Icma.az
close
up
RU
Qarın ağrısı hansı xəstəliklərdən xəbər verir? DİQQƏT

Qarın ağrısı hansı xəstəliklərdən xəbər verir? DİQQƏT

Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq.

Yadda saxlamaq lazımdır ki, ağrının olması heç də hər zaman pis əlamət hesab edilməli deyil.

Ağrı – bizim orqanizmin qoruyucu reaksiyası olub, bədəndə nəyinsə qaydada olmadığını və ona yardım göstərilməsi lazım gəldiyini göstərən əlamətdir.

Buna görə də ağrı hissiyyatlarını diqqətsiz qoymaq və “hər şey öz-özünə keçər” deyə düşünmək olmaz! Əgər siz bədənin hər hansı bir hissəsində tez-tez ağrı hiss edirsinizsə mütləq həkimə müraciət edin!

Qarın nahiyyəsində olan ağrılar, ağrıların ən çox təsadüf etdiyi təzahürlərdən biri olduğu üçün biz əksər hallarda ona kifayət qədər diqqət yetirmirik. Bu isə böyük səhv hesab edilir, çünki vaxtında müracit edilmədiyi təqdirdə bu, insanın nəinki sağlamlığı, hətta həyatı üçün də təhlükəli ola bilər. Qarında ağrılar olarkən həkim məsləhəti olmadan ağrıkəsici dərmanların qəbul edilməsi qəti şəkildə yolverilməzdir!

Qarın nahiyyəsində olan ağrılar müxtəlif səbəblərdən baş verə bilər. Sağlam insanlar da qarın nahiyyəsində ağrı hiss edə bilərlər – bu normadan artıq yemək yedikdə baş verə bilər. Belə ağrılar adətən 15-20 dəqiqədən sonra keçir. Bu zaman spazmolitik dərman (həkimin məsləhəti ilə) qəbul etmək və bir qədər uzanmaq lazımdır.

Əlbətdə ki, əksər hallarda qarında olan ağrıların səbəbi qarın boşluğu orqanlarının (mədə, 12-barmaq bağırsaq, qara ciyər, öd kisəsi və öd yolları, mədəaltı vəzi, dalaq, nazik və yöğun bağırsaqlar) xəstəlikləri, həmçinin qida zəhərlənmələri, kəskin bağırsaq infeksiyaları olur.

Qida zəhərlənmələri və kəskin bağırsaq infeksiyaların əlamətləri - qarında güclü kəsici ağrılar, hərarətin qalxması, güclü ishal, meteorizm (qarında yel). Bu halda mütləq həkimə müraciət edin!

Hepatit (qara ciyərin iltihabı) xəstəliyi zamanı qarının sağ tərəfində qabırğaların altında ağrılar hiss edilir, sarılıq meydana çıxır, sidiyin rəngi tünd, nəcisin açıq olur. Bu əlamətlər meydana çıxan kimi tez bir zamanda həkimə müraciət etmək lazımdır!

Qastrit, qastroduodenit, mədə xorası xəstəliyi zamanı ağrı qarının yuxarı hissəsində hiss olunur və adətən ac qaldıqdan, kəskin və turş qidə qəbul etdikdən və stresdən sonra meydana çıxır. Qastrit zamanı ağrı tez-tez ürək bulanması, qusma, qıcqırma ilə müşayiət oluna bilər. Bu kimi simptomlar meydana çıxarsa mütləq həkim-qastroenteroloqa müraciət edin!

Sadaladığımız xəstəliklərdən başqa, şəkərli diabet, tireotoksikoz (qanda qalxanvari vəzi hormonlarının yüksək olması), revmatizm, pnevmoniya, ürək və aortanın xəstəlikləri, sinir sisteminin bəzi xəstəlikləri, bəzi qan xəstəlikləri, onurğa sütunu və böyrək xəstəlikləri (böyrək iltihabı, böyrək daşı) və s. hallarda da qarın nahiyyəsində ağrılar ola bilər.

Bəzi hallarda, çox təhlükəli xəstəlik hesab edilən miokardın infarktı zamanı da, qarının yuxarı hissəsində ağrı hissi ola bilər. Bu halda qarında olan ağrılar adətən ürək ağrıları ilə də müşayət olunur.

Qadın və kişilərdə qarının aşağı hissəsində olan ağrılar sistit xəstəliyinin (sidik kisəsinin iltihabı) simptomu ola bilər. Ağrılar sidik ifrazatı zamanı daha güclənirlər.

Qadınlarda qarının aşağı hissəsində olan ağrılar uşaqlıq, yumurtalıqlar, uşaqlıq borularının iltihabi xəstəliklərində (endometrit, salpinqit, ooforit) də ola bilər. Bundan başqa təcili şəkildə cərrahi əməliyyat edilməsi tələb edilən (əks halda uşaqlıq borusunun dağılması, güclü uşaqlıq qanaxması və s. fəsadlar baş verə bilər) uşaqlıqdankənar hamiləlik zamanı da qarının aşağı hissəsində ağrı ola bilər!

Kişilərdə, qarının aşağı hissəsində olan ağrılar isə, onlarda prostat vəzinin müxtəlif problemləri və s. səbəblərlə əlaqədar ola bilər.

Qarın nahiyyəsində güclü ağrının olması (həkimlər bunu “kəskin qarın” adlandırır) – çox təhlükəli hal hesab edilir və bu zaman təcili şəkildə cərrahi əməliyyat edilməsi də tələb oluna bilər! Buna görə də əgər yaxınlarınızdan biri birdən-birə qarın nahiyyəsində “xəncər sancılması kimi ağrı” olmasından şikayət edərsə, həmçinin zəiflik, üşütmə hiss edərsə, uzanıb “embrion pozasını” (ayaqlarını qarnına sıxaraq burulmuş vəziyyət) alarsa, dərhal “təcili yardım” çağırmaq lazımdır!

Belə ağrını mədə və 12-barmaq bağırsaq xorasının deşilməsi, appendisit, periton qatının iltihabı – peritonit, bağırsaq keçməməzliyi, yırtığın boğulması və s. digər hallar törədə bilər. Belə halların hər birində vaxtında yardım göstərilmədiyi təqdirdə insan güclü şəkildə zərər çəkə bilər.

“Kəskin qarın” sindromu zamanı, “təcili yardım” gələnə qədər xəstəyə yeməyə və içməyə heç nə verməyin, ona hərəkət etməyə icazə verməyin, onun qarnının üstünə sellofana bükülmüş buz və ya soyuducunun buzxanasından çıxarılan məhsul qoyun. Heç bir halda buzu lüt bədənə qoymayın!

Qarında kəskin ağrılar zamanı
- heç bir halda xəstəyə ağrıkəsici, işlətmə dərmanları verməyin!
- imalə etməyin!
- qarının üzərinə isti qrelka qoymayın!

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:302
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri