Icma.az
close
up
RU
“Qarışıq nikahlar sosial və hüquqi problemlər yarada bilər” Sosioloq

“Qarışıq nikahlar sosial və hüquqi problemlər yarada bilər” Sosioloq

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Son illərdə Azərbaycanda əcnəbi vətəndaşlarla ailə həyatı quranların sayında nəzərəçarpacaq artım müşahidə olunur.

Bununla yanaşı, bu cür nikahlar həm sosial, həm də hüquqi baxımdan müəyyən çətinliklər və yeni reallıqlar da yaradır.

Son illərdə Azərbaycanlıların əcnəbi vətəndaşlarla ailə qurmasının artmasının əsas səbəbləri nədir?

Qarışıq nikahların artması gələcəkdə demoqrafik və sosial strukturda hansı dəyişikliklərə səbəb ola bilər?

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan sosioloq Naib Niftəliyev vurğulayıb ki, əcnəbi nikahlarının sayı son dövrlərdə əhəmiyyətli dərəcədə artıb:

“Rəsmi və qeyri-rəsmi statistikanı müqayisə etdikdə görünür ki, Azərbaycanda orta hesabla 20 minə qədər ailə qurulursa, onların təxminən 5 mini, yəni dörddə biri, bəzi dövrlərdə isə nikahların sayı 12 minə qədər azaldıqda üçdə biri əcnəbi vətəndaşlarla bağlanır.

Bu göstərici hüquqi baxımdan qeyri-adi hal sayılmır. İnsanlar azad seçim edirlər, şəxsi həyatlarını qurur və ailə münasibətlərinə rəsmi şəkildə daxil olurlar. Yəni hüquqi baxımdan hər şey qaydasındadır.

Lakin sosial-demoqrafik baxımdan əhalinin cinsiyyət strukturunda dəyişiklik, vətəndaşlıq məsələlərinin tənzimlənməsi və qarışıq nikahlarda olan ailələrin vətəndaşlıq statusunun müəyyən edilməsi bəzi siyasi və hüquqi çətinliklər yaradır.

Əsas məsələ ondadır ki, bu hallar əksər hallarda sosial-iqtisadi motivlərlə bağlıdır. Xarici vətəndaşlarla ailə quranlar, xüsusən xanımlar, daha yaxşı həyat şəraiti və bəzən “nağıllardakı həyat” axtarışındadırlar. Lakin bu hər zaman mümkün olmur. Müxtəlif səbəblərdən, xüsusən boşanıb yenidən ailə quranların bir qismi də xarici vətəndaşlarla evliliyi üstün tuturlar”.

Sosioloqun sözlərinə görə, burada həm özünü doğruldan, həm də doğrultmayan məqamlar mövcuddur:

“Hüquqi baxımdan sənədləşmə proseduru bəzi hallarda mürəkkəbləşə bilər, çünki müxtəlif ölkələrdə nikahla bağlı qanunvericilik fərqləri və baryerlər mövcuddur.

Bu, eyni zamanda sosial və ailə mühitinin əhəmiyyətli dərəcədə dəyişməsi deməkdir. Həm bəylər, həm xanımlar bu dəyişikliyi, xüsusən də başqa ölkədə yaşamağa qərar verdikdə, daha yaxından hiss edirlər. Azərbaycan mühitində xarici vətəndaşlarla ailə quranlar, bəlkə də açıq deməsələr də, mentallıq, həyat tərzi, məişət vərdişləri, ünsiyyət və adaptasiya məsələlərində baryerlərlə qarşılaşırlar.

Ailəyə münasibət, bu münasibətin nə dərəcədə ciddi və davamlı olması və boşanma riskinin böyük olması da özünü göstərir. Düzdür, yerli nikahlarda da boşanma riski tamamilə aradan qalxmır; boşanma tendensiyası qlobal bir prosesdir və Azərbaycanı da əhatə edir. Lakin qarışıq nikahlarda fərqli hüquqi və sosial nəticələr özünü göstərir.

Burada daha çox sosial böhran əlamətləri nəzərə çarpır. İnsanlar müəyyən sosial çətinlikləri həll edərkən tərəf müqabilin fərqli baxışları və yanaşmaları ilə üzləşirlər. Azərbaycanda qarışıq nikahlar ənənəsi əvvəllər də mövcud olub; təxminən 15-20 faiz aralığında belə nikahlara rast gəlinib. Lakin bu nikahlar daha çox daxili milli icmalar və etnoslar arasında olduğundan, kəskin adaptasiya problemləri yaranmayıb”.

Gülxanım Əliyeva

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 10 Oktyabr 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri