sayda mənzilləri, bağ evləri, villaları olduğu məlumdur...

Keçmiş baş prokuror vəzifədə olduğu dövrdən tikinti sektoruna böyük yatırılmlar qoyub və etibar etdiyi bir şəxs vasitəsi ilə hazırda da onları idarə edir. Mənbələr bildirir ki, Qaralov hazırda tikinti sektorunda fəaliyyətini davam etdirir, yaşayış binaları tikir. Onun biznesinin dəyəri isə on milyonlarla manatla ölçülür...

Baş prokurorun keçmiş birinci müavini Rüstəm Usubovun da təqaüddə əsas məşğuliyyəti tikinti sektorudur. Onun bu sahədə bir neçə şirkəti olduğu, Bakıda və bölgələrdə binalar tikdiyi, ticarət obyektlərini idarə etdiyi qeyd olunur.

Beləliklə, Baş nazirin keçmiş birinci müavini Abbas Abbasovun təbirincə desək, Qaralov və Usubov “uğurlu şəkildə istefaya gedib” həyatlarını rahat yaşamağa davam edirlər, onları nə dindirən var, nə də söylədən... Amma onların əməllərindən bilavasitə və dolayı zərər çəkən, həyatı alt-üst olan çoxlu sayda insanlar var ki, keçmiş baş prokuroru və onun sevimli müavinini heç də xoş hislərlə xatırlamırlar.

Yeri gəlmişkən, onu da əlavə edək ki, Qaralovun şəriki olduğu iddia edilən “Akkord”un keçmiş sahibi İlqar Hacıyevi ölkəyə gətirib istintaqa cəlb etmək mümkün olsa, onun da sabiq baş prokuror barədə kifayət qədər şok ifadələr verə biləcəyi şübhə doğurmur...

Rasim Əliyev

“AzPolitika.info”  

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 17 Mart 2025 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see143

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see137

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri