Icma.az
close
up
RU
Qarında ağrı, köp, diskomfort... Mədəbağırsaq ALLERGİYALARI nədir?

Qarında ağrı, köp, diskomfort... Mədəbağırsaq ALLERGİYALARI nədir?

Saglamolun saytına istinadən Icma.az xəbər verir.

Allergik meyilliliyi olan şəxslər çox vaxtı bəzi qidaların qəbulundan sonra udqunmanın çətinliyindən, yeməyin “boğazda qalmasından”, sinə arxasında ağrı, qarında ağrı, qusma, qarında köp, diskomfort hissi, diareya, bəzən hətta nəcisdə qanın olmasından şikayət edirlər.

Əksər hallarda xəstələr bu şikayətlərlə terapevt, qastroenteroloq və ya infeksionistə müraciət edirlər və nəticədə də bağırsaq infeksiyalarına, enteritə, kəskin qastritə, parazitar infeksiyalara (helmintozlar, lyamblya ), nevroza və s. kimi xəstəliklərə görə müalicə olunurlar. Lakin bu müalicələrdən sonra xəstə şübhəli qidanı təkrar qəbul etdikdə şikayətlər yenə təkrarlanır, xəstələrin vəziyyəti daha da ağırlaşır, hətta xəstələr həmin şübhəli qidanı qəbul etməkdən "qorxurlar".  

Xəstələrə əsaslandırılmamış pəhrizlər təyin edilir, nəticədə də bu qrup xəstələrin əsəbləri pozulur, narahat olurlar, həyat keyfiyyətləri aşağı düşür, yalnış müalicələr nəticəsində xəstəliyin fəsadlaşmaları baş verə bilir. Bu xəstələri ətraflı müayinə etdikdə, xüsusən də dərin klinik anamnez topladıqda mədə-bağırsaq allergiyasının olduğu aşkarlanır.

Mədə-bağırsaq allergiyaları hər iki cinsdə, bütün yaş qruplarında rast gəlinə bilir. Amma uşaqlarda daha çox rastlanır, xüsusən də körpə yaşlı uşaqlarda. Yaş artdıqca isə xəstəliyin klinik xüsusiyyətləri də dəyişə bilir. Adətən simptomlar yaş artdıqca azalmağa meyilli olur və ya tamamilə keçə bilir. Lakin uşaq yaşlarında hər hansısa qidaya qarşı olan allergik reaksiyanın şiddəti, bəzən həmin şəxsdə böyük yaşlarda da eyni dərəcədə qala bilir.

Əksər hallarda səbəbkar qida allergenləri və qida əlavələri (xüsusən də boyaq maddələri, konservantlar, aromatizatorlar) olur.

Diaqnostikada əsas məqsəd səbəbkar allergenin təyin edilməsidir. Çox vaxtı düzgün, ətraflı toplanmış anamnez və allergik testlər vasitəsilə diaqnozu dəqiqləşdirmək və səbəbkar allergeni təyin etmək asan olur. Ehtiyac olduqda isə müvafiq digər müayinə üsulları da (digər laborator müayinələr, ezofaqoqastroduedonoskopiya, kolonoskopiya və s.) tətbiq edilir.

Differensial diaqnostikada mədə-bağırsaq traktının digər xəstəliklərini, psixo-nevroloji, autoimmun xəstəlikləri, infeksiyaları, fermentopatiyaları və s. xəstəlik və halları istisna etmək lazımdır.

Müalicədə ilkin addım təyin edilmiş səbəbkar allergenin menyudan kənarlaşdırılması, yəni eleminasiyon pəhrizin təyin edilməsi və antiallergik terapiyanın başlanılmasıdır. Eyni zamanda həzm sisteminin zədələnmiş nahiyəsinin pozulmuş funksiyalarının bərpası üçün müvafiq simptomatik terapiya aparılır.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri