Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Qarışqa yolu... Kiçik addımların böyük nəticələri

Qarışqa yolu... Kiçik addımların böyük nəticələri

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Şahanə MÜŞFİQ

Yol istər qısa, istər uzun olsun, istər hamar, istər daş-kəsəkli olsun, istər dar, istər geniş olsun, istər mülayim, istər sərt olsun, bütün yollar ilk və kiçik addımla başlayır. İstər dünyanın ən ucqar, ən uzaq nöqtəsinə, istərsə də yan otağa get, hər ikisi üçün etməli olduğun ilk hərəkət o kiçik addımı atmaqdır...

Bəli, böyük dəyişikliklərin arxasında böyük cəsarətlər yox, kiçik, tək-tək, yavaş-yavaş atılmış addımlar dayanır. Bunu "Qarışqa yolu teoriyası" da adlandıra bilərik. Bu, kiçik varlıqların sonsuz səbr və inadla yaratdığı nəhəng yolların, böyük işlərin metaforası.

Siz heç qarışqanın yolunu müşahidə etmisinizmi? Uşaq ikən qarışqaların o kiçik, amma inadkar addımlarına, o uzun, amma xəyali bir xətt boyunca çizilmiş kimi dümdüz olan yollarına baxmağı sevərdim. Onların yol boyu addımları sanki heç bir nəticə verməyəcəkmiş kimi görünür. Qarışqa elə balacadır ki, ayağının ağırlığı torpağa dəyməz. Amma yüzlərlə, minlərlə qarışqa eyni istiqamətdə irəlilədikcə, o balaca addımlar torpağın üstündə izlər açır, cığırlar yaranır, yollar formalaşır. Kiçikdən böyüyə doğru gedən təsir budur. İnsan həyatında da böyük dəyişikliklər əslində kiçik addımların, təkrarlanan davranışların, yığılan hissələrin nəticəsidir.

Qarışqa yolu görünməz səslərin, kiçik cəsarətlərin, sabit xırda qərarların gücünü anladan metaforadır.

lll

İnsanlar çox vaxt həyatı qəfildən, bircə anda, özü də çox əziyyət çəkmədən dəyişdirmək istəyirlər. Nə isə baş versin, bir kəpənək qanad çırpsın, bir simurq lələyi yandırılsın və hər şey tamamilə dəyişsin, biz istəyən olsun. Qulağa heç də pis dəyməyən, əksinə, olduqca cazibədar görünən bu istək, təəssüf ki, sadəcə romantik bir gözləntidir. Həqiqət isə heç də bu deyil. Həyatın ritmi qarışqa ritmidir - yavaş, kiçik, ardıcıl.

Qarışqanın addımları kimi kiçik addımların yaratdığı xırda dəyişikliklər heç də gözə görünmür. Amma qarışqa heç vaxt addım atmaqdan vaz keçmir. Bir qarışqa bir illik qida deposu yarada bilməz, amma yüz qarışqa birgə bundan artığını da bacarır. Bir dəfə edilən yaxşılıq insanı dəyişməz, amma bu təkrarlandıqca insanda səxavət duyğusu formalaşar. Cəmi bir kitab oxumaqla insanın düşüncəsində, taleyində elə bir köklü dəyişiklik olmaz, amma yüz kitab oxumuş insanın beyni bütün yolları dəyişə bilər. İnsan həyatının böyük inqilabları, əslində səssiz-səmirsiz, gündəlik kiçik addımların yığılmış gücüdür.

Bu, qarışqa yolu teoriyasının ilk qanunudur: "Kiçik addımlar görünmür, amma onlarsız heç bir böyük nəticə mümkün deyil".

lll

Biz çox zaman filmlərdə gördüyümüz "ani dönüş nöqtələrini" həyatda idealizə edirik. Bir an gəlir və hər şey dəyişir. Amma həqiqi dönüş nöqtəsi hələ çox əvvəl balaca bir qərarda, balaca bir sözdə, balaca bir cəsarətdə doğulmuş olur. Ən böyük talelər ən kiçik qərarların içində gizlidir.

Əslində, çox zaman hiss etmirik, amma həyatın böyük dönüş nöqtələri həm də çox kiçik titrəyişlərdən doğur. Qarışqa yolu teoriyası deyir ki, taleyi dəyişdirmək üçün böyük bir sıçrayışa, ya da möcüzəyə gərək yoxdur, kiçik, amma ardıcıl addımlar bizim ən böyük silahımızdır.

Hətta bəzən insanın bütün həyatını dəyişən hərəkət sadəcə 30 saniyəlik bir qərarın içində olur. Amma nəzərə almaq lazımdır ki, o 30 saniyəlik qərar illərlə formalaşıb, insanın təkrarladığı vərdişlərdən, düşüncələrdən, qorxulardan süzülüb gəlib.

lll

Qarışqalar haqqında çox araşdırma aparılıb. İnternet resursları bu kimi araşdırmalarla zəngindir. Həmin araşdırmaları oxuduqca görürsən ki, onların həyat prinsipləri bizim üçün də inanılmaz dərslər verir. Onların davranış mexanizmi "balaca addım - böyük nəticə" prinsipinin canlı sübutudur.

Qarışqalar heç vaxt tək hərəkət etmirlər. Çünki tək qarışqa zəifdir, amma birlikdə onlar çox böyük gücə sahibdirlər. İnsan da ilk addımında çətinlik çəkə bilər, amma kiçik addımlar bir-birini tamamladıqca güc yaranır.

Qarışqalar səhv edəndə geri dönüb yeni yol çəkirlər. Onların yol axtarışı ardıcıl sınaqdır. Bir yol bağlananda yeni yol çəkilir. Həyatda da kiçik düzəlişlər, kiçik cəhdlər, kiçik təcrübələr böyük alternativlər yaradır.

Qarışqalar davamlıdır, amma təlaşlı deyil. Qarışqanı heç vaxt tələsən görməzsən. Addım-addım, sakit-sakit, amma aramsız hərəkət edirlər. Bu, həyat üçün mükəmməl dərsdir: sakit irəlilə, amma heç vaxt dayanma.

Qarışqalar həm özlərini, həm başqalarını daşıyır. Yükü çox olan qarışqa digərləri tərəfindən dəstəklənir. İnsan üçün də psixoloji dəstəyin, dostluğun, ruhən paylaşmağın gücü burada görünür.

Qarışqa yolu kiçik addımların kollektiv qüvvəsini göstərir. İnsan da öz həyatının kollektiv yaradıcısıdır.

lll

Beyin böyük dəyişiklikləri sevmir. O, radikal sıçrayışlardan qorxur, çünki təhlükə görür. Amma xırda dəyişiklikləri məmnuniyyətlə qəbul edir. Bizim "kiçik addımımız" beynin təhlükəsizlik siqnalını aktivləşdirmir. Əksinə, beynə belə bir mesaj verir: "Bu, təhlükəsizdir. Bu, sənə ağır deyil. Davam elə".

Bu səbəbdən psixologiyada "mikro-vərdişlər" texnikası var. İnsan əvvəlcə 1 dəqiqəlik dəyişiklik edir. Sonra 2 dəqiqə. Sonra 5 dəqiqə. Və bir gün görür ki, artıq o, tamamilə başqa insandır. Kiçik addımlar beyni, beyin davranışı, davranış isə taleyi dəyişir. Bu zəncir çox sadə görünə bilər, amma təsiri nəhəngdir. Yenə də qarışqanı xatırlayaq. O da bir dəfəyə yüz metr getmir. Bir millimetr, bir millimetr, bir millimetr... nəticədə yüz metr...

İnsan çox zaman dəyişmək üçün böyük bir hadisə gözləyir. Məsələn, yeni il, yeni ay, yeni yaş, hansısa "kəskin an", hansısa möcüzə və sair. Amma nəticə dəyişmir: insan həmin andan sonra yenə öz köhnə ritminə qayıdır. Çünki dəyişiklik üçün böyük ilham yox, kiçik addımlar lazımdır. Qarışqa yolu teoriyası bunu deyir ki, həyatı dəyişdirən ən böyük məqamlar çox zaman tamamilə adi günlərdə baş verir. Yəni bəzən insanın taleyini hansısa oxuduğu xəbər, yol ilə gedərkən gördüyü bəsit bir hadisə, pəncərədən baxarkən şahid olduğu kiçik bir nüans, kimdənsə eşitdiyi təsadüfi bir söz dəyişə bilir. Unutmaq olmaz ki, Böyük insan olmaq üçün böyük həyəcan deyil, böyük səbr, inadkar ardıcıllıq lazımdır.

Qarışqa səbirli varlıqdır. İnsan isə çox vaxt səbirsizdir. Biz dərhal nəticə istəyirik. Qarışqada isə hər şey əksinədir. Səbr qarışqanın təbiətidir.

Əgər bir vərdişi yalnız yeddi gün etdinsə, o, hələ yol deyil. Əgər bir dəyişiklik iki həftə davam edibsə, o, hələ cığırdır. Əgər bir addımı aylarla, illərlə təkrar etmisənsə, bax onda o, yol olur və o yol bir gün səni arzularına aparacaq.

İnsanların çoxu nəticəni görmədiyi üçün dayanır. Qarışqa isə nəticəni görmədən davam edir və sonda istəyinə nail olur. Bu, səbrin gücüdür.

lll

Hər gün bizi taleyimizdən bir az sağa, ya sola çəkən yüzlərlə kiçik qərar veririk. Ən kiçik şeylər isə bəzən ən böyük nəticələri oyadır. Həyatın gizli nizamı da məhz budur ki, kiçik olan böyüyə xidmət edir, böyük olan isə kiçikdən yaranır.

Qarışqa yolu da belədir. O yolu yaradan bir qarışqa deyil, yüz qarışqadır, bir addım yox, yüz addımdır.

Biz hər gün öz yolumuzu çəkirik. Amma həyat bizə harada olduğumuzu göstərmir. Biz yalnız irəliləyirik və addımlarımızın hara qədər yol açdığını bilmirik. Bəzən aylar, illər sonra, birdən-birə qarşımıza çıxan böyük nəticədən çaşırıq. Əslində o nəticənin bir günün deyil, yüzlərlə günün, minlərlə kiçik addımın, səbr yığınlarının məhsulu olduğunu unuduruq. İnsanın həyat xəritəsi qarışqa yolları ilə toxunur. Heç bir xəritə əvvəlcədən hazır olmur, insan onu hər gün çəkir.

Çox insan dəyişiklikdən qorxur. Çünki böyük bir sıçrayış təsəvvürü adamı qorxudur. "Birdən bacarmaram?", "Birdən baş tutmaz?", "Birdən yıxılaram?", "Birdən rüsvay olaram" kimi suallar, qorxular, təlaşlar yaxamızdan əl çəkmir. Bəli, böyük sıçrayış, köklü dəyişiklik bizi qorxuda, çaşdıra bilər, amma bir santimetrlik addım bizi qorxutmaz, elə deyilmi? Axı bir santimetr də bir yoldur. Önəmli olan atılan addımın ölçüsü deyil, istiqamətidir.

lll

Qarışqa yolu teoriyası bizə üç böyük həqiqət verir:

1. Taleyini dəyişmək istəyirsənsə, balaca bir addım at. Çünki böyük dəyişikliklər kiçik başlanğıclardan yaranır.

2. Ardıcıllıq təsadüfi cəsarətdən daha güclüdür. Bir dəfə cəsarət etmək çətindir, amma hər gün kiçik addım atmaq daha böyük dəyişiklik yaradır.

3. Kiçik addımlar səssizdir, amma taleyin ən gur səslərini onlar yaradır. Görünməz dəyişikliklər, zamanla görünən nəticələr yaratmağa qadirdir.

Həyat bir qarışqa yolu kimi görünməz, amma möhkəm, yavaş, ancaq qaçılmaz, kiçik, lakin böyük nəticələrə doğrudur.

Etiraf edək ki, insan bir ömrü bir gündə dəyişə bilməz, amma bir gün bir ömrü dəyişdirəcək addımın başlanğıcı ola bilər.

Qarışqanın cismi balaca, yolu isə böyükdür. İnsanın addımı kiçik, taleyi isə genişdir. Ona görə də bizim hansı yolu seçdiyimizi atdığımız addım özü məyyən edir. Biz hara gediriksə, kiçik addımlarımız bizim yol xəritəmizi çəkir. Hər gün bir az, hər gün bir az, hər gün bir az... Nəticədə bir gün baxıb görəcəyik ki, qarışqa yolu bizi tam başqa bir həyata aparıb. Arzularımızın həyatına...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:541
embedMənbə:https://525.az
archiveBu xəbər 15 Dekabr 2025 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see587

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see338

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see280

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see269

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see267

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see259

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see252

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see245

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see238

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see233

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see221

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see217

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see215

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see212

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see209

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see206

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see193

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see183

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see181

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri