Icma.az
close
up
RU
Qardabanidə azərbaycanlı gənclərin maarifləndirilməsi istiqamətində təlimlər keçirilib

Qardabanidə azərbaycanlı gənclərin maarifləndirilməsi istiqamətində təlimlər keçirilib

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tbilisi, 9 sentyabr, AZƏRTAC

Gürcüstanda soydaşlarımızın yığcam yaşadıqları bölgələrdə yeniyetmə və gənclərin təhsilə marağının artırılması, sosial inteqrasiyası istiqamətində tədbirlər ardıcıl olaraq davam etdirilir.

AZƏRTAC xəbər verir ki, Qardabani Təhsil və İnteqrasiya Mərkəzində yay ayları ərzində şagirdlərin və gənclərin biliklərinin artırılması, dünyagörüşlərinin genişləndirilməsi, həmçinin onların sosial fəallığının dəstəklənməsi məqsədilə bir sıra təlimlər təşkil olunub. İlk təlimi mərkəzin direktoru və təlimçi Çiçək Hüseynova aparıb. O, “Gender bərabərliyi və erkən nikah” mövzusu üzrə çıxış edərək gənclərə bu məsələlərin cəmiyyət və ailə həyatı üçün əhəmiyyətindən danışıb. Təlim zamanı erkən nikahın mənfi təsirləri, təhsildən uzaq qalma, sosial inkişafın məhdudlaşması və insan hüquqlarının pozulması kimi mövzular ətraflı izah edilib. Çiçək Hüseynova, həmçinin iştirakçıları gender bərabərliyi mövzusunda maarifləndirərək qız və oğlan uşaqlarının bərabər təhsil hüququnun vacibliyini vurğulayıb.

Nöbəti təlim Gürcüstan Azərbaycanlıları İnteqrasiya Mərkəzinin təlimçisi Anar Mustafayev tərəfindən “Süni intellekt və onun əhəmiyyəti” mövzusunda keçirilib. Təlim zamanı iştirakçılar süni intellektin mahiyyəti, onun gündəlik həyatda istifadəsi, təhsildə və gələcək peşələrdə rolu barədə geniş məlumat əldə ediblər. Eyni zamanda, süni intellektin yaratdığı imkanlar və risklər barədə müzakirələr aparılıb, gənclərin bu sahəyə marağı artırılıb.

Mərkəzdə keçirilən digər maraqlı təlim isə “İngilis dilini daha asan öyrənməyin yolları” mövzusuna həsr olunub. Bu təlimdə iştirakçılara xarici dil öyrənmənin effektiv üsulları, yadda saxlama texnikaları, gündəlik praktik məşqlərin faydası haqqında məlumat verilib.

Təlimlərin sonunda iştirakçılar öz fikirlərini bölüşüb, əldə etdikləri bilik və bacarıqları gələcəkdə necə istifadə edə biləcəklərini müzakirə ediblər.

Qardabani Təhsil və İnteqrasiya Mərkəzində keçirilən bu tədbirlər gənclərin fərdi inkişafına, onların həm peşəkar, həm də şəxsi həyatlarında uğur qazanmasına töhfə verməyi hədəfləyir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:77
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Sentyabr 2025 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see317

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see251

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see225

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see183

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see183

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see169

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see164

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see163

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see163

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see163

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see161

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see140

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see140

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri