Qardaşlıq bayramı: Yuta ştatında Azərbaycanın Zəfər və Türkiyənin Respublika günləri qeyd edilib
Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
ABŞ-nin Yuta ştatında Azərbaycan Respublikasının Zəfər Günü və Türkiyə Respublikasının milli bayramı - Respublika Günü münasibətilə tədbir təşkil olunub.
XQ xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin, Yuta Türk-Amerika Assosiasiyasının dəstəyi, eləcə də assosiasiyanın və Yuta Türk-Amerika Assosiasiyası birgə təşkilatçılığı ilə keçirilib.
Əvvəlcə hər iki ölkənin Dövlət himnləri səsləndirilib, Azərbaycanın Zəfər tarixini əks etdirən videoçarx göstərilib. Bədii hissədə milli musiqilər və rəqslər ifa olunub. Qonaqlara, həmçinin Azərbaycan və türk mətbəxinə məxsus ənənəvi təamlar təqdim edilib.
Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəray bayramlar münasibətilə Azərbaycan və türk xalqını təbrik edib. O, iki qardaş xalqın həmrəyliyinin, ortaq tarixə və mədəniyyətə söykənən münasibətlərinin bir daha nümayiş olunduğunu vurğulayıb, xalqlara rifah, sülh və əmin - amanlıq arzulayıb.
Yuta Türk-Amerika Assosiasiyasının İdarə Heyətinin üzvü Işıl Gökgöz Hessick çıxış edərək Azərbaycan ilə Türkiyə arasındakı dostluq, qardaşlıq münasibətlərinin hər ötən gün daha da gücləndiyini dilə gətirib, hər iki xalqı əlamətdar gün münasibətilə təbrik edib.
Qeyd olunub ki, bu kimi tədbirlər ABŞ-də yaşayan Azərbaycan və türk icmalarının birliyinin möhkəmlənməsinə, eləcə də yerli ictimaiyyət arasında mədəni müxtəlifliyin təbliğinə mühüm töhfə verir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 07 Noyabr 2025 19:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















