Icma.az
close
up
RU
Qarlı mənzərələr fonunda Anadolunu kəşf etməyə dəvət edən Turistik Şərq Ekspresi ilə unudulmaz qış səyahətinə çıxın

Qarlı mənzərələr fonunda Anadolunu kəşf etməyə dəvət edən Turistik Şərq Ekspresi ilə unudulmaz qış səyahətinə çıxın

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dəmir yolu səyahətlərinə dünyada artan maraq Türkiyənin Turistik Şərq Ekspresi layihəsində öz əksini tapır.

Türkiyənin paytaxtı Ankara ilə Şərqi Anadolunun incisi sayılan Qars arasında həyata keçirilən bu gecəlik qatar səfəri sərnişinlərə qarla örtülmüş geniş Anadolu düzənlikləri və dağlarının möhtəşəm mənzərələrini təqdim edir.

Nostalji ab-havanı mənzərəli səyahət və davamlı turizm anlayışı ilə birləşdirən Turistik Şərq Ekspresi bu gün dünyanın ən təsirli və yaddaqalan qatar marşrutlarından biri kimi beynəlxalq səviyyədə tanınır.

Türkiyənin ən çox maraq göstərilən qatar marşrutu

Relslərin ahəngi, rahat kupe otaqları, qarlı dağ mənzərələri və sehrli dayanacaqlar Şərq Ekspresini sadəcə bir nəqliyyat vasitəsindən daha artıq, Anadolunu başdan-başa keçən nağılvari bir səyahətə çevirir. Qatar Ankara–Qars marşrutu üzrə hər iki istiqamətdə hərəkət etsə də, Anadolunun dramatik təbiət mənzərələri fonunda paytaxtdan Qarsa doğru səfər ən çox seçilən variant olaraq qalır.

Turistik Şərq Ekspresi hər həftə hər iki şəhərdən üç dəfə yola düşür və biletlər onlayn satışa təqdim olunur. Türkiyənin ən çox tələbat olan dəmir yolu səyahətlərindən biri sayılan bu marşrut üzrə biletlər qısa müddətdə tükəndiyindən, əvvəlcədən rezervasiya vacibdir. Təxminən 24 saat davam edən səfər zamanı sərnişinlər yataqlı, rahat kupe otaqları, valehedici mənzərələr və ekskursiyalar üçün planlaşdırılmış dayanacaqlarla təmin olunur. Bir çox sərnişinlər daha səmimi və isti ab-hava yaratmaq üçün kupe otaqlarını işıqlar və dekorativ detallar ilə bəzəyir.

Sərnişinlər öz zövqlərinə uyğun olaraq yeməklərini özləri ilə gətirə, soyuducu və əl-üz yuma yeri ilə təchiz olunmuş kupe­lərdən yararlana, yaxud rahat və sakit bir gecə yolçuluğuna başlamazdan öncə vaqon-restoranda nahar edə bilərlər.

Ankaradan yola düşən qatar Kırıkkale, Kayseri, Sivas, Erzincan və Ərzurum şəhərlərindən keçərək Qarsa çatır. Ankara–Qars istiqamətində səfər zamanı Erzincan və Ərzurumda dayanacaqlar edilir. Qarsdan Ankaraya qayıdış marşrutunda isə İliç, Divriği və Sivas dayanacaqları yer alır. Bu dayanacaqlar sərnişinlərə UNESCO-nun Dünya İrsi Siyahısına daxil olan məkanlar da daxil olmaqla, çoxsaylı tarixi və təbii abidələri kəşf etmək imkanı yaradır.

Qışın ən sehrli məkanlarından biri

Mənzərəli dəmir yolu səyahəti Ankaradan başlayaraq tarixi, qış mənzərələri və zəngin regional mətbəxi ilə tanınan Qars şəhərində sona çatır. Anadolunun ən qədim yaşayış məskənlərindən biri olan Qars, şəhər mərkəzindəki fərqli memarlıq nümunələrindən tutmuş ətraf ərazilərdə yerləşən əsrlər boyu qorunub saxlanılan tarixi abidələrədək, ziyarətçilərə həm zəngin, həm də rahat kəşf edilən bir tarix təcrübəsi təqdim edir.

Qarsdan qısa məsafədə yerləşən Ani şəhər xarabalıqları UNESCO-nun Dünya İrsi Siyahısına daxildir. Orta əsrlərdə “1001 kilsə şəhəri” kimi tanınan Ani ərazisində kilsələr, hamamlar, erkən dövr məscidi və möhtəşəm qala divarları günümüzədək gəlib çatıb. Bu abidələr ardıcıl xristian və müsəlman sülalələrinin təsiri altında formalaşmış çoxqatlı şəhər mədəniyyətini və zəngin tarixi irsi əks etdirir.

Qarsın təbiəti də ziyarətçilərə bənzərsiz təcrübələr vəd edir. Sarıqamışda səfər edənlər büllur kimi təmiz qarda xizək sürə, möhtəşəm mənzərələr fonunda xizək arabası ilə gəzintidən zövq ala bilərlər. Qars–Ərdəhan sərhədində yerləşən Çıldır gölü isə qış aylarında donmuş səthi ilə bölgənin ən görməli təbiət möcüzələrindən biri hesab olunur. Ziyarətçilər buz üzərində at arabaları ilə hərəkət edərkən, balıqçıların donmuş gölü deşərək sazan balığı ovlaması qış Qarsını simvolizə edən ən təsirli mənzərələrdən birini yaradır.

Qarsda yadda qalan təcrübələrdən biri də axşam saatlarında təşkil olunan ənənəvi şam yeməkləridir. Bu tədbirlər zamanı qonaqlar aşıq atışmaları, Qafqaz xalq rəqsləri və xüsusi seçilmiş menyu vasitəsilə şəhərin orijinal ruhu ilə yaxından tanış olurlar. Qaz əti, Qars pendiri, rakı və Şərqi Anadolu şərablarının yer aldığı bu süfrələr şəhərin zəngin mətbəx mədəniyyətini ön plana çıxarır. Pendir, qrüyer, bal, qaz əti və mantı kimi ləzzətləri ilə tanınan Qars eyni zamanda Boğatepə kəndində yerləşən Pendir Muzeyinə də ev sahibliyi edir. Burada ziyarətçilər bölgənin pendir istehsalı ənənələri ilə tanış olur, müxtəlif yerli pendirlərin dadına baxmaq imkanı əldə edirlər.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:53
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Fevral 2026 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see650

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see280

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see247

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see245

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see220

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see207

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see202

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see171

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see169

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see156

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see148

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see147

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see145

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see140

Ruslar ancaq “slavyan mənşəli” kirayəşinlər axtarırılar

01 Fevral 2026 20:38see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri