Qarpız arıqladır, yoxsa kökəldir? Həkimlərdən açıqlama
Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Yay aylarının sevimli meyvəsi olan qarpız həm dadı, həm də sərinləşdirici təsiri ilə fərqlənir.
Milli.Az xəbər verir ki, bir çox insanı maraqlandıran sual budur: qarpız arıqladır, yoxsa kökəldir?
Mütəxəssislərin sözlərinə görə, qarpızın 90 faizdən çoxu sudan ibarətdir və kalori dəyəri aşağıdır. 100 qram qarpız cəmi 30-35 kalori təşkil edir. Bu səbəbdən qarpız orqanizmi maye ilə təmin edir, həzm sistemini rahatlaşdırır və pəhrizdə istifadə oluna bilər.
Bununla belə, qarpızın şəkər tərkibi də nəzərə alınmalıdır. Həddindən artıq miqdarda qəbul edildikdə qanda şəkərin sürətlə yüksəlməsinə səbəb ola bilər. Bu isə xüsusilə şəkərli diabet xəstələri və insulin müqaviməti olan şəxslər üçün risk yaradır.
Qidalanma mütəxəssisləri tövsiyə edir ki, qarpız əsas yemək əvəzinə deyil, gün ərzində müəyyən porsiya şəklində qəbul edilsin.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 12 Avqust 2025 04:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















