Icma.az
close
up
RU
Qaribaşvilinin siyasətdən gedişi: “Gürcü arzusu”nda çatlar yaranıb?

Qaribaşvilinin siyasətdən gedişi: “Gürcü arzusu”nda çatlar yaranıb?

Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Gürcüstan müxalifəti “Gürcü arzusu” hökumətinə qarşı 150 gün davam edən etiraz aksiyalarını qeyd edib. Əlamətdar tarix ərəfəsində hakim partiyanın sədri İrakli Qaribaşvili siyasətdən getdiyini açıqlayıb. Onun rəqibləri əmindirlər ki, o, bu yolla Qərbin sanksiyalarından gizlənməyə çalışır.
Reyting.az
xəbər verir ki, bu barədə “Nezavisimaya qazeta” yazıb.
Rusiya nəşrinin təhlilində qeyd olunur:
Qaribaşvili bildirib ki, o, artıq partiyanın rəhbərliyində qalmaq üçün heç bir səbəb görmür. Gələcəkdə özəl sektorda özünü reallaşdırmağa ümid edir.
O, həmçinin vurğulayıb ki, o, “Gürcü arzusu”nun qurucusu Bidzina İvanişvilinin sadiq tərəfdarı olaraq qalır, ona görə də siyasətə qayıdıbsa, mütləq müxalifətçi kimi olmayacaq.
Xatırladaq ki, Qaribaşvili İvanişvilinin ən sadiq sirdaşlarından biri hesab olunur. 2012-ci ildə o, Gürcüstanın Daxili İşlər Nazirliyinin rəhbəri, növbəti il isə respublika tarixində ən gənc baş nazir olub. Sonra İvanişvili onu özünə xələf seçib və siyasətdən getdiyini elan edib. Ancaq artıq 2015-ci ildə Qaribaşvili gözlənilmədən işdən çıxarılıb və dörd il ərzində onun haqqında heç nə eşidilməyib. 2019-cu ilin martında o, “Gürcü arzusu”nun katibi, sentyabrda isə Müdafiə naziri olub. İki il sonra yenidən hökumət başçısı vəzifəsinə yüksəlib və 2024-cü ilin fevralına qədər orada qalıb.
İkinci baş nazirlik İvanişvilinin siyasətə qayıtdığını elan etdikdən bir ay sonra başa çatıb. Bu zaman media Qaribaşvilini korrupsiyada ittiham etməyə başladı.
Formal olaraq 2024-cü ildə hökumətdən gedəndən sonra Qaribaşvili hakim “Gürcü arzusu”nun rəhbəri oldu, amma əslində partiya İvanişviliyə məxsusdur, ona görə də keçmiş baş nazir heç bir şəkildə öz dəyərini göstərə bilmədi. Nəticədə, ötən ilin sonunda müxalifət mediası Qaribaşvilinin hakim partiya ilə münasibətlərini kəsməyi planlaşdırdığı barədə xəbərlər yaymağa başladı. Xüsusilə, İvanişviliyə görə Qərblə münasibətləri korlamaq istəmədiyi iddia edilir. Eyni zamanda, siyasətçinin xəstəxanadan fotosu da peyda olub. O, məşq zamanı çiynindən zədə aldığını iddia etsə də, müxalifət onun partiya yoldaşları tərəfindən döyülə biləcəyinə inanırdı.
Bundan əlavə, Axali Partiyasının rəhbəri Nika Qvaramiya iddia edib ki, Qaribaşvilinin pasportu götürülüb və ona ölkəni tərk etməyə icazə verilmir. "O, ABŞ-la əlaqə saxlayır, onlara məlumat verir, bir neçə dəfə ölkədən qaçmağa cəhd edib və uğursuzluğa düçar olub. O, həqiqətən döyülüb, bunlar şayiələr deyildi, bu doğrudur", - Qvaramiya deyib.
Müxalifətin fikrincə, siyasətdən getmək Qaribaşvilinin xilası oldu. Onun əlində çoxlu pul qalıb, hələ də sanksiyalar altında deyil və “Gürcü arzusu” ilə əlaqəsi olmasa, onların altında olmayacaq.
Necə olursa-olsun ki, 2025-ci ilin yazında Qaribaşvili nəhayət aparat mübarizəsini uduzdu. Onun bütün himayədarları, o cümlədən İnfrastruktur naziri İrakli Karseladze, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Qriqol Liluaşvili və Acarıstan Nazirlər Kabinetinin rəhbəri Tornike Rijvadze hökumətdən xaric edilib.
“Gürcü arzusu”nun nizamnaməsinə uyğun olaraq, partiyanın sədri vəzifəsini onun baş katibi və Tbilisinin meri Kaxa Kaladze tutmalıdır. Lakin yerli media hesab edir ki, bu, müvəqqəti həll yoludur və yaxın gələcəkdə bu vəzifə baş nazir İrakli Kobaxidzeyə veriləcək.
Hakim partiyanın Qaribaşvilinin imtinasını kifayət qədər təmkinli şəkildə şərh etməsi də diqqət çəkir. Məsələn, parlamentin spikeri Şalva Papuaşvili tamamilə ziddiyyətli bəyanatla çıxış edib: "Partiya çətin vəziyyətə düşəndə deyil, uğurun zirvəsində getməlisən”.
Eyni zamanda, o vurğulayıb ki, onun fikrincə, hazırda “Gürcü arzusu” üçün hər şey qaydasındadır: seçkilərdə yalnız qələbələr var, müxalifət darmadağın edilib və s.
Bununla belə, gürcü jurnalistlər hesab edirlər ki, hökumət üçün vəziyyət o qədər də ürəkaçan deyil. Onlardan biri Qaribaşvilidən ağır böhran dövründə niyə getdiyini soruşub, keçmiş siyasətçi ona belə cavab verib: “Məncə, ölkədə vəziyyət sakitdir, hava yaxşıdır, niyə də olmasın”.
Politoloq Nika Çitadze hesab edir ki, Qaribaşvilinin qərarı “Gürcü arzusu” daxilində fikir ayrılıqlarından xəbər verir, lakin onların ideoloji xarakter daşıması ehtimalı azdır: "O, həmişə İvanişviliyə son dərəcə sadiq olub. Onun istefası daha çox Kobaxidzenin apardığı aparat mübarizəsində məğlubiyyətə dəlalət edir. Üstəlik, onun süqutu hökumətdən gedəndən dərhal sonra başlayıb. Lakin Gürcüstan bu dəyişikliklərdən heç nə qazanmayacaq. Hər halda, baş nazirlər müstəqil fiqur deyil, onlar hər şeydə İvanişvilidən asılıdırlar və bunun nəticəsi olaraq yalnız hökumətin korrupsioner başçılarına kömək edə bilər".
O, Qaribaşvilinin böyük bizneslə məşğul ola biləcəyinə də şübhə edir, çünki bu, uzunmüddətli perspektivdə İvanişvilinin mövqeyini sarsıda bilər.
"Bəlkə o, əmanətlərini səhmlərə yatırıb faizlə dolanacaq, yenidən siyasətə çağırılacağı vaxtı gözləyəcək. Amma bu, çətin ki, baş versin. Qaribaşvilinin vida mətbuat konfransında "Gürcü arzusu"ndan heç kim olmayıb", - deyə ekspert yekunlaşdırıb.
Y. QACAR

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:263
embedMənbə:https://reyting.az
archiveBu xəbər 28 Aprel 2025 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see322

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see316

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see313

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see299

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see299

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see290

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see280

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see280

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see278

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see264

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see246

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see237

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see236

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see232

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see232

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see229

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see223

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see220

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see198

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri