Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

Liqa 1: PSJ dən geridönüş

İbrahim Tatlısesin model gəlininin evini su basdı

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Qardaş medianın Azərbaycanla bağlı yanlışları

Qardaş medianın Azərbaycanla bağlı yanlışları

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Uzun sözə gərək yoxdur. Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq göz qabağındadır.

Mən əvvəllər də musal çəkmişəm: slavyan əsilli xalqın iki dövlətinin- Ukraynanın və Rusiyanın durumuna baxın, bir də Azərbaycanla Türkiyəyə baxın. Dünyanın bir hissəsində eyni xalqın iki dövləti - Rusiya və Ukrayna bir-biri ilə dağıdıcı, qanlı müharibə etdiyi halda, bir-birinə düşmən kəsildiyi halda, dünyanın başqa bir hissəsində tək millətin iki dövləti Şuşa bəyannaməsi imzalayıb, bir-birini qorumağa söz verir. Bu, fərqin özü çox şeydən xəbər verir.

Amma bu, öz-özünə başa gələn bir nəticə deyil axı. Qardaşlıq çox çey deməkdir,ancaq hələ hər şey demək deyil. Azərbayca - Türkiyə münasibətlərinin indiki səviygəsində olan dostluq, müttəfiqlik iki ölkənin liderlərinin - cənab İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın yüksək siyasi iradəsinin və davamlı işin məhsuludur. Ən əsas da iki rəhbərin şəxsi, qarşılıqlı güvənə söykənən münasibətləri burda başlıca amillərdən biri, bəlkə də birincisidir. Bunu Pakistan baş nazirinin də iştirakı ilə keçirilən üçlü zirvə görüşü bir daha xüsusi vurğuladı.

Bilirsiniz, bura qədər yazdıqlarımız o qədər aydın həqiqətlərdir ki, bunu hamı görür, hamı qiymətləndirir. Hər halda xüsusi qərəzi olanlardan başqa hər kəs.

Amma başqa aydın həqiqət də ondan ibarətdir ki, bəzi hallarda müəyyən qruplar bu dostluğu, qardaşlığı zədələməyə, bu müttəfuqliyə zərər vurmağa çalışır.

Məsələn, Türkiyədə bəzi media orqanlarında Azərbaycanla bağlı dezinformasiya yayılması halları çox üzücüdür. Azərbaycan-Türkiyə Media Platforması çərçivəsində analitiklərin və köşə yazarlarının bu gün keçirilmiş görüşündə də bu haqda danışdıq. Görüşün başlığı da elə bu idi: "Dezinformasiya ilə mübarizə".

Bəli, görüşdə də toxunulduğu kimi, Türkiyədə SOCAR-ın binası qarşısında aksiya da, Qəzza məsələsi haqqında obyektivlikdən uzaq şərhlər də üzücüdür. Doğrudur, bunu Türkiyə dövlətinin və mediasının Azərbaycandakı təmsilçiləri "marginal qrupların işi" adlandırır. Bu, belə olsa da, yenə çox üzücüdür; Türkiyədə Azərbaycana və ya əksinə belə şeylər olmalı deyil axı. Bu, iki ölkənin liderləri, iki ölkənin eyni soydan gələn cəmiyyətləri arasındakı münasibətlərin ruhuna ziddir.

Azərbaycan torpaqları otuz illik bir müddətdə Ermənistanın işğalı altında olanda Fələstindən Ermənistana dəstək mesajları saçılırdı. Ancaq buna rəğmən Azərbaycan da Türkiyə kimi Fələstində iki dövlətli həll planını həmişə dəstəkləyib. Azərbaycan, bəli, İsrail dövləti ilə dostluq edir. Burda sirr yoxdur ki. Amma Azərbaycan Türkiyənin də İsraillə münasibətlərini normallaşdırmasına həmişə çalışıb. "Mavi Mərmərə" böhranından sonra Ankara ilə Təl-Əviv arasında düşmənçilik səviyyəsinə - sıfıra düşmüş əlaqələrin toparlanmasında Azərbaycan hər iki ölkəyə yardım göstərmişdi. Hər iki tərəfin etimad göstərdiyi bir vasitəçi olaraq, Azərbaycan çox önəmli rol almışdı və yenə də buna hazırdır, anladığım, bildiyim qədər çalışmalar da var. Bu cür ortaq etimadın daşıyıcısı kimi Azərbaycanın Türkiyəyə xeyri çoxdur, zərəri?! Əlbəttə, xeyri.

Qəzzada insanlıq dramı yaşanır, doğrudur. Ancaq Azərbaycanın bu problemin həllinə təsiri yoxdur axı. Doğrudur, Azərbaycan da artıq siyasi nüfuz, güc və təsir baxımından öz coörafiyasını aşıb, öz sərhədlərindən kənara yayılıb. Xüsusilə, 2020-ci ildən sonra. Ancaq Türkiyə ilə Azərbaycanı bu mənada müqayisə etmək doğru olmaz. Türkiyə böyük regional güc olmaqdan da çıxıb və artıq qlobal səviyyədə problemlərin həllinə təsir göstərə bilir. Bunun Suriya örnəyi də var. Türkiyə kimi bir gücün həll edə bilmədiyi bir problemə Azərbaycan son qoyacaq?! Tutaq ki, Azərbaycan rasional deyil, irrasional - emisional bir yanaşma ilə İsraillə dostluğu kəssə, bununla Qəzza problemi həll olunacaq?! Əsla. Avropanın bəzi böyük dövlətləri belə bu məsələdə kəskin mövqe tutdu, nəyə yaradı? Heç nəyə. Beynəlxalq Cinayət Məhkəməsinin qərarını yada salın. Müsbət nəticəsi oldumu?! Yox. Elə isə burada Azərbaycan nə edə bilər ki?! Heç nə. Bu, elə də göründüyü qədər sadə məsələ deyil və müəyyən mənada İsrailin özünü belə aşır. Bu yaxınlarda ABŞ prezidenti Donald Trampın bu məsələ ilə bağlı verdiyi mesajlar, ifadə etdiyi niyyətlər hətta İsrail hökumətinin özünü belə təəccübləndirmişdi. Amma qardaş ölkənin bəzi media orqanları məsələni elə təqdim edir ki, elə bil Qəzzanı bombalayan Azərbaycandır. Fransanın, məsələn, mediasında Azərbaycan əleyhinə kampaniya aparılır, bunun səbəbi də məlumdur, məqsədi də. Azərbaycan dövləti də, mediası da buna cavab verir. Ancaq qardaş Türkiyə Fransa deyil axı. Türk mediası da fransız mediası deyil. Bu cür yazılar və hərəkətlər Türkiyədən gələndə çox üzücü olur.

SOCAR-ın binası qarşısında hansısa aksiya keçirənlər əgər səmimidirsə (bu, kənar sifariş deyilsə), Bakı-Ərzurum qaz kəmərini gözdən keçirsinlər, Azərbaycanın qardaş ölkəyə güzəştli qiymətlərlə tədarük etdiyi qaz həcmlərinə baxsınlar. O qazı SOCAR hasil və nəql edir. Buna türk mediası da diqqət etsə, yaxşı olar.

Türkiyə mediasının mötəbər bir heyəti Ermənistana getmişdi və baş nazir Nikol Paşinyanla görüşmüşdü. Türk mediasında Paşinyanın ifadə etdiyi, Azərbaycanı haqsız çıxarmağa yönəlmiş əsassız narrativlərə geniş yer verilmişdi. Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarını hələ də Konstitusiyasında saxlayan, bununla da Azərbaycanla sülhdən, Türkiyə ilə münasibətlərin normallaşmasından yayınan ölkənin hökumət başçısına Türkiyə mediaslnda tribuna verilmişdi. Ancaq bu, Azərbaycan mediasında Türkiyə dövlətinə və onun rəhbərinə qarşı kampaniyaya çevrilmədi. Ancaq təəssüf ki, Türkiyə mediasının müəyyən seqmentində bu cür kampaniya xarakterli çıxışlara rast gəlinir. O cümlədən, "Sabah" kimi böyük resursda. Azərbaycan prezidentinin təşəbbüsü və qərarı ilə Qəhrənanmaraşda zəlzələdən zərər çəkənlər üçün şəhərcik salınır, ancaq bəzi "marginal" media quruluşları Türkiyədə Azərbaycan dövlət başçısı haqqında əsassız və üzücü şərhlərə yol verir. Bu, Türkiyə dövlətinin özünə də qarşı yönəlmiş bir hərəkətdir.

Bu məsələnin bir tərəfi. İkinci tərəfinə gəlincə, biz görürük ki, Türkiyə ilə İsrail arasında siyasi ritorika ilə ticari tərəfdşlıq bir-biri ilə ziddiyyətdədir. Prezident Ərdoğan Qəzzaya hücumlara görə İsraili "təcavüzkar" adlandırır, hətta faşist Almaniyası ilə müqayisə edir. Ancaq elə 2024-cü ilin iqtisadi göstəricilərinə baxsaq, başqa mənzərə görərik: Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ticarət Statistikası Verilənlər Bazasının (UN Comtrade) məlumatlarına görə, Türkiyə 2024-cü ildə 2,86 milyard dollarlıq ixracatla İsrailə ən böyük beşinci mal tədarükçüsü olub.

Bu baxımdan Türkiyə, sadəcə, Çin, ABŞ, Almaniya və İtaliyadan geri qalır. Ancaq o da məkumdur ki, Türkiyə hökuməti 2024-cü ilin mayında İsraillə bütün ikitərəfli ticarəti dayandırdığını elan etmişdi. Əgər Azərbaycan-İsrail və Türkiyə-İsrail iqtisadi-ticarət əlaqələrini müqayisə etsək, görərik ki, qardaş ölkənin İsraillə ticarəti daha yüksək rəqəmlərlə ifadə olunur. Bu da təbiidir. Ancaq təbii olan tərəfi Azərbaycanı İsraillə əlaqələri kəsməyə çağıran "marginal" sosial və media qruplarının Türkiyədə boy göstərməsidir. Bu, əlbəttə, Türkiyənin dövlət mövqeyi deyil. Heç cəmiyyətin çoxluğunun da niyyəti və duyğuları ilə səsləşmir. Ancaq bu var. SOCAR-a etirazların hardan qaynaqlandığı da məlumdur. Ən azı təxminlərimiz var: Azərbaycanın Aralıq dənuzində TAMAR qaz yataöı ilə bağlı İsraillə imzaladığı saziş Fransa və başqa bu kimi ünvanlarda qıcıq yaradıb. Buna cavabı Türkiyə üzərindən verməyə çalışırlar. Məqsəd həm də Türkiyə ilə Azərbaycanı üz-üzə qoymaqdır. Bu səbəbdən yəqin ki, Türkiyə dövləti və aparıcı türk mediası Azərbaycanın bu məsələdə həssaslığını yaxşı anlayır.

Sonda onu da deyim: Türkiyə mediası çoxprofilli, çoxspektlidir, bəli. Amma həqiqət bir cürdür. Həqiqətə münasibət çoxvariantlı ola bilməz axı. Elə deyilmi?!

Bahəddin Həzi, bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 02 İyun 2025 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see465

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see450

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see430

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see301

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see300

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see291

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see275

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see257

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see251

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see242

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see234

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see227

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see215

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see208

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see206

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see203

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see201

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see195

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see177

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri