Icma.az
close
up
RU
Qardaş Türkiyə Cümhuriyyətinin 102 ci ildönümündə onunla eyni sırada çiyin çiyinə addımlyan can Azərbaycan var

Qardaş Türkiyə Cümhuriyyətinin 102 ci ildönümündə onunla eyni sırada çiyin çiyinə addımlyan can Azərbaycan var

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Məlumdur ki, Türkiyə Cümhuriyyətinin elan olunmasından 102 il keçir . Yeri gəlmişkən, Türkiyə Böyük Millət Məclisi 1923-cü il oktyabrın 29-da qəbul etdiyi tarixi qərarla yeni bir dövlətin – Türkiyə Cümhuriyyətinin qurulduğu dünyaya bəyan etdi. İkinci qərar bundan heç də az əhəmiyətli deyildi: Qazi Mustafa Kamal Türkiyə Cümhuriyyətinin ilk başkanı, yəni prezidenti seçildi. Atatürk qurucusu olduğu Cümhuriyyətin onuncu ildönümü şənliyindəki məşhur nitqində bu günü türk xalqının ən əziz, ən böyük milli bayramı olaraq dəyərləndirmişdi.

Qeyd edək ki, Osmanlı dövləti 4 il sürən Birinci Dünya savaşında dünyanın müttəfiq gücləri tərəfindən tamamilə işğal edilmiş və bu acı məğlubiyyət Sevr müqaviləsi ilə rəsmiləşdirilmişdi. Taleyin hökmünə diqqət edin: Sultan hökuməti Mustafa Kamala ölüm cəzası kəsmişdi, o isə cəzadan qaçıb özünü milləti uğrunda ölümün qucağına atmışdı. 1919-cu il mayın 19-da bir neçə zabit dostu ilə kiçik bir gəmidə Samsuna gələn Mustafa Kamal görüşdüyü insanlara təmkin və qətiyyətlə belə demişdi: “Gəldikləri kimi də gedəcəklər. Tək bir azadlıq var, o da milli suverenlikdir. Ölkəmizi yenə ulusun öz gücü qurtaracaqdır”. Çanaqqala səddi! Məhz bu döyüşdə göstərilən müqavimətin ardınca Qazi Mustafa Kamal 1919-cu il mayın 19-da Samsuna çıxdı və milli mübarizəyə başladı. Düşmənlərə qarşı milli şüurun, döyüş əzminin yüksəldilməsi Ərzurum və Sivas konqresləri ilə gücləndirildi. Vətənin bütövlüyü və istiqlalı ilə bağlı tarixi qərarlar qəbul edildi: müharibə hələ davam edərkən Böyük Millət Məclisi açıldı, müharibənin komandanlıq qərargahı qəbul edildi. Qazi Mustafa Kamalın komandanlığı ilə başlayan qurtuluş savaşı 1922-ci il avqustun 30-da türk millətinin qələbəsi ilə başa çatdı. Türkiyəni parçalamağa hazırlaşan müttəfiq ölkələr onlarla ölüm-dirim savaşına qalxan qəhrəmanların qarşısında aciz qaldılar. 1923-cü il iyulun 24-də Türkiyə Böyük Millət Məclisi təmsilçiləri ilə Qərb dövlətlərinin rəsmiləri arasında “Lozanna müqaviləsi” imzalandı. Türk millətinə təhqir olan “Sevr müqaviləsi” qüvvədən düşdü. Bəli, Cümhuriyyətə gedən yol xalqın öz gücünə inamı və türk əsgərinin şücaəti ilə atılan addımlarla açıldı. Hilallı-ulduzlu qırmızı bayraq şəhidlərin qanı ilə daha da müqəddəsləşdi. Anıtqəbri ziyarət edənlər 102 il əvvəl qazanılan o zəfərin möhtəşəmliyini daha yaxından duyur və yaşayırlar.

Xüsusilə qeyd etmək lazımdır ki, Böyük Atatürkün dediyi gerçəyə çevrildi. 1922-ci ildə səltənətin süqutundan sonra Türkiyə dövlətinin siyasi quruluşunun son təsbiti 1923-cü ilin oktyabrında Cümhuriyyətin elanı ilə tamamlandı. Bundan sonra ilk Türkiyə Cümhuriyyətinin ilk Prezident seçilən Mustafa Kamal Paşa Osmanlı İmperiyasından yeni siyasi rejimə faktiki keçidini şərtləndirən genişmiqyaslı islahatlara başladı. 1925-ci ildən etibarən böyük coşqu ilə keçirilən Cümhuriyyət bayramı Türkiyənin hər yerində, eləcə də Şimali Kipr Türk Respublikasında (KKTC) və dünyanın bütün ölkələrindəki Türkiyə səfirliklərində qeyd edilir. Bu gün Ulu Atatürkün qurucusu olduğu Cümhuriyətin 102 yaşı Türk Dövlətləri Təşkilatına üzv ölkələrdə də qürurla qeyd olunur. Azərbaycan Demokratik Respublikasının yaranmasından 5 il 5 ay sonra qurulmuş Türkiyə Cümhuriyyəti xalqın xilaskarı Qazi Mustafa Kamal Atatürkün rəhbərliyi ilə islahatlar mərhələsinə qədəm qoydu. İnkişaf təşəbbüsləri, modernləşmə hərəkatları Türkiyənin yüksəlməsinə şərait yaratdı. Əlifba inqilabı, milli məktəblərin açılması, ölkə miqyasında savadlılığın və təhsil səviyyəsinin artması, iqtisadi irəliləyişlər, sənayeləşmə addımları, Türk Mülki Məcəlləsinin qəbulu, qadınlara verilən sosial, siyasi və digər hüquqlar, yeni Konstitusiyanın qəbulu və bir çox başqa yeniliklər müasirləşməyə böyük töhfələr verdi.

Onu da qeyd edək ki, Böyük Atatürkün bütün Türk dünyası üçün ən qiymətli mirası olan Cümhuriyyəti onun uğrunda verilən fədakarlıqları unutmadan gələcəyə daşımaq hər bir türk övladının müqəddəs borcudur. Cümhuriyyətin təməlini türk övladının müstəqilliyə inamı, mübarizə əzmi və tarixinə sayğısı təşkil edir. Cümhuriyyət heç vaxt müzakirə mövzusu ola bilməz! Türkiyə Cümhuriyyətinin daha da güclənəcəyinə heç kəsin şübhəsi olmasın. Bu yolda Türk Dövlətləri Təşkilatı kimi ailədə təmsil olunanlar heç vaxt güzəştə getməyəcək. Bunu da tam əminlikə deyə bilərik ki, Türkiyə Cümhuriyyətinin təməl prinsipləri bütün Türk dünyasının kollektiv zəkası, birliyi və idealıdır.

Ən əsası, Qardaş Türkiyə Cümhuriyyətinin 102-ci ildönümündə onunla eyni sırada çiyin-çiyinə addımlyan can Azərbaycan var. Qoşa dalğalanan hilallı-ulduzlu bayraqların altında qürurlu duruşu ilə seçilən Azərbaycan türkü var. Bu qardaşlar üçün Cümhuriyyət müstəqilliyin qapısı, haqqa və ədalətə söykənən dürüst, şərəfli həyat tərzidir. Türkiyə Cümhuriyyətinin 102-ci ildönümünü böyük qürur hissi ilə qeyd edərkən bizə azad və müstəqil yaşaya biləcəyimiz Vətən qoyub getmiş şəhidlərimizi, cümhuriyyətlərimizin təməlini qoymuş aydınlarımızın da xatirəsini dərin ehtiramla yad edirik. Cümhuriyyət Türk millətinin qəlbində alovlanan əbədi məşəl, bir millətin iki dövlətinin bayraqlarındakı hilalın içində parlayan beş və səkkizguşəli ulduzlardır!

Məlum olduğu kimi, bu gün qardaş Türkiyə Cümhuriyyəti beynəlxalq siyasət səhnəsinin əks qütblərinin ortasında dayanan, ziddiyyət və əksliklərin baş-başa gəldiyi qlobal dünyada məğrurluğunu qoruyub saxlamağı, böyük güclərin planladığı siyasi-hərbi ssenarilərdən baş çıxarmağı bacaran, çağdaş diplomatiyaya ədalət, siyasi əxlaq nümunəsini gətirən və bununla söz sahibinə çevrilən qüdrətli bir dövlətdir. Hazırda Anıtqəbirdə böyük izdiham yaşanır. Türkiyə xalqı Atatürk mavzoleyini ziyarət edərək böyük övladının əziz xatirəsini dərin ehtiramla yad edir, ruhuna dualar oxuyur.

Nuranə Quliyeva,

YAP Göygöl rayon təşkilatı üzrə Göygöl rayon A. Şəmşir adına 7 illik uşaq musiqi məktəbi ərazi partiya təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:84
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 29 Oktyabr 2025 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see457

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see285

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see211

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see208

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see196

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see191

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see183

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see181

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see164

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see162

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see161

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see153

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see153

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see146

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see145

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see143

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see141

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see141

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri