“Şərq Ekspresi” turist qatarı yenidən xidmətə başlayıb
Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.
Türkiyədə dekabrın 23-dən “Şərq Ekspresi” turist qatarlarının hərəkəti bərpa edilib.
Avtosfer.az xəbər verir ki, turistlərin olduğu ilk qatar Ankaradan Qarsa yola düşüb.
Qatar marşrutu boyunca iki saatdan dörd saata qədər davam edən dayanacaqlar var ki, bu da sərnişinlərə Ərzincan, Ərzurum və Sivas kimi yaşayış məntəqələrini gəzməyə imkan verəcək.
Mənzərəli marşrut üzrə müntəzəm reyslər 2025-ci il mart 2-dək davam edəcək. Ümumilikdə 60 reys planlaşdırılır.
Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu bu ekspresi “ənənəvi istirahət məkanlarına mühüm alternativ” adlandırıb.
“Şərq Ekspresi” Türkiyədə 2019-cu il mayın 29-dan istifadəyə verilib. Bu günə qədər Anadolunun 71 min sakini və qonağı turizm marşrutunun xidmətlərindən istifadə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 12 Yanvar 2025 22:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















