Icma.az
close
up
RU
Menu

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

Bakının 27 istiqamətində tıxac VAR Foto

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Qardaşlıqdan Strateji Gücə

Qardaşlıqdan Strateji Gücə

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

18 oktyabr 2025-ci il tarixində Prezident İlham Əliyevin Qazaxıstanın “Kazinform” xəbər agentliyinə verdiyi müsahibə, iki qardaş ölkə arasında qurulan münasibətlərin yalnız diplomatik protokol çərçivəsində qalmadığını, əksinə dərin tarixi, mədəni və strateji əsaslar üzərində inkişaf etdiyini bir daha təsdiqlədi. Bu söhbət, sadəcə siyasi bir ifadə deyildi, Azərbaycan və Qazaxıstan arasında qurulan qarşılıqlı etibar, ümumi hədəflər və gələcək vizyonunun canlı xronikasıdır.

Azərbaycan və Qazaxıstan arasında münasibətlər, son onilliklərdə yalnız diplomatik əlaqələrlə məhdudlaşmayıb. Prezident Əliyev bu əlaqələrin tarixi qardaşlıq, ortaq türk kimliyi, oxşar mənəvi dəyərlər və mədəni irs üzərində qurulduğunu vurğulayır. Bu dərin bağlar, iki ölkənin siyasi səviyyədə yalnız yaxın deyil,  strateji müttəfiq olmasını təmin edib.

Ən yüksək səviyyədə fəal dialoq, dövlət başçılarının bir-birinə qarşı göstərdiyi dəstək və qarşılıqlı səfərlər, bu tərəfdaşlığın hər sahədə kök salmasına kömək edib. Nəticədə, iki ölkə artıq ümumi hədəflərə doğru irəliləyən bir komandadır.

Son üç ildə Prezident İlham Əliyevin Qazaxıstana yeddinci səfəri və Prezident Kasım-Jomart Tokayevin isə Azərbaycana altı dəfə səfər etməsi, iki ölkə arasında qarşılıqlı marağın və etibarın nə qədər yüksək olduğunu göstərir. Bu səfərlər sadəcə protokol deyil  onlar konkret layihələrin, investisiyaların və mədəni təşəbbüslərin doğulduğu platformalardır.

Xüsusilə, Ali Dövlətlərarası Şuranın yaradılması bu əməkdaşlığın institusional xarakter aldığının əlamətidir. İlk iclası 2024-cü ildə Bakıda keçirilən bu mexanizm, iki ölkənin strateji prioritetlərini əlaqələndirmək üçün nəzərdə tutulub. Gələcəkdə Astanada keçiriləcək ikinci iclas isə bu əməkdaşlığı yeni bir səviyyəyə qaldıracaq.

İqtisadi əməkdaşlıq sahəsində əldə olunan nailiyyətlər heyrətamizdir. 2024-cü ildə iki ölkə arasında ticarət həcmi 470 milyon dollar təşkil edərkən, 2025-ci ilin ilk səkkiz ayında bu rəqəm 547 milyon dollara çatıb. Bu artım, xüsusilə Orta Dəhliz marşrutunun səmərəli işləməsi və nəqliyyat infrastrukturunun modernləşdirilməsi ilə əlaqədardır. Qazaxıstan kapitalı ilə Azərbaycanda 250-yə yaxın kommersiya strukturu fəaliyyət göstərir. Eyni zamanda, Azərbaycan Qazaxıstan iqtisadiyyatına 225 milyon dollar, Qazaxıstan isə Azərbaycana 136 milyon dollar investisiya qoyub. Bu rəqəmlər  uzunmüddətli inam və tərəfdaşlıq niyyətinin göstəricisidir.

Neft-qaz sektorunda isə SOCAR və “KazMunayQaz” arasında “Aktau-Ceyhan” marşrutu üzrə illik 1,5 milyon ton neft tranziti üzrə razılaşma əldə edilib. Bu, Orta Dəhlizin Avropa ilə Asiya arasında strateji tranzit koridoru kimi mövqeyini möhkəmləndirir.

Bundan əlavə, yaşıl energetika sahəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında imzalanmış razılaşmalar, regionun davamlı inkişaf və ekoloji təmiz texnologiyalara keçid yolunda addımlar atdığını göstərir. Azərbaycan və Qazaxıstan arasında yalnız məhsullar deyil, informasiya da sərbəst axın edir. 2025-ci ilin mart ayında Bakıda imzalanmış Xəzər dənizi altından keçən fiber-optik xətt layihəsi, bu sahədə ən mühüm addımlardan biridir. Layihənin 2026-cı ilin sonunda tamamlanması planlaşdırılır və bu, iki ölkənin rəqəmsal inteqrasiyasını yeni səviyyəyə qaldıracaq.

Eyni zamanda, tranzit daşımaları 2024-cü ildə 3,5 milyon tonu keçib. Bu, Orta Dəhlizin yalnız regional deyil, qlobal loqistik şəbəkədə də əhəmiyyətli rol oynadığını təsdiqləyir.

Ən möhkəm siyasi razılaşmalar belə, xalqlar arasında qurulan mənəvi bağlar olmadan davamlı ola bilməz. Prezident Əliyev, Füzuli şəhərində Qazaxıstan tərəfindən tikdirilən Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzini xüsusi qeyd edir. Bu mərkəz artıq 100-dən çox uşağa incəsənət təhsili verən mədəni bir ocaq halına gəlib. 2023-cü ildə Azərbaycanda Qazaxıstan Mədəniyyəti Günləri, 2024-cü ildə isə Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günləri keçirilib. Qazax yazıçısı Kemel Tokayevin əsərlərinin Azərbaycan dilinə tərcüməsi və Bakıda keçirilən beynəlxalq konfrans da bu əlaqələrin ədəbi və elm sahəsində də möhkəmləndiyini göstərir.

2009-cu ildə Naxçıvanda yaradılan TDT, son illərdə Şuşa və Qəbələdə keçirilən zirvə görüşləri ilə siyasi, iqtisadi və hərbi əməkdaşlığı daha da dərinləşdirib. Gələn il isə 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illiyi TDT çərçivəsində təntənəli şəkildə qeyd olunacaq. Bu yubiley türk elminin, mədəniyyətinin və birliyinin yenidən canlanmasıdır.

Prezident Əliyev, müsahibədə Xəzər dənizinin səviyyəsinin sürətlə aşağı düşməsini ciddi ekoloji və iqtisadi təhlükə kimi qiymətləndirir. Bu problem yalnız iqlim dəyişikliyi ilə izah oluna bilməz onun həlli üçün bütün Xəzəryanı ölkələrin əlaqələndirilmiş fəaliyyəti tələb olunur. Prezident Əliyevin bu mövqeyi, ekoloji məsələlərin artıq milli sərhədlərlə məhdudlaşmadığını, onların beynəlxalq əməkdaşlıq tələb etdiyini göstərir.

Azərbaycan və Qazaxıstan arasında qurulan münasibətlər, sadəcə iki ölkənin əməkdaşlığı deyil, türk dünyasının birliyinin, regional sabitliyin və qlobal arenada birgə gücün nümunəsidir. Prezident İlham Əliyevin bu müsahibəsi, bu əlaqələrin yalnız mövcud nailiyyətlərlə məhdudlaşmadığını, əksinə gələcək üçün daha böyük planlar daşıdığını göstərir.

İki qardaş ölkənin iradəsi, səyləri və qarşılıqlı dəstəyi, regionun inkişafına, türk mədəniyyətinin qlobal arenada möhkəmlənməsinə və dünya sülhü üçün davamlı töhfə verməyə davam edəcək.

Tutu Kamal qızı

YAP Zəngilan rayon təşkilatının sədr müavini

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 Oktyabr 2025 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see363

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see317

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see283

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see259

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see256

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see247

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see236

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see230

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see228

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see226

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see210

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see209

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see206

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see203

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see202

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see201

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see198

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see197

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see187

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri