Qardaşımın qanı yerdə qalmayacaq! Ucalın bacısı KONKRET
Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Sentyabrın 8-də Şəkidə iki gəncin ölümü ilə nəticələnən faciə ilə bağlı yayılan bəzi məlumatlar mərhum Ucal Bayramovun ailəsinin narazılığına səbəb olub.
KONKRET.az bakupost.az-a istinadla xəbər verir ki, Ucal Bayramovun bacısı Xəyalə Bayramova AzTV-nin hadisə ilə bağlı hazırladığı süjetə sərt reaksiya verib.
X.Bayramova hadisənin təqdimatından narazı olduğunu bildirib və məsələnin hüquqi müstəvidə araşdırılacağını vurğulayıb.
O bildirib ki, zərurət yaranacağı təqdirdə məsələ Azərbaycan hüdudlarından kənara da çıxarıla bilər:
“Yasımız var, yazılanlara, deyilənlərə müdaxilə edə bilmirik. O halda, vəziyyətdə deyilik. Amma bunu deyim ki, lazım olsa, bu məsələ hüquqi müstəvidə Azərbaycan hüdudlarını da aşacaq. Qardaşımın qanı yerdə qalmayacaq. O yalan xəbəri sifariş edənlər də bizim kimi yansınlar…”
Qeyd edək ki, sözügedən süjetdə gənclərin tros qırılması səbəbilə deyil, güclü külək və bir növ təlaş vəziyyətində olaraq, Ziplaynın roliklərinin trosdan çıxması nəticəsində həlak olduqları qeyd olunub.
Süjetdə həmçinin gənclərin kanatdan istifadə etməzdən əvvəl sığorta sənədinə imza atdıqları bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 10 Sentyabr 2026 15:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















